Dilarədən yayın son akkordları... .....                     Rusiyanı sevindirən dost həmləsi .....                     Əliyevin bəyanatı oxundu, Sərkisyan başını aşağı saldı .....                     “Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” .....                     “Köhnə binaların sökülməsi evləri bahalaşdırır” .....                     "Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? .....                     Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu .....                     Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var .....                     Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı .....                     Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq .....                     “Qarabağ” oyunu öncəsi bilet QALMAQALI .....                     “Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” .....                     Nazirlikdən 1,6 milyonluq müəmmalı tender .....                     Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? .....                     Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." .....                     Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq .....                     Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib .....                     İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir .....                     Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi .....                     "Fədək Market"in kassirindən ƏDV dələduzluğu .....                     “Bu bazarı çoxdan sökmək lazım idi” .....                     “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” .....                     Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır .....                     Məşhur vəkil avtoqəzaya düşüb .....                     RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu .....                     Bakı ilə razılaşdılar: .....                     Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? .....                     Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib .....                     Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT .....                     “Daşnaksütyun” Köçəryanla yollarını ayırdı .....                     Dövlət qurumunun 390 minlik tenderinin .....                     Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər .....                     39 dərəcə isti olacağı gözlənilir .....                     Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi .....                     Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb .....                     Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor .....                     Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir .....                     Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək .....                     Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? .....                 

“Özlərinə yer tapmayanlar iqtidar-müxalifət və cəmiyyət arasında harmoniya yaranmasına maneçilik törədirlər” - deputat
Tarix: 30-06-2020, 09:32 | Çap et
“Özlərinə yer tapmayanlar iqtidar-müxalifət və cəmiyyət arasında harmoniya yaranmasına maneçilik törədirlər”
Azərbaycanda pandemiya dövründə psixoloji cəhətdən gərgin olan və əsəbləri tarıma çəkilən insanları daha da aqressivləşdirməkdə maraqlı görünən lokal qruplar, marginal dərnəklər, ayrı-ayrı adamlar var.

Son həftələrdə onlar həddən-ziyadə aktivləşiblər və virtualda “yetənə yetir, yetməyə bir daş atırlar”.

Bu “virtual bombardman” sayəsində özlərini “qəhrəman” kimi təqdim edən qrup üzvləri suyu bulandırmaqla məşğuldurlar.

Onlar dərin olmayan dünyagörüşləri ilə siyasəti çirkləndirir, ölkədəki ictimai-siyasi mühiti gərginləşdirir, iqtidar-müxalifət-cəmiyyət arasında sivil münasibətlərin yaranmasına qarşı çıxırlar.

Bu qruplar və uzantıları sosial mediada çox aktiv, güclü görünürlər, təşkilatlanmış bir forma alıblar. Zombiləşmiş və reallıq hissini itirmiş belə kateqoriyalı adamlar bütün yaxşı nə varsa imtina edirlər, inkarçılıq mövqeyindədirlər, saxta və aşkar profillərlə hücum kombinasiyaları qururlar.

Onlar Azərbaycanda bütün növ yumşalmanın, yaxınlaşmanın, siyasi münasibətlərdə normallaşmanın qabağının alınmasında maraqlı görünürlər.

Sanki bu statusda olan adamların missiyası körpüləri yandırmaqdan, hakimiyyətlə opponentləri arasında əlaqələrin Azərbaycan naminə yaxınlaşmasını linç etmək, satqın damğası vurmaqdan ibarətdir.

Təsəvvür edin, bir ziyalı, yaxud tanınmış sima Azərbaycanın siyasi rəhbərliyi haqda pozitiv fikir səsləndirirsə, iqtidarın rəqiblərinə olan münasibətini yumşaltmaq üçün hansısa jest edirsə, həmin adam mənəvi-psixoloji terrora məruz qoyulur, peşman edilir.

Onun dünən yazdıqlarına görə az qala heykəlini qoyanlar, bu gün neytral mövqe sərgiləməsi üstündə başını gilyotinə qoymağa hazır olurlar.

Bu, siyasi əlaqələrin inkişafı müstəvisində heç yaxşı hal deyil, qorxunc ssenarilərdən xəbər verir. Ölkədə düşmən mühiti yaratmaq, protest elektoratı, aktivistləri aqressivləşdirmək, nifrət toxumları səpmək, qisasçılığın təbliği yaxşı perspektiv vəd etməyə bilər.

Sonra idarəolunmaz bir proses, böhran və xaotik mərhələ başlaya, əngəllənməsi nonsens ola bilər.

Bütün bu gedişat belə əsas yaradır ki, ölkədə sosial partlayış yaratmaq, prosesləri öz nəzarətlərinə keçirmək istəyənlər var.

Onlar iqtidar olmağı belə görürlər. Bəs bu qorxunc prosesi necə dayandırmaq, yaxud yavaşlatmaq mümkündür?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, əslində belə hərəkətlərə yol verənlər öz zəifliklərini ortaya qoyurlar.

Deputatın fikrincə, özlərinə yer tapmayanlar, inkişafa töhfəsi olmayanlar hamını yeri gəldi-gəlmədi qınamaqla iqtidar-müxalifət və cəmiyyət arasında bir harmoniya yaranmasına maneçilik törədirlər.

A.Mollazadə hesab edir ki, bu kiçik qrupları böyütməyin əleyhinədir və əhəmiyyət verməməyin tərəfdarıdır: “Tərbiyədən uzaq, Azərbaycanın adət-ənənəsinə, mental dəyərlərinə zidd addım atanlar var.

Onların hərəkətlərinə fikir verəndə özlərini meydanda güclü sayırlar. Halbuki bu adamlar heç yoxdurlar, mövcudluqlarını göstərmək istəyirlər".

AĞ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, iqtidar-müxalifət ümummili məsələlərdə həmrəylik nümayiş etdirməlidir:

“Amma təəssüf ki, koronavirus dövründə milli birlik təşkil oluna bilmədi. Bu gün cəmiyyətdə parçalanma var və getdikcə dərinləşir.

Faktiki, vətəndaş həmrəyliyi yoxdur. Təbii ki, müəyyən qrupların olması istisna deyil. Amma həmrəyliyin təşkil olunmamasında günahı iqtidarda görməliyik. Çünki lazımi addımlar atmadılar və hələ də atmırlar".

T.Abbaslının fikrincə, Operativ Qərargahın tərkibində müxalifətdən, mediadan, ictimai fəallardan və mədəniyyət adamlarından da tanınmışlar olmalıydı: “Amma Qərargah bir siyasi qüvvədən təşəkkül tapdı. Ona görə insanlar fikirləşirlər ki, iştirak etmədiyim qərarın icrasında da məcbur deyiləm. Amma hələ də gec deyil. Hakimiyyət bir milli həmrəylik mühiti yarada bilər ki, gərginlik azalsın. Məsələn, iqtidar-müxalifət adamları, mədəniyyət sahəsində tanınmışlar, cəmiyyətin qəbul etdiyi şəxslərin iştirakı ilə “zoom” toplantısı keçirilə bilər".

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, artıq facebooka girməkdən iyrənir: “O qədər əxlaqsız sözlər, təhqirlər olur ki... Bunun adı söz azadlığı deyil. Mən hüquq müdafiəçisi olsam da, təhqir yazan facebook istifadəçilərinə cərimə kəsilməsi tərəfdarıyam və onların sosial şəbəkədə fəaliyyətinin məhdudlaşdırılmasını arzulayıram. Çünki bu cür adamlar tənqidlə təhqiri ayırd edə bilmirlər”.

N.Cəfəroğlunun sözlərinə görə, bizim ölkə olaraq həmrəyliyə su-hava kimi ehtiyacımız var: “Bir yandan bu koronavirus xəstəliyi, digər tərəfdən Qarabağ problemi var.

Bu gün infeksiya müxalifətdən də, iqtidardan da adam öldürür. Xəstəlik siyasi mövqeyə baxmır. Ona görə hamımız bir-birimizə dəstək olmalıyıq. İnsanların əsəbləri onsuz da həssasdır, bu yalan və təhqirləri görəndən sonra bir az daha aqressivləşirlər".

N.Cəfəroğlu hesab edir ki, həmin qruplar trollardır, idarə edilirlər: “Hamının üstünə hücuma keçirlər. Onlar gərginliyin çoxalmasını istəyirlər. Çünki siz məndən də yaxşı bilirsiniz - pul verənləri belə istəyir. Bizim iqtidar-müxalifətli hamımızın ağır günüdür”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, cəmiyyət birmənalı deyil, müxtəlif qrupların olması başadüşüləndir.

Onun fikrincə, həmin adamlar özləri kimi düşünməyənləri düşmən sayırlar: “Mən güman etmirəm ki, məqsədləri ara qarışdırmaqdır. Sadəcə, özü kimi fikirləşməyəni özündən saymır. Bu da insan psixologiyasındakı anormallıqdır. Bu qruplar xüsusilə sosial şəbəkələrdə fəaldırlar.

Həm öz profil hesabları, həm uydurma adlarla daxil olaraq müəyyən şəxsləri təhqir etməyi gündəlik bir iş sayırlar. Mən son günlərdə sizin qəzetə və rəhbərliyinə də bu hücumların şahidiyəm".

Q.Əlibəyli hesab edir ki, pandemiya səbəbindən cəmiyyətdə bir gərginlik yaranıb, insanlar sosial çətinliklərlə qarşılaşıblar və müxtəlif qruplar prosesi qarşıdurmaya çevirməyə maraqlı ola bilərlər:

“Burada kənar təsirləri, hansısa xarici təşkilatların maraqlarının olmasını da istisna etmirəm. Lakin həmin qrupların üzvlərinin dediklərinə bir o qədər əhəmiyyət vermək lazım deyil”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dilarədən yayın son akkordları... - Fotosessiya
Bu gün, 16:13
Rusiyanı sevindirən dost həmləsi – İkinci “cəbhə” açıldı
Bu gün, 16:05
Əliyevin bəyanatı oxundu, Sərkisyan başını aşağı saldı - KİV
Bu gün, 15:54
“Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” - deputat
Bu gün, 15:41
“Köhnə binaların sökülməsi evləri bahalaşdırır” - AÇIQLAMA
Bu gün, 15:38
"Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? - ŞOK FAKT
Bu gün, 15:29
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu - DETALLAR
Bu gün, 15:23
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTOLAR
Bu gün, 15:16
Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı - DETALLAR
Bu gün, 15:12
Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq - Görünəni odur ki...
Bu gün, 15:10
“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA
Bu gün, 15:07
“Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” - İran saytı
Bu gün, 14:48
Nazirlikdən 1,6 milyonluq müəmmalı tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:42
Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:37
Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." - TƏFƏRRÜAT
Bu gün, 14:31
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
Bu gün, 14:17
Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib - "İnterfaks"
Bu gün, 14:13
İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Bu gün, 13:49
Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35
"Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34
“Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31
“Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23
Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18
Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48
Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14
Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58
Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52
Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49
Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43
Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38
Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34
İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30
Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25
"Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18
Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07
Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru