Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                 

“Azərbaycan tərəfi əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı” - Partiya sədri
Tarix: 22-05-2021, 10:25 | Çap et
“Azərbaycan tərəfi əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı”
“Rusiya ilə siyasi münasibətlərin yoluna qoyulmasında bu cür faktlardan istifadə olunmalıdır. Azərbaycan tərəfi də əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı”.

Bu sözləri “Yeni Müsavat”a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Şuşada qalıqları aşkarlanan “İsgəndər M” raketləri ilə bağlı danışarkən bildirdi. Rusiya tərəfi Ermənistanın əlinə keçən bu operativ-taktiki silah sistemi barədə indiyə qədər rəsmi izahat verməyib. ADP lideri hesab edir ki, müəyyən razılaşma əsasında Azərbaycan hökuməti məsələnin üzərindən artıq sükutla keçir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə bu məsələni qapadılacaq hadisə saymır: “Həmin raketdən istifadə edilməsi faktı ortalıqdadır. ”İsgəndər M" yalnız Rusiyanın istifadəsində ola bilər və digər ölkələrə satışı qadağandır. Ona görə beynəlxalq səviyyəli bir skandaldır və kütləvi qırğına səbəb olan silahdır".

AMİP sədri qeyd etdi ki, Azərbaycan və Rusiya prezidentlərinin son telefon söhbətində bu məsələyə toxunulmasa da, rəsmi Bakı cavab gözləməkdədir: “Bundan əvvəl Prezident İlham Əliyev Putinlə telefon zəngində Şuşada tapılan raket məsələsini qaldırmışdı. Rusiya tərəfi isə bildirir ki, məsələ araşdırılır. Amma araşdırmaların yekunu haqda ictimaiyyət məlumatlandırılmalıdır. Bu olmayana qədər məsələ qapanmış sayıla bilməz”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, bu məsələ hələ bağlanmayıb: “Azərbaycan Rusiyadan hələ izahat almayıb və hazırkı vəziyyətlə qane olduğunu da bildirməyib. Sadəcə, Moskva məsələni uzadır, Bakı isə sakit şəkildə gözləyir. Lakin məsələnin həlli mümkün ola bilər”.

Partiya sədrinin fikrincə, razılaşma o halda reallaşa bilər ki, Qarabağla bağlı qalan məsələlər həllini tapsın, Zəngəzur dəhlizinin açılması prosesi sürətləndirilsin, minalanmış ərazilərin xəritələri verilsin: “Bunun qarşılığında Azərbaycan Şuşaya atılan raketlərlə bağlı məsələnin üzərindən susqunluqla keçə bilər. Ancaq Rusiya tərəfindən sadalanan nüanslar barədə konkret addım atılmadığı üçün Azərbaycan ”İsgəndər M" mövzusunu qapatmayıb".

Ümumiyyətlə, Rusiya, eləcə də onun Bakıdakı səfirliyi Şuşaya atılmış “İsgəndər M” raketləri ilə bağlı qalmaqala hələ də reaksiya verməyib. Bu, o deməkdirmi ki, reaksiya heç vaxt olmayacaq və Moskva öz günahsızlığını qəbul edir? Çünki Kreml başçısı Vladimir Putinlə Prezident İlham Əliyev arasında telefon danışığında da bu məsələyə toxunulmadı. Hər halda mətbuat üçün verilən açıqlamada sözügedən məsələ haqda heç nə yoxdur. Bəs məlum olay ikitərəfli münasibətlərdə hansısa neqativ iz və ya təsir buraxa bilərmi?

Siyasi ekspert Ramiyə Məmmədova Bakı-Moskva münasibətlərinin kövrək olduğunu düşünür. Onun fikrincə, indi tərəflər bir-birini narazı salmamağa çalışır, çünki irəlidə birgə atılacaq addımlar çoxdur.

“Rusiya Qərbin canfəşanlığını yaxşı müşahidə edir və Qarabağ məsələsində öz dominantlığını əldən verməmək üçün Azərbaycan və Ermənistanı narazı salacaq addımlar atmamağa çalışır. Kreml Avropa Parlamentinin, Minsk Qrupunun fəallığını ”zərərsizləşdirmək" üçün regionda kommunikasiya məsələlərini tezləşdirmək niyyətindədir. Putinin həm Əliyevə, həm Paşinyana zəngi də bu tələskənliyin təzahürüdür. Ona görə də indi tərəflər üçün belə vaxtda “İsgəndər M” raketinin gündəmə gətirilməsi, qanqaraçılıq salınmasının zamanı deyil. Əlbəttə, məsələ ört-basdır edilmiş görünür, amma əsla qapanmayıb, bu, Rusiyaya qarşı hər zaman istifadə edilə biləcək faktdır", - deyə siyasi şərhçi qeyd etdi.

Onun fikrincə, Şuşaya atılan raketlərlə bağlı Rusiya araşdırma aparır və yəqin ki, yekunda ümumi bir formal cavab veriləcək: “Bu cavab bizi nə dərəcədə qane edəcək bilmirəm, amma Zəngəzur dəhlizinin açılması işi intensivləşsə, Paşinyan sərhədlərin delimitasiyası işində problem çıxarmasa, bu proseslər üçtərəfli razılıqla normal qaydada davam etsə, ”İsgəndər M" hadisəsinin unudulacağını proqnozlaşdırıram. Yəni deyilə bilər ki, olub-olub da, gəlin üzərindən keçək, müharibədir, hər şey baş verə bilər, əsas bölgədə bundan sonra sülhü təmin etməkdir".

Qeyd edək ki, “İsgəndər” raket kompleksinin istifadə olunması barədə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan danışmışdı. O, 2020-ci ilin noyabrında jurnalistlərlə görüşü zamanı müharibənin son günlərində “İsgəndər”lərdən istifadə edildiyini bildirmişdi.

2021-ci ilin fevralında isə Ermənistanın baş naziri Nikol Paşinyan 1in.am portalına müsahibəsində keçmiş prezident Serj Sarkisyanın “İsgəndər” raket kompleksinin Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavab verərək “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Serj Sərkisyan nəzərdə tutulur) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə ”İsgəndər"dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb. Bəlkə o raket 80-ci illərin silahı idi?.."











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru