FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                 

“Əsas hədəfimiz Qarabağ olmalıdır, sülh müqaviləsi yox” - ÇAĞIRIŞ
Tarix: 3-06-2023, 11:05 | Çap et
“Əsas hədəfimiz Qarabağ olmalıdır, sülh müqaviləsi yox”
Azərbaycan-Ermənistan danışıqlarının növbəti məkanı Moldovanın paytaxtı Kişinyov şəhəri oldu. Bu dəfə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüş “beşli format”da keçirildi, amma hər hansı nəticə əldə olunmadı, sadəcə, növbəti görüşlərin anonsu verildi.

Kişinyov görüşü ərəfəsində Ermənistanın təxribatları, Qarabağdakı separatçıların baş qaldırması, həmçinin şimal qonşumuzun gərginliyi tətikləməsi sözsüz ki, danışıqların nəticəsizliyinə hesablanmışdı. Amma vəziyyət bu cür qala bilməz. Azərbaycan Prezidenti mayın 28-də Laçından erməni separatçılarına, Ermənistana, həmçinin onları gizli və açıq himayə edənlərə açıq şəkildə xəbərdarlıq edib. Bütün bunlardan sonra hansısa təsirli addımların atılacağını hətta bəzi erməni ekspertlər də söyləyirlər.

DİA.AZ bildirir ki, təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”ın suallarını cavablandırarkən çox maraqlı fikirlər səsləndirib.

- İlham bəy, Kişinyov görüşünün nəticəsiz başa çatması sizin üçün gözlənilməz olmadı ki?

- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüş ərəfəsində yazdığı hər bir cümlənin arxasında faktiki Kişinyov danışıqlarının leytmotivi əksini tapıb və görüşdən əvvəl də proqnozlar konkret bir sənədin qəbul edilməyəcəyini deyirdi. Əslində Şarl Mişelin qeyd etdiklərinin əsası bir ay əvvəl Vaşinqtonda müzakirə olunmuş və iki həftə əvvəl, mayın 14-də Brüsseldə dövlət başçılarının görüşündə, tam olmasa da, detallı razılaşmalar əldə edilmişdi. Ərazi bütövlüyünün rəqəmləri vurğulamaqla tanınmasını “bir daha təsdiqləmək” deyəndə, Şarl Mişel məhz Brüssel razılaşmasına işarə edirdi.

Amma Brüssel görüşündən sonra tərəflərdən səslənən açıqlamalarda hiss olunurdu ki, hər şey heç də ütülü deyil. Elə bu səbəbdən də Kişinyovda “beşli format” təsadüfi sayıla bilməz. Hesab edirəm ki, bu görüş Qərbin Rusiya qarşısında üstünlüyünün nümayişi ilə yanaşı, tərəflərə və açığı deyək, daha çox Azərbaycanın mövqelərinə, əsasən Fransa Prezidentinin simasında təsir etmək məqsədi daşıyırdı. Almaniya kanslerinin iştirakının əsl səbəbi məlumdur. Şarl Mişel twitter səhifəsində nəyə daha çox diqqət çəkir? O, “Bakı ilə Qarabağ erməniləri arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoqun hazırda həlledici əhəmiyyət kəsb etməsi”ndən, “maksimalist mövqelərdən çəkinmək və dialoqa can atmağın vacibliyindən” danışıb. Bunlar Ermənistana yox, bizə ünvanlanan mesajlardır. Şarl Mişel “cəsarətli qərarlar lazımdır” deyəndə də bizi qəsd edir. Və bu tezislər saat yarımlıq müzakirənin əsas predmeti olduğuna şübhə yeri qoymur. Yəni ərazi bütövlüyünün tanınmasının Qarabağla əlaqədar şərtlərdən keçdiyinə açıq işarədir. Və bilirik ki, bu şərt həm Ermənistan hakimiyyətinin, həm də qismən Qərbin mövqeyidir.

Azərbaycanın dövlət başçısı 28 mayda Laçından verdiyi mesajlarla bunlara cavab vermişdi, amma Paşinyanın görüşdən sonra “bizim anlayışımız ondan ibarətdir ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi beynəlxalq mexanizmlər çərçivəsində və ya beynəlxalq iştirakla baş tutmalı olan Bakı-Stepanakert (Xankəndi) dialoqu formatında müzakirə olunmalıdır”, deməsi göstərir ki, qarşı tərəf ərazi bütövlüyünün tanınmasını bu şərtlər əsasında görür. Azərbaycan isə Qarabağın daxili işi olduğunu, bu şərtləri qəbul etmədiyini dəfələrlə bildirib.

Bütün bunlar hələ ki ilkin qənaətdir, fərqli nəticələr də ola bilər. Hər halda, Kişinyov görüşü və perspektivdə XİN rəhbərlərinin iyunun 12-də Vaşinqtonda, dövlət başçılarının iyulun 21-də Brüsseldə və oktyabrın 5-də Qranadada yenidən beşli formatda planlaşdırılan görüşləri Qərbin sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə hesablanıb. Amma hiss olunur ki, bu asan olmayacaq.

- Fransanın prosesdə iştirakına amerikalı diplomat Metyu Brayzanın ilginc münasibəti olub. Bildirib ki, kaş ki, Fransa bu prosesdə iştirak etməzdi. Yeri gəlmişkən, Kişinyov görüşündən sonra da Azərbaycan XİN Fransa Prezidentinə etiraz bəyanatı yaydı. Paris məkrli niyyətindən əl çəkməyibsə, Bakı hansı addımı atmalıdır?

- Metyu Brayzanın dediklərində həqiqət çaları var. Makron Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etsə də, separatçılara hansısa statusun verilməsi ideyasından əl çəkməyib. Hədəf Fransanın Cənubi Qafqaza girməsi üçün Ermənistanın minimum maraqlarını təmin edib Rusiyanı əvəzləməkdir. Ona görə Makron olan yerdə sülh müqaviləsinin imzalanması sual altındadır. Brayzanın dediyi “fikirayrılıqlarının azaldılması” isə Azərbaycandan çox Ermənistana ünvanlanıb, çünki fikir ayrılığına səbəb Ermənistanın Qarabağ şərtləridir. ABŞ-ın iştirakı ilə sülh müqaviləsinin imzalanması daha inandırıcıdır, amma birmənalı deyil, çünki Rusiya faktorunu unutmaq olmaz. Şimal qonşumuz masada zəif olsa da, sahədə təsiri Qərbdən üstündür. Ukrayna müharibəsinin gedişatı burada açar rol oynaya bilər.

- İlham bəy, Kişinyov görüşü ərəfəsi Rusiya Müdafiə Nazirliyi Azərbaycanın guya atəşkəsi pozduğu barədə açıqlama yaydı. Üstəlik, Qarabağdakı hərbi kontingent təsir zonasının xəritəsinə Laçın şəhərini də əlavə etdi. Bu təxribatlar nəyə hesablanmışdı?

- Rusiyanın diplomatik, hərbi təxribatlar törətməsi yenilik deyil. Hər dəfə Qərbin təşəbbüsü ilə görüşlər keçirilməsi ərəfəsində və ya sonra Rusiya hərbi kontingentinin nəzarət etdiyi Qarabağ torpaqlarında və dövlət sərhədində müxtəlif miqyaslı təxribatların baş verməsinin şahidiyik. Son günlər ruslar Laçın-Şuşa yolunda da bizim hərəkətimizə məhdudiyyətlər qoyub. Mahiyyət isə ondan ibarətdir ki, hələ iki dövlət və millət arasında gərginlik böyükdür və Rusiya olmasa, burada insanlıq fəlakəti yaşanar. Belə təxribatlar bizi əsas hədəfdən yayındırmamalıdır. Əsas hədəfimiz isə Qarabağ olmalıdır, yalnız sülh müqaviləsi yox!

- Məhz görüş ərəfəsində Prezident Laçından erməni separatçılarına, digər qüvvələrə açıq xəbərdarlıq etdi. Amma görünən budur ki, qarşı tərəf nəticə çıxarmaq istəmir. ABŞ-ın da dəstək verdiyi həll planının ardınca nə gözləyirsiniz: antiterror əməliyyatı?

- Prezidentin xəbərdarlığı həm separatçılara, həm İrəvandakı revanşistlərə, dolayısı ilə Rusiyaya yönəlmişdi. Separatçıların, revanşistlərin və onların havadarının tezliklə iddialarından əl çəkib, Azərbaycanın tərkibinə qatılacağına, vətəndaşlığı qəbul edəcəyinə inanmaq sadəlövhlük olardı. Antiterror əməliyyatının keçirilməsi isə mövcud vəziyyətdə, yəni Rusiya hərbi kontingentinin hələ burada olduğu şəraitdə yalnız ermənilərin maraqlarına xidmət edər. Onlar maksimum çalışırlar ki, Azərbaycanla Rusiya arasında barışmaz gərginlik yaransın. Biz antiterror əməliyyatı keçirə bilərik. Bir şərtlə: Azərbaycan erməni silahlı qüvvələrin ərazimizdən çıxarılması üçün Rusiya və Ermənistana xəbərdarlıq etməklə konkret vaxt verir və əməl edilmədikdə, məsələnin hərbi güc tətbiq etməklə həll olunacağını bəyan etməlidir. O zaman qarşı tərəfi fakt qarşısında qoymuş olarıq. Əks halda, Rusiya ilə gərginlik yaranar və bu da bizim maraqlara uyğun deyil.

- Qərbin moderatorluğu ilə növbəti görüşlərin anonsu verildi. Rusiya sakit qalacaqmı bu görüşlərin keçirilməsi fonunda? Yeri gəlmişkən, Putinin də həll planı var, amma ortada bir irəliləyiş yoxdur...

