Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                 

"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil" - Partiya sədri
Tarix: 30-11-2021, 09:58 | Çap et
"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil"
Erməni lobbisi postmüharibə dövründə də həyasız fəaliyyətindən geri qalmır. Rəsmi İrəvan Bakı ilə bölgədə yeni konfiqurasiyanın yaranmasında maraqlı olduğunu bəyan etsə də, erməni lobbisi köhnə və ənənəvi işini davam etdirir. “Yeni Müsavat” bildirir ki, ötən həftə Avropa Parlamentinin 33 deputatının Azərbaycanı təcavüzkar adlandırması, bizi Ermənistanın guya suveren ərazisinə daxil olmaqda günahlandırması və bununla əlaqədar qətnamə qəbul edilməsi erməni lobbisinin təsirlərini bir daha üzə çıxardı.

Görünür ki, Avropa Parlamentində, Avropa Şurasında, ABŞ Konqresində və digər beynəlxalq tribunalarda erməni lobbisi iş aparmaqdadır. AP-da 33 deputatı, qarayaxması, bizə əsassız ittiham irəli sürməsi göstərdi ki, bu dərəcədə fəallaşıblar. Əslində həmin qətnamənin sənəd kimi heç bir hüquqi statusu yoxdur, daha əvvəl də bənzər qətnamələr əski parçasına çevrilib, lakin istənilən halda bu qurumun erməni lobbisinin təsiri altında olduğu təsəvvürü formalaşır. Bəs kontur addımlarımız necə olmalıdır? Azərbaycan lobbi işini gücləndirməklə Ermənistan əleyhinə müxtəlif beynəlxalq təsisatlarda qətnamələr qəbul edilməsinə nail ola bilərikmi? Əgər erməni tərəfi iddia edirsə və AP deputatlar da qətnamə şəklində bildirirsə Azərbaycan Ordusu guya Ermənistanın ərazilərinə girib, yeri gəlmişkən, bunu üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında baş nazir Nikol Paşinyan da açıqlamışdı, o halda bizim lobbi terrorçu Mirzoyanın Şuşa yaxınlığında hərbçilərimizə qumbara atmasını niyə gündəmə gətirməsin, Azərbaycanla işləyən AŞ PA və AP deputatlarının dilindən bu bəyanatlar səslənməsin?

Yada salaq ki, AP deputatları Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelə bununla bağlı məktub göndəriblər. Məktubda Azərbaycan Silahlı Qüvvələrinin Ermənistandan çıxarılması tələb olunur: “Noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri Ermənistan Respublikasının şərq sərhədi boyunca hücuma keçib. Avropa Parlamentinin üzvləri kimi biz Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə hücumunu və ora soxulmasını pisləyirik”. Müraciətdə qeyd ediblər ki, guya Azərbaycanın günahı üzündən 10 noyabr 2020-ci il atəşkəs bəyanatı pozulub və bölgədəki kövrək sülh ciddi şəkildə təhdidlə üzləşib.

Fransalı senator Natali Qule deyib ki, Fransada siyasi partiyaları sülhə deyil, müharibəyə sövq edən erməni lobbisi bizi dərindən narahat edir və onlar prosesə heç də kömək etmirlər. Görünür ki, ermənipərəst Fransada da bunu etiraf edənlər var.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “”Yeni Müsavat"a bildirdi ki, Avropa parlamentarilərinin belə qətnaməyə imza atması Azərbaycana qarşı qərəzin göstəricisidir. Onun sözlərinə görə, həmin avropalı deputatları bir-bir araşdırsaq, əlləri erməni lobbisinin cibindən çıxacaq: “Hesab edirəm ki, 33 deputatın məlum qətnaməyə imza atması Avropa Parlamentinin nüfuzuna ciddi şəkildə zərbələrdən biri olacaq. Bu, bizə qarşı erməni lobbisinin pulu hesabına yürüdülən siyasətdir və beynəlxalq qurum olaraq imicini zədələyir. Halbuki 30 il ərzində torpaqlar işğalda olarkən Avropa Parlamentinin 10 deputatı bir araya gəlib Ermənistanın təcavüzkar addımlarına qarşı qətnamə qəbul etməyiblər. Hərçənd 30 il icra olunmayan BMT qətnamələri var idi, indisə olmayan məsələ haqda Avropa Parlamentində 33 rüşvətxor deputat qətnamə qəbul edir”.

GAP sədri hesab edir ki, Avropanın ayrı-ayrı mərkəzlərinin ikili standartlarla yanaşması Qərbin özünə etimadı azaldır: “Belə dünyada ədalət yaratmaq istəyən Avropa pis bir nümunə qoymuş olur. Biz heç bir kəsin suveren ərazisinə daxil olmamışıq, bizim suveren ərazilər 30 il işğalçı orduda olub. Ona görə Azərbaycanın öz strategiyası var və bizim Ordumuz BMT-nin 4 qətnaməsini icra edib, hansısa qətnamələr hüquqi sənəd ola bilməz. Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil, orada Fransanın və erməni lobbisinin təsiri var. Ona görə rəsmi Bakı öz yolunu getməlidir. Biz ”Böyük qayıdış"ı nəzərdə tuturuq, Qarabağda quruculuq işləri gedir, dünya buna şahiddir ki, Azərbaycan öz ərazilərini yenidən yaradır, hansısa çürük qətnamələr bizi maraqlandırmır. Yaxşı olar ki, pulla işləyən avropalı deputatları öz ölkələri araşdırsınlar. Məlum olacaq ki, erməni lobbisi və diasporasının əlinə baxırlar".

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, erməni lobbisinin böyük imkanları və təcrübəsi var: “Azərbaycan da ABŞ, Fransa və digər ölkələrdə lobbi işini qurub, bizi dəstəkləyənlər də az deyil. Amma etiraf etmək lazımdır ki, erməni diasporasının 100 yaşı var, lobbiçilikdə uzun yol keçiblər və təbii ki, dünyada erməni təəssübü çəkənlər də var, xristian faktoru burada rol oynayır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru