“Olmayan maliyyənin nə hesabatı?” - ETİRAZ
Tarix: 8-04-2022, 08:22 | Çap et
 Azərbaycanda dövlət qeydiyyatına alınmış 58 siyasi partiyadan 41-i MSK-ya maliyyə hesabatını təqdim edib. 17 siyasi partiya isə 2021-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib. Maliyyə hesabatını təqdim etməyən partiyalar aşağıdakılardır:
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası
Vahid Azərbaycan Milli Birlik Partiyası
AĞ Partiya (AĞP)
Müstəqil Azərbaycan Partiyası
Azərbaycan Milli Dövlətçilik Partiyası
Azərbaycan Vətənpərvərlər Partiyası
Azərbaycan Sosial Rifah Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Vahid Kommunist Partiyası
Sosial Ədalət Partiyası
Azadlıq Partiyası
Vəhdət Partiyası
“Azərbaycan Mübarizləri” Partiyası
Azərbaycan Milli Demokrat Partiyası
Azad Demokratlar Partiyası (AzDP)
Haqq Ədalət Partiyası (HƏP)
Azərbaycan Yüksəliş Partiyası (AY Partiya).
Qeyd edək ki, MSK aprelin 1-də illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməli idi. diaaz.space-ın məlumatına görə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, hər il partiyanın hesabatı MSK-ya təqdim edildiyi kimi, bu il də maliyyə hesabatını aprelin 1-dək MSK-ya göndəriblər. Sadəcə olaraq, hesabatda bəzi düzəlişlərə ehtiyac yaranıb: “Həmin düzəlişləri edib, maliyyə hesabatımızı yenidən MSK-ya göndərəcəyik. Maliyyə hesabatı verməyən partiyaların dövlət qeydiyyatının ləğvi məsələsi, məncə, qanunvericilikdə əksini tapmır. Qanunda maliyyə yoxlaması keçirib xəbərdarlıq edilməsi məsələsi qeyd edilir. AĞ Partiya qanunların icra olunmasının tərəfdarıdır. Amma qanunlara da əsaslananda gərək siyasi şəraiti, real vəziyyəti nəzərə alaraq addımlar atılsın. Partiyaların, xüsusən müxalifət partiyalarının maliyyə vəziyyətinin necə olduğunu hər kəs bilir. Dövlət büdcəsindən maliyyələşməyəm partiyalardan maliyyə hesabatları tələb etmək qəribə görünür. Amma qanun var və gizlətməli bir şeyimiz olmadığı üçün hesabat vermək problemimiz yoxdur”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə bildirdi ki, üç dəfə maliyyə hesabatını MSK-ya təqdim ediblər, lakin hər üçündə MSK hesabatı düzəliş üçün geri qaytarıb. Sonuncu dəfə partiya hesabatı martın 29-da təqdim edib, MSK isə qəbul etməyib:
“Komissiya yeni qaydalar qoyub. Bəzi xanaların yeri dəyişdirilib, formatda bir sıra yeniliklər ediblər. Ona görə biz tələb edilən düzəlişləri yerinə yetirib, hesabatı yenidən göndərdik. Yəqin ki, düzəlişlər edildiyi üçün qəbul olunacaq”.
T.Kərimli də hesab edir ki, partiyaların MSK-ya maliyyə hesabatı verməsi əslində doğru deyil. Xüsusən də seçkiyə qatılmayan partiyaların maliyyə hesabatı verməsinin anlamı yoxdur.
Bəs maliyyə hesabatı verməyən partiyalara qarşı hansı cəza tədbirləri qanunda nəzərdə tutulub? Tahir Kərimli dedi ki, hesabat təqdim etməyən partiyalarla bağlı Ədliyyə Nazirliyi müvafiq addımlar ata bilər: “Qanuna görə, MSK bununla bağlı Ədliyyə Nazirliyinə təqdimat verir. Nazirlik buna uyğun partiya haqqında tədbirlər görür. Əvvəl partiyalara ancaq məhkəmə qaydası ilə hansısa cəza tətbiq edilə bilərdi. İndi elə hallar var ki, nazirlik özü də bunu yerinə yetirə bilər. Xəbərdarlıq etmək, məhkəmə qaydasında məsələ qaldırılması, bunun nəticəsində partiyanın fəaliyyətsizliyi təsdiq edilərsə, prosedurların yekunu kimi qeydiyyatının ləğvi mümkün ola bilər”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirdi ki, rəhbərlik etdiyi partiyanın maliyyəsi yoxdur, ona görə hesabat verməyiblər: “Olmayan maliyyənin nə hesabatı? Hakimiyyət bizə maliyyə ayırmayıb, yalnız öz yaltaqlarına ayırıb. Siyasi partiyaların MSK-ya maliyyə hesabatı verməsi dünyada bir bizdədir. Partiyanın qeydiyyatını isə yalnız məhkəmə ləğv edə bilər. Bizdə də məhkəmə tam ”müstəqil" olduğuna görə elə şey eləməz".
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov isə bildirdi ki, qanuna görə MSK maliyyə hesabatını vaxtında təqdim etməyən siyasi partiyalara qarşı məsələ qaldıra bilər. Bu zaman MSK hesabatın gecikdirilməsinin səbəblərini araşdırır. Siyasi partiya bu araşdırmadan sonra da hesabatı təqdim etmədikdə, MSK müvafiq qaydada inzibati tənbeh tədbirlərinin tətbiqini həyata keçirə bilər. Vaxtında proseduru başa çatdırmayan partiyalara münasibətdə inzibati tənbeh tədbiri olaraq cərimələrin tətbiqi nəzərdə tutulub.
MSK katibinin sözlərinə görə, bu günə qədər praktikada heç bir partiyaya münasibətdə cərimələr tətbiq olunmayıb, inzibati tənbeh tədbirləri görülməyib. Qeydə alınan partiyaların hamısı bu illər ərzində bu və ya digər dərəcədə əsasən maliyyə hesabatlarını təqdim edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Bu gün, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
|