- 2022-ci ildə də Brüssel formatı kifayət dərəcədə uğurla gedirdi və sülh müqaviləsinin ilin sonunda imzalanacağı gözlənilirdi. Sentyabrda sərhəddə, Praqa görüşündən sonra isə Valday forumunda və Soçi görüşündə Rusiya elə hərbi və diplomatik təxribatlar etdi ki, altı ay rəsmi danışıqlar dayandırıldı. Ukraynadakı müharibə Rusiyanın imkanlarını zəiflətsə də, imperiya ambisiyalarından tez və asanlıqla əl çəkməsini Kremldən gözləmək olmaz. Putinin həll planı 2030-cu ilədək Rusiya hərbi kontingentinin Qarabağda qalmasıdır. Bu da bizim maraqlara ziddir.

- Sizə elə gəlmirmi ki, Avropa İttifaqı da Minsk Qrupusayağı görüşlər seriyasını uzatmağa çalışır. Ermənilər açıq etiraf edirlər ki, Paşinyanın ən böyük xidməti hər hansı sənədə qol çəkməməsi, vaxtı uzatması olar...

- Avropa İttifaqı Rusiyanın müdaxiləsini və tərəflər arasında razılığın hələ tam yaranmadığını nəzərə alaraq görüşlər seriyasını uzadır. Qərbdən olsa, sülh müqaviləsi günü sabah imzalanar və onun Cənubi Qafqaz siyasətinin uğuru olar, amma reallıq başqa vəziyyəti diktə edir. Rusiya isə zamanın uzanmasında maraqlıdır və Paşinyana təzyiqi də əsasən, bu istiqamətdədir. Paşinyan da hakimiyyətini itirməmək və daxili auditoriyanı tamamilə üzərinə qaldırmamaq üçün vaxtı uzatmağı hələ ki manevrləri ilə bacarır.

- Bəs Türkiyə necə, masa ətrafında yer ala bilərmi?

- Türkiyə qeyri-rəsmi zatən masadadır və masada olanlar bunu yaxşı bilir və siyasətlərində korrektələr etməyə məcbur olurlar. Türkiyə seçkidən sonra daha çox Rusiya ilə danışıqlar aparmalı və məsələnin həllinin zaman məsafəsini sürətləndirməlidir. Rusiyanın indiki vəziyyətdə Türkiyədən asılılığı var və bu situativ tərəfdaşlıqdan yararlanmaq lazımdır.

- Zəngəzur dəhlizi ilə bağlı gözləntiləriniz nədir?

- Zəngəzur yol olacaq, dəhliz statusu olmayacaq və praktik bu yoldan istifadə ən azı üç ildən sonra mümkün ola bilər. Fakt ondadır ki, Ermənistan tərəfdə nə dəmir yolu var, nə də magistral yol. Onun başa çatması üçün isə zaman və 220 milyon dollardan çox vəsait lazımdır. Ermənilər bu yoldan bizə qarşı hələlik təzyiq vasitəsi kimi istifadə edir. Ümumiyyətlə, Qarabağ probleminin həll yolu Zəngəzur yolunun açılmasından keçmir. Xankəndinə dövlət nəzarətimiz yaranmayınca, Zəngəzur yolu danışıqlar burulğanı olacaq, Xankəndidə bayrağımız ucalanda qalan məsələlər çox sürətlə gedəcək. Ona görə də siyasətimiz birbaşa Qarabağa istiqamətlənməlidir.

- Hələ ki danışıqlarda ön sırada yer almayan, amma mühüm əhəmiyyətə malik olan anklavlar məsələsi də var. Belə məlum olur ki, anklavlar mövzusu da xeyli vaxt aparacaq. Bu məsələnin həllini necə görürsünüz?

- Anklavlar haqqında Paşinyan Moldovadakı erməni icması ilə görüş zamanı fikir bildirib. Amma burada da tam yanlışlığa yol verib və guya Gədəbəyin Başkəndindən əlavə bizim hansısa kəndləri də tutduğumuzu söyləyib. Anklavlar paralel danışıqların predmetidir. Ermənilər bizim 121, 8 kv.km-lik anklav kəndlərimizi işğal edib, bizim nəzarətimizdə isə onların 40 kv.km-lik Başkəndi var. Mənim fikrimcə, Başkənd və Kərki dəyişilməli, qalan ərazilər, oradan keçən yolların sahələri hesablanıb ümumi rəyə gəlinməlidir.

- Nəhayət, yaxın dönəmdə nə gözlənilir: Prezident xəbərdarlıq edib, müdafiə naziri təxribatların qarşılığında dərhal cavab zərbəsi endirmək əmri verib. Separatçıların atəşinin və dirənişinin qarşılığında genişmiqyaslı əməliyyat, yoxsa...

- Nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması daha çox müzakirə olunsa da, real nəticə yoxdur. Azərbaycan üçün hazırda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması və Sərsəng su anbarının tamamilə nəzarətimizə keçməsi ən yaxın strateji hədəfimiz ola bilər. Dirəniş olarsa, o istiqamətdə genişmiqyaslı əməliyyatın keçirilməsi mümkündür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru