"Bu təşəbbüsün xalqımız üçün qürurverici, ruhlandırıcı əhəmiyyəti var" - deputat
Tarix: 12-04-2022, 08:23 | Çap et
 Ötən həftə sonu Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin iki komitəsinin birgə iclası keçirilib. İclasda vurğulanıb ki, Şuşa şəhərində bir çox dövlət orqanları fəaliyyət göstərir. Ona görə də qanunvericilik hakimiyyəti orqanının tədbirlərinin burada keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib göstəriciləridən biri kimi mühüm siyasi əhəmiyyət kəsb edir. İclasdan sonra Milli Məclisin deputatları Şuşa şəhərində gəzintiyə çıxıblar. Parlamentarilər Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri, tarixi və mədəni abidələri ziyarət edib, Cıdır düzünə qalxıblar. Qanunverici orqanın nümayəndələri həmçinin Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olublar. Bəzi deputatlar Şuşa təəssüratlarını sosial şəbəkədə iki-üç cümləylə ifadə etməyə çalışaraq, hədsiz duyğulandıqlarını, tərifi mümkün olmayan hisslər yaşadıqlarını yazıblar. Şuşada keçirilmiş ilk tarixi iclasda iştirak edən millət vəkillərindən biri də Elman Məmmədov olub. diaaz.space xəbər verir ki, parlament üzvü “Şərq”ə açıqlamasında Qarabağın incisi ilə bağlı öz təəssüratlarını bölüşüb. Deputat bildirib ki, Milli Məclisin komitə iclaslarından birini Şuşa şəhərində təşkil etmək bütün parlamentarilərin ən böyük arzusu idi:
“Şuşa işğaldan azad olunandan sonra mən də, digər həmkarlarım da bununla bağlı təkliflərimizi səsləndirmişdik. Ulu öndərimizin dediyi kimi Şuşa şəhəri təkcə yaşayış məskəni yox, eyni zamanda Qarabağın, Azərbaycanın simvolu kimi tanınır. Tarixi Qarabağ xanlığının mərkəzi olan Şuşa bizim üçün çox əzizdir. Onu da xüsusi qeyd edim ki, işğalçı düşmən Şuşa təcavüz altında olanda bizə qarşı təhqiramiz, aşağılayıcı addımlar atırdı. Separatçılar bəyan edirdilər ki, Şuşada qondarma rejimin “parlament” binası tikiləcək, orada “iclaslar” keçiriləcək və s. Komitənin iclasında gündəlikdə olan məsələlərdən biri Azərbaycan və Türkiyə arasında “Qafqaz qartalı” adlı birgə təlimlərin keçirilməsi idi. Müzakirə zamanı dedim ki, Azərbaycan qartalları Şuşanı düşməndən azad etdilər. Qarğalar, sağsağanlar getdi, qartallar Şuşaya geri döndü. Biz onların qəhrəmanlığı, şücaəti, Ordumuzun, Ali Baş Komandanımızın cəsarəti, qətiyyəti hesabına Şuşada parlamentin komitə iclaslarını keçiririk. Bu təşəbbüsün xalqımız üçün qürurverici, ruhlandırıcı əhəmiyyəti var. Eyni zamanda düşmənə və onun havadarlarına növbəti ağır zərbədir. Revanşistlərə, yenidən işğal düşüncəsində olanlara mesajdır”.
E.Məmmədov vurğulayıb ki, Cıdır düzündə və Şuşanın bir neçə nöqtəsində dayanaraq doğma Xocalıya həsrətlə baxıb:
“Ürəyimdən nələr keçirdi? İnşallah, gün gələcək, Şuşamızı işğaldan azad edən Azərbaycan Ordusu Xocalımızı, Xankəndimizi, Xocavəndimizi, Ağdərəmizi də düşmən tapdağından qurtaracaq. O gün gəldiyi zaman doğma yurd-yuvamıza uzaqdan həsrətlə baxmayacağıq. Vaxt gələcək Xocalıda yaşayacağıq. Parlament üzvlərinin hamısı Şuşada duyğulu anlar yaşadı, öz ürəklərindən gələni söylədilər. Bu, müqəddəs bir ziyarət və möhtəşəm tədbir idi. Əlbəttə, iclaslar davam edəcək. Ola bilsin, komitələrdən sonra Milli Məclisin plenar iclaslarından biri də məhz Şuşada keçirilsin”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Maaşları mənimsənilən işçilər Prezidentə MÜRACİƏT ETDİ - NARAZILIQ VAR...
Bu gün, 07:40 |
|
|
|
• SOCAR-a aid torpaqları KİM SATIR? - rəhbərlik rəsmən GÖZ YUMUR
Bu gün, 07:12 |
|
|
|
• Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 07:01 |
|
|
|
• Rusiyadan soydaşlarımızın kütləvi köçü başlayacaq? - Görünəni odur ki...
Bu gün, 06:58 |
|
|
|
• Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Bu gün, 06:57 |
|
|
|
• Mikayılov xeyri özgəsinə vermir - deputatla anlaşdı
Bu gün, 06:55 |
|
|
|
• Azərbaycan-Rusiya: Bundan sonra nə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 06:48 |
|
|
|
• “Rusiya İlham Əliyevin apardığı müstəqil siyasəti həzm edə bilmir” - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• ABŞ sülh olmasını və Rusiyanın bölgədən çıxmasını istəyirsə... - Ermənistana daha çox təzyiq etməlidir
Bu gün, 06:43 |
|
|
|
• Kənd təsərrüfatında məhsul bolluğu problemə çevrilib... - Azərbaycan Körfəz ölkələrinə üz tuta bilər...
Bu gün, 06:41 |
|
|
|
• “Zəngəzur dəhlizi İranın bəlkə də ən çox xeyrinə olan variantdır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:39 |
|
|
|
• "Xaric oxuyan" diplomat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:36 |
|
|
|
• "Azərbaycana və Ermənistana təzyiq olacaq" - AMMA...
Bu gün, 06:35 |
|
|
|
• Minsk qrupunun ləğvi... - sıradan bir hadisə deyil...
Bu gün, 06:32 |
|
|
|
• Diplomatiyanın Vaşinqton "paradı": zəruri söz ardı - AKTUAL
Bu gün, 06:30 |
|
|
|
• Büdcəyə milyonlarla ziyan vuran kimlərdir? - Ağır onkoloji xəstələrin adına açılan "şirkət"lər
Bu gün, 06:28 |
|
|
|
• "Rusiyanın artıq Zəngəzur dəhlizinə maneə törətmək imkanı yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:18 |
|
|
|
• "Rusiyadakı vətəndaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirilə bilər" - NƏ ETMƏLİ?
Bu gün, 06:16 |
|
|
|
• "Atam olduğu üçün demirəm, ondan bir daha olmayacaq"
Bu gün, 06:13 |
|
|
|
• Paşinyan Bakıya “hə” dedi, 200 hərbçi Ermənistana göndərildi – Proses qızışır
Bu gün, 06:11 |
|
|
|
• Region "ƏL DƏYİŞDİRİR": Azərbaycan, ABŞ, Ermənistan üçlüsü - Bəs Rusiya NƏ EDƏCƏK?
Bu gün, 06:08 |
|
|
|
• Düzgün ixtisas seçməyən gənc sabah işsiz qalacaq - DİQQƏT
Bu gün, 06:02 |
|
|
|
• Rusiyaya heç bir güzəşt olmayacaq: növbəti sanksiya... - AÇIQLAMA
Bu gün, 05:58 |
|
|
|
• “Rusiya Qafqazda hərbi dillə danışa bilməyəcək” - FAKT BUDUR!
Bu gün, 00:20 |
|
|
|
• Hökumət səs-küylü addıma hazırlaşır – “Bu qurum ləğv edilir, kadr islahatları aparılır, Rusiyaya bağlı şəxslər…”
Bu gün, 00:17 |
|
|
|
• İşğaldan azad olunan ərazilərdə ən çox nələrə pul xərclənib? - SİYAHI
Dünən, 18:02 |
|
|
|
• Sülh sazişi tərəflər arasında etibarlı sülh üçün möhkəm təməldir - Paşinyan
Dünən, 17:59 |
|
|
|
• Azərbaycan İrəvana səfir TƏYİN EDƏCƏK - BUNDAN SONRA...
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam verəcək - DETALLAR
Dünən, 17:48 |
|
|
|
• Dövlət universitetlərində təhsil niyə pullu olmalıdır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:03 |
|
|
|
• Röya Ayxanın ailəsinə ağır itki üz verdi
Dünən, 16:59 |
|
|
|
• Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər - FOTO
Dünən, 16:54 |
|
|
|
• Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib
Dünən, 16:50 |
|
|
|
• Qafqazda tarixi sülh: Kim uddu, kim uduzdu? - GÜNDƏM
Dünən, 16:48 |
|
|
|
• Nazirliyi 6 aylıq xərc hesabatını açıqladı - DETALLAR
Dünən, 16:46 |
|
|
|
• Qarabağa daha 100 köçün ailəsi köçürüləcək - TENDER NƏTİCƏSİ
Dünən, 16:43 |
|
|
|
• Dövlət qurumunun 11 milyonluq tenderləri ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 16:41 |
|
|
|
• Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi teneder müsabiqəsi elan edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsi Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması i - KİV
Dünən, 16:39 |
|
|
|
• Xırdalanda bu küçələri hər il təmir edirlər – Bu il də olacaq
Dünən, 16:38 |
|
|
|
• 30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 16:35 |
|
|
|
• Zəngəzura "səmərəsiz ərazi" deyən deputat hər şeyi AYDINlaşdırdı: - "Qəsdən təhrif..."
Dünən, 16:31 |
|
|
|
• Aysel keçmiş ərini həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Paşinyanın “diplomatik marafonu”: Ağ Evdən çıxıb Makrona hesabat verdi - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı - 6 ay elektron QOLBAQ TAXACAQ
Dünən, 15:52 |
|
|
|
• Avropa İttifaqının Ermənistan missiyası: - Uğursuz təşəbbüs və siyasi iflas
Dünən, 15:50 |
|
|
|
• Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub
Dünən, 15:18 |
|
|
|
• Putin Paşinyanla telefonla danışıb
Dünən, 14:38 |
|
|
|
• "Ola bilsin ki, həqiqətən də İranla da hansısa məsləhətləşmələr olub..." - Zərdüşt Əlizadənin ŞƏRHİ
Dünən, 14:36 |
|
|
|
• Elşad Abdullayev haqda ilkin istintaq bitdi - TƏFƏRRÜAT
Dünən, 14:24 |
|
|
|
• Parıltı İçində Cazibə - FOTO
Dünən, 14:16 |
|
|
|
|