"Yük maşınlarımız öz torpaqlarımızdan geri qaytarılır" - ETİRAZ
Tarix: 18-02-2022, 08:06 | Çap et
 Media və sosial şəbəkələrdə yayılmış bir xəbər ölkə ictimaiyyətinin hiddətinə səbəb olub. Xəbərə görə, Suqovuşandan Kəlbəcər rayonuna “sülhməramlılar”ın müşayiəti ilə yük aparan sürücülərimiz erməni silahlılarının “yoxlamasından” keçə bilməyib. Nəticədə yük maşınları geri qayıtmağa məcbur olub. 40 nəfərdən ibarət olan erməni silahlılarının “sülhməramlıların” sözünə belə əhəmiyyət vermədiyi deyilir. Halbuki, razılaşmaya görə, Rusiya sülhməramlılarının vəzifəsi yük maşınlarının təhlükəsizliyini təmin etmək məqsədilə onu müşayiət etməkdir, maşında aparılan yükün nə olduğunu yoxlamaq deyil. Tutaq ki, maşında tank, top, silah aparılır, axı bu yük başqa ölkənin deyil, Azərbaycanın öz ərazisində daşıdığı öz yüküdür. Necə olur ki, Laçın dəhlizi vasitəsilə Ermənistandan və digər ölkələrdən Azərbaycana keçən yük və minik maşınları, insanlar səthi yoxlanılıb əraziyə buraxılır, amma Azərbaycanın öz ərazisində daşıdığı öz yükünü həm Rusiyanın, həm də separatçı rejimin polisi yoxlayır? Yoxlamanın hədəfi nədir, nəyi axtarırlar və qanunsuz olan nədir ki, onu axtarırlar? Biz öz ərazimizdə istədiyimiz yükü daşıya bilərik, Rusiya sülhməramlılarının vəzifəsi o yükün təhlükəsiz daşınmasını təmin etməkdir. Rusiya “sülhməramlıları”nın Qarabağdakı separatçı rejimin mövcudluğunun əsas təminatçısı olduğu bəllidir. Göründüyü kimi ara-sıra qondarma rejimin “legitimliyini” isbatlamaq üçün bu cür “nümunələrdən” də istifadə edirlər. Öz “sülhməramlılarını” Qarabağ ərazisinə yerləşdirən Moskva nəzarət etdiyi ərazilərə Azərbaycan dövlətinin təsirlərini maksimum azaltmaq siyasəti güdür. Problemin yaxın zamanda həll olmayacağını nümayiş etdirir. Təhlükəli məqamlardan biri də Qarabağda süni olaraq ruslaşdırma cəhdlərinin müşahidə olunmasıdır. İlk dəfə rus dilinin Qarabağda ikinci rəsmi dil kimi qəbul etdirilməsi, rus provaslav kilsəsinin Xocalıda tikilməsi, Rusiya ictimai və hərbi xadimlərinin büstlərinin qoyulması bunun təsdiqidir. DİA.AZ-ın məlumatına görə, narazılıq doğuran məqamla bağlı “Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, təxribat aktlarının qarşısı sərt şəkildə alınmadıqca, ermənilər getdikcə daha da həyasızlaşacaq. Partiya rəhbəri bildirib ki, erməni quldurları artıq rus “sülhməramlıları”na da məhəl qoymur:
“Erməni silahlıları özləri yol kəsirlər, “yoxlamalar” aparırlar. Problem ondadır ki, “sülhməramlıların” və separatçıların özbaşına hərəkətlərinə, qanunsuz addımlarına rəsmi qaydada sərt reaksiya verilmir. Xatırlayırsızsa, bir müddət əvvəl separatçılar rus “sülhməramlıları” ilə birgə maşınlarımızın yoxlanmasında iştirak etmişdi. İctimai narazılıqdan sonra xəbər yayıldı ki, guya, Rusiya sülhməramlıları bunun bir daha təkrarlanmayacağına söz veriblər. Ruslar nəinki sözlərində durdular, əksinə, daha betər təxribatlara şərait yaratdılar. Əgər bu gün yük maşınlarımızın öz torpağımızda geri qayıtmasından danışırıqsa, deməli, ciddi ölçü götürməyin vaxtıdır. Ərazilərimizdə nəzarəti tam olaraq əlimizə almalıyıq. 10 noyabr üçtərəfli bəyanatın bəndləri sənədə imza atıldığı ilk gündən pozulub. Erməni hərbi birləşmələri hələ də bölgədən çıxarılmayıb. Rusiyaya xəbərdarlıqla iş bitmir. Dərhal anti-terror əməliyyatlarına başlamalıyıq”.
A.Əlizadə vurğulayıb ki, gözümüzün önündə separatçıların gücləndirilməsi üçün hər cür addım atılır:
“Səngər söhbətindən sonra xəbər yayılır ki, erməni tərəfi yazda torpaqlarımıza hücuma hazırlaşır. Rəsmi qurumların məsələyə yanaşması və cavabı çox sərt, adekvat olmalıdır. Ötən gün Baş Prokurorluq məlumat yaydı ki, baş separatçı Araik Arutyunyanun həbsinə hazırlıq gedir. Bu açıqlamadan sonra Arutyunyan başına torba keçirilərək Bakıya gətirilməlidir. Ancaq əməli addımlarla separatçıların təxribatlarının qarşısını almaq və onları zərərsizləşdirmək mümkündür. Əks halda daha ciddi hadisələrlə üzləşəcəyik”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Dünən, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Dünən, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Dünən, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Dünən, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Dünən, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Dünən, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Dünən, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Dünən, 04:03 |
|
|
|
|