Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                 

“İlham Əliyev bu görüşə güclü əllə gedir” - Partiya sədri
Tarix: 25-11-2021, 10:23 | Çap et
“İlham Əliyev bu görüşə güclü əllə gedir”
Noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanmasa da, ehtimal olunur ki, iki ölkə arasında sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasına dair razılaşma olacaq.

"AzPolitika.info" mövzuyla bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib.

- Sərdar bəy, Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Brüsseldə görüşü planlaşdırılsa da, Moskva dərhal prosesə müdaxilə etdi və noyabrın 26-da Soçidə üçtərəfli görüşün təşkilinə nail oldu. Sizcə, hansı proseslər gedir və Soçi görüşü nə ilə nəticələnə bilər?

- Əvvəla, görünən odur ki, Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizə gedir. Əslinə baxsaq, heç bir təsir qüvvəsinin Azərbaycana və Ermənistana canı yanmır. Məqsəd sadəcə yaranan situasiyadan istifadə edərək burada öz maraqlarını təmin etməkdir. Moskva istəmir ki, bu regiona başqa güc mərkəzləri müdaxilə etsin, mövqelərini gücləndirsin, təsirini artırsın. Ona görə də çalışır ki, Avropa İttifaqı prosesdən kənarda saxlanılsın. Eyni zamanda həm Ermənistan, həm də Azərbaycana başa salmaq istəyir ki, heç bir halda Avropa İttifaqını bu posesə qoşmasınlar. İndiki halda bunun üçün təzyiqlərin daha çox Nikol Paşinyana ediləcəyi gözləniləndir.

Konkret olaraq Soçi görüşünə gəldikdə, mən buradan yeni heç nə gözləmirəm. Onsuz da 2020-ci ilin 10 noyabrında müharibəyə son qoyan üçtərəfli razılaşmanın maddələrinin çoxu yerinə yetirilməyib. Üstəlik, yeni müqavilənin imzalanması üçün də heç bir zəmin yoxdur. Əlbəttə, Vladimir Putin çalışıb təzyiq edəcək ki, hansısa bir bəyannamə imzalansın.

- Təxminən necə bir bəyanat imzalana bilər?

- Mənim qənaətimcə, Putin çalışacaq ki, hər iki tərəfə təzyiq etsin, nəticədə Rusiyanın maraqlarına uyğun gələn hansısa bir bəyanat verilsin və ya qərar qəbul edilsin. Mən hesab edirəm ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmələr aparmalıdır. Başqa sözlə, hərbi sahədə əldə etdiyimiz nailiyyəti diplomatik masada davam etdirmək lazımdır. Biz müxalifət olaraq bunun üçün hakimiyyətə hər cür dəstək verməyə hazırıq.

- Sərdar bəy, müharibədən bir il zaman keçdikdən sonra Moskva tərəflərin heç bir əhəmiyyəti olmayan hansısa bəyanat verməsi üçün niyə görüş təşkil etsin?...

- Ehtimal edirəm ki, Soçidə baş tutacaq üçtərəfli görüşün sonunda bəyanat, bəyannamə və ya qərar ortaya çıxacaq. Əks halda üç dövlət başçısının bir araya gəlib heç bir qərar vermədən ayrılması mənasız olardı. Əslində, təcrübə də göstərir ki, Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşlərdə qəbul edilən qərarlar məhz Moskvanın xeyrinə olur. Bu səbəbdən də həmin görüşdə hansısa bəyannamə qəbul edilməlidir ki, Moskva Avropa İttifaqına yerini göstərsin. Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın və ya Ermənistanın maraqları Rusiyanı maraqlandırmır.

- Cəmiyyətin gözləntiləri daha çox sülh müqaviləsinin imzalanması və ya iki dövlət arasında sərhədlərin delimitasiyasının aparılmasına dair qərarlarla bağlıdır...

- Mənim fikrimcə, indiki halda bu məsələlərin gündəmə gəlməsi real deyil. Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxın olanda bu məsələlər gündəmə gələcək. İndiki halda bu məsələ gündəmi zəbt etmək çün ortaya atılan məsələlərdir. Zənnimcə, indi belə sənədin imzalanması gözlənilən deyil. Noyabrın 16-da Azərbaycan və Ermənistan arasında müharibə olub. Belə bir vəziyyətdə hansı sülh müqaviləsindən danışmaq olar? Üstəlik, Ermənistanın özündə böyük narazılıq var, müxalifət Paşinyana qarşı sürət götürməyə cəhdlər edir. Belə bir vəziyyətdə saziş gözlənilən deyil. Yəni mümkün görünmür, mövcud şərtlər buna imkan yaratmır. Paşinyan ölkəsini müstəqilləşdirmək istəyir. Rusiya da bunun əleyhinədir. Paşinyan Qərbə inteqrasiyaya cəhd edir, Moskva buna qarşıdır. Paşinyan başqa dövlətləri Qarabağ prosesinə cəlb etməyə çalışır, ruslar buna da qarşıdır. Belə bir vəziyyətdə Paşinyan üçün asan deyil ki, sülh istiqamətində addım atsın. Başqa sözlə, Paşinyanın durumu İlham Əliyevlə müqayisədə həddən artıq çətindir. İlham Əliyev işğal altında olan ərazilərin əhəmiyyətli hissəsini işğaldan azad etməyə nail olub və bu mənada əhalinin ona rəğbəti var. Üstəlik, xalqından kart-blanş da alıb. Nikol Paşinyan isə bütün bunlardan məhrumdur. Ona görə də Paşinyan asanlıqla sülh müqaviləsinə imza atmayacaq.

- Bəs Soçiyə gedərkən İlham Əliyevin çantasında nələr olacaq?...

- Mənə elə gəlir ki, İlham Əliyev Rusiyaya Xankəndi və digər məsələlərlə bağlı alternativ fikirlər apara bilər. Mən bunu Rusiya-Azərbaycan münasibətləri kontekstində deyirəm. Nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya münasibətlərində də müəyyən problemli məsələlər var. Bu problemlərin həlli üçün də addımlar atılmalı, işlər görülməlidir. Mənim fikrimcə, İlham Əliyev Soçiyə güclü əl kimi gedir. Əvvəla, dediyim kimi, daxildən dəstəyi var, üstəlik, Türkiyə və Pakistan kimi ölkələr tərəfindən dəstəklənir. Azərbaycan cəmiyyətində Qarabağ məsələsinə görə İlham Əliyev iqtidar-müxalifət məsələsi olmadan dəstəklənir. Bunlar hamısı müsbət amillər olmaqla yanaşı İlham Əliyevin əlini gücləndirən faktorlardır. Odur ki, İlham Əliyev Soçidə daha çox addımlar ata bilər.

- Bütün bunlardan sonra dekabrın 15-nə planlaşdırılan Brüssel görüşündən nə gözləyirsiniz?

- Mən heç nə gözləmirəm.Avropa İttifaqı çalışır ki, öz mövcudluğunu göstərsin, imkan varsa regionda oyunçuya çevrilsin.

- Avropa İttifaqının prosesə cəlb olunması məsələnin Rusiyanın inhisarından çıxarılması üçün nə dərəcədə effektiv ola bilər?

- Mənim şəxsi qənaətim belədir ki, bu prosesə Türkiyədən savayı kim qatılsa, bizim xeyrimizə olmayacaq. Avropa Birliyində ən böyük iki söz sahibindən biri Fransadır. Fransanın son fəaliyyəti göz önündədir. Son 30 ildə Ermənistana açıq dəstək verib. Odur ki, mən Avropa İttifaqı daxil olmaqla, başqa oyunçuların prosesdə iştirak etməsinin bizə hansısa xeyir gətirəcəyi düşüncəsində deyiləm. Müharibədən əvvəl, müharibə dövründə və ondan sonra biz gördük ki, Türkiyə birmənalı bizi müdafiə edir. Bu mənada regionda Türkiyənin güclənməsi bizim üçün daha vacibdir, nəinki başqa qüvvələrin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru