“Bu cür fikirləri totalitar rejim və imperiyalar insanları mübarizədən çəkindirmək məqsədilə yayır…” - Etibar Məmmədov
Tarix: 27-01-2021, 08:30 | Çap et
 Hələ cəngindən tamam qurtarmadığımız 3 əsrlik Rusiya imperiyasının totalitar, avtoritar, şovinist və s. xislətləri, onun ərazisində yaşamış hər bir insanın taleyində özünü bu və ya dərəcədə göstərib. Azərbaycan xalqının, hələ öncələri demirik, yalnız 1988-1991-ci illərdə milli azadlıq, suverenlik, müstəqillik uğrunda apardığı mübarizə zamanı çəkdiyi müsibətlər, yaşadığı faciələr də buna əyani sübutdur. Kimisi maddi cəhətdən hədsiz əziyyətlərə qatlaşdı, kimisi dogma yurdundan didərgin salındı, özü, yaxud doğmaları həlak oldu, yaralandı, əsir düşdü, kimisi isə apardığı mübarizəyə görə aylarla, illərlə zindanlarda yatdı, əzab-işgəncə çəkdi, bəziləri isə rahatlığı seçərək rejimə boyun əydi, xalqını, Vətənini satdı və mənəvi çirkab içində əldə etdiyi vəzifə, var-dövlət hesabına “təmiz” ömür sürdü…
O dövrdə Sovet rejiminə qarşı mübarizə aparanların hədələndiyi, qorxudulduğu zindanlar əsasən SSRİ DTK-nın “Lefortovo”, “Matrosskaya tişina” adlı xüsusi həbsxanaları idi. Və o illərdə indiyədək “aktuallı”ğını itirməyən belə fikirlər də yayılır və ağızdan-ağıza dolaşırdı: “ “KQB”nin türməsinə, “Lefortovo”ya-filana düşən adam oradan boynuna hansısa şərt qoyulmamış salamat, təmiz çıxa bilməz…”
31 il öncə elə bu günlərdə - sovet-rus ordusunun Bakıda törətdiyi 20 Yanvar qətliamından bir neçə gün sonra Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən həbs edilən AXC liderlərindən biri – Etibar Məmmədov “KQB”-nin “Lefortovo” zindanına salındı və 9 ay yarım - 1990-cı ilin noyabrınadək orada saxlanıldı…
İstiqlalçı deputat Etibar Məmmədovla Moderator.az üçün söhbətimizə elə “KQB” zindanları haqda yuxarıda səsləndirdiyimiz fikrə münasibəti ilə başladıq. “Belə düşünənlərin xətrinə dəyməsin, bu cür fikri yalnız bəsit, primitiv düşüncəli adamlar söyləyə bilər. Təbii ki, “KQB” zindanlarına düşən adamlara təzyiqlər də olurdu. Amma fiziki təzyiqdən söhbət getmir. Çünki mənə qarşı nə həbs olunan vaxtı, nə də “Lefortova” da saxlanıldığım müddətdə belə bir təzyiq olub. Odur ki, yalandan deyə bilmərəm ki, bu tip zindanlara düşənlərə fiziki təzyiq olurdu. Ancaq əvəzində elə mənəvi-psixoloji təzyiqlər edilirdi ki, bir çox insanlar buna dözmürdülər. Və o da təbiidir ki, həbsdə saxlayan tərəfin təklifləri də olur. Əməkdaşlıq təklif edirlər, şantaj etməyə çalışırlar. Çox şeylər olur. Həmin o təklifləri təzyiq və hədələrə dözməyib qəbul edənlər də, dözüb etməyənlər də olur. Yəni bu tip zindanlara girənlərin nə 100 faizi bayıra agent kimi çıxır, nə də hamısı oradan azadlığa qəhrəman kimi çıxır. Hər cür hal ola bilər. Bununla belə, ““Lefortovo” tipli zindanlara girənlər heç bir halda oradan hansısa şərt qoyulmamış, ələ alınmamış, təmiz çıxa bilməzlər” –söyləmək də ya dediyim kimi, primitiv düşüncənin məhsuludur, ya da həmin fikri belə zindanlara salınmamışdan agentlik edənlər xüsusi sifarişlə yayırlar. Belə fikirləri elə əks tərəf, yəni vətəndaşların mübarizə apardığı hansısa totalitar, avtoritar rejim, yaxud imperiyalar da yayır və müzakirə obyektinə çevirirlər ki, insanları mübarizədən çəkindirsinlər. Yəni xalqda belə bir əqidə formalaşsın ki, onsuz da mübarizə aparmağın mənası yoxdur. Belə zindanlara düşsək, salamat, təmiz çıxa bilməyəcəyik. Və bu cür şəraitdə vəziyyətdə rejim də istənilən bir adamı oraya salıb-çıxardaraq onun artıq satılması təəssüratını yaradır...”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
| • Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39 |
|
|
|
| • ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35 |
|
|
|
| • "450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30 |
|
|
|
| • Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02 |
|
|
|
| • Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00 |
|
|
|
| • Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34 |
|
|
|
| • SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
| • Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10 |
|
|
|
| • Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
|