Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                     Məzuniyyət bitsə də, ödəniş verilməyib .....                     Günün fotosu: .....                     İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... .....                     "Bu bankdan kredit götürərkən diqqətli olun" .....                     "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" .....                     Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib .....                     Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... .....                     Azərbaycanın Avropadakı rolu... .....                     Neft sürətlə ucuzlaşdı .....                     “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB .....                     Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... .....                     Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                 

“Şikayətləri varsa, məhkəməyə versinlər...” - QALMAQAL
Tarix: 7-07-2020, 08:18 | Çap et
“Şikayətləri varsa, məhkəməyə versinlər...”
Türkiyənin İstanbul şəhərindəki “Amerikan Xəstəxanası”nda müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva tibb elmləri doktoru, professor Adil Qeybullanı ittiham edib. Firuzə Gülalıyeva öncə bildirib ki, Oqtay Gülalıyev hələ də komadan ayılmayıb. Daha sonra o, Oqtay Gülalıyevin bu vəziyyətə düşməsinə onun ilk dəfə əməliyyat olunduğu “City Hospital”ı və tibb elmləri doktoru, professor Adil Qeybullanı günahkar bilərək, ittihamlar səsləndirib.

Firuzə Gülalıyevanın sözlərinə görə, Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdığı zaman Adil Qeybullaya zəng edib onu çağırsa da, sonuncu dərsdə olduğunu, iki saatdan tez xəstəxanaya gələ bilməyəcəyini deyib, telefonu söndürüb.

Məsələ ilə bağlı professor Adil Qeybullanın mövqeyini öyrəndik. Professor səslənən bütün ittihamları rədd etdi: “Oqtay Gülalıyevin əməliyyatı gecikdirilib və yaxud gecikdirilməyib, bütün bunları ancaq ekspertiza, tibb mütəxəssisləri müəyyən edə bilər, hansısa orta təhsilli şəxs və yaxud jurnalist yox. İkinci bir tərəfdən, bunu istintaq da araşdırıb ki, mənə qədər adıçəkilən tibb hospitalı ilə danışılıb. Hər kəsə məlumdur ki, hansısa həkim bir xəstəni aparıb özəl klinikaya qoya bilməz. Gecə vaxtı hansısa xəstəni özəl klinikaya necə qoya bilərdim? Beləliklə, özləri özəl klinika ilə əvvəlcədən danışıb, razılaşıblar. Mən gedəndə artıq onun yanında oturan şəxs, hansı ki, adını qeyd etmək istəmirəm, dedi ki, ”biz artıq City Hospital" ilə danışıb, razılaşdırmışıq və Oqtay bəyi ora aparırıq". Mən də ora getdim, həkimlərlə görüşdüm, Oqtay Gülalıyevlə də danışdım. Onun vəziyyətinə baxıb, gəldim kompüter otağına və orada olan professor Rəhimovla danışdıq. Mən onda da qeyd etdim ki, Oqtay bəy burada qalmalıdır. Çünki respublika üzrə o işin yeganə mütəxəssisi, uzmanı Əmrəli Yusifovdur. Onun yanından xəstənin götürüb, gecə vaxtı hansısa özəl klinikaya aparmaq nə dərəcədə düzgündür? Gecə vaxtı özəl klinika belə bir hadisələrə hazır olmur. Amma “Semaşko”da mütəxəssislər hər zaman hazır vəziyyətdədir və hər cür şərait olur. Bir daha qeyd edirəm ki, özləri məndən əvvəl özəl klinika ilə razılaşmışdılar və mən lap əvvəldən bu işin əleyhinə olmuşam. Ona görə də xanımının səsləndirdiyi ittihamlar tamamilə əsassızdır. Birlikdə oturub, bunu sübut edə bilərik. Hətta həkimlər var ki, onların da adlarını verə bilərəm, onlar da dediklərimi təsdiqləyərlər".

Adil Qeybulla son vaxtlar ona qarşı kampaniya başladıldığını dedi: “Bir müddət əvvəl Rəsulzadəni ”vurmağa" başladılar ki, “zamanında Hitlerlə görüşüb”, sonra Elçibəyi “MTN-in agenti çıxartdılar”. İndi də bu məsələ ilə bağlı məqsədli şəkildə kampaniya aparırlar. Demək olar ki, hər gün ölkədə baş verən proseslərlə bağlı çıxış edir, həm koronavirus mövzusu, həm Rusiya-Azərbaycan sərhədində qalanlarla bağlı və sairə haqqında rəylər bildirirəm. Əlbəttə ki, mənə qarşı nəsə etməlidirlər və bu da onun tərkib hissəsidir. Təsəvvür edin, xanımı çıxış edib deyir ki, hakimiyyətin pulu ilə gedib Türkiyədə müalicə olunub, sonra onlara minnətdarlıq edir. Sonra Oqtay bəyi vuran adam haqqında deyir ki, “bu, bir hadisədir, vurub”, amma günahkar həkimlərdir. Guya mən demişəm ki, “biz ölüb gedəcəyik, amma Oqtay kimiləri tarixdə qalacaq”.

Əvvəla, Azərbaycan müxalifətində tarixdə qalacaq kifayət qədər adam var. Onlardan biri də Oqtay Gülalıyevdir və bu sıraya özümü də aid edirəm. O zülmləri biz də yaşamışıq. Ağlına gələni danışmaq, təktərəfli mövqe bildirməklə heç nəyə nail olmaq olmaz. Yaxşı olardı ki, orada olan həkimlər danışdırılsın, müzakirə aparılsın, sonra ittiham edilsin. Şikayəti varsa, versin məhkəməyə, qanunla danışsın".

Adil Qeybulla hüquq müdafiəçisi ilə hər zaman yaxşı münasibətləri olduğunu diqqətə çatdırıb: “Oqtay Gülalıyevlə mənim münasibətim çox yaxşı olub. O, çox dəyərli şəxsdir. Oqtay Gülalıyevin xanımı onu təmsil edə bilməz. Nə olsun ki, xanımıdır. Oqtay Gülalıyev ictimai fiqurdur və onu biz təmsil edə bilərik. Bir ailə onun haqqında rəy bildirə bilməz. Doğrudur, onun çıxışı təəssüf doğurur, amma əhəmiyyət vermirəm. Mən Oqtay bəyə şəfa arzulayıram”.

Xatırladaq ki, ötən ilin oktyabr ayının 29-da paytaxtın Nəsimi rayonu ərazisində-28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürüc Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. Fond O.Gülalıyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra hüquq müdafiəçisi Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və hazırda orada müalicəsi davam etdirilir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru