Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                 

“Məqsəd bütün yükü Azərbaycanın çiyninə qoymaqdır” - İlham Şaban
Tarix: 12-10-2023, 08:42 | Çap et
“Məqsəd bütün yükü Azərbaycanın çiyninə qoymaqdır”
Azərbaycan 2022-ci ildə Avropa Komissiyası ilə imzaladığı enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunda nəzərdə tutulan müddəalardan birini icra edə bilməmək riski ilə üzləşib. Bu sensasion məlumatı "Bloomberg" agentliyi yayıb.

Agentlik iddia edir ki, rəsmi Bakının Avropa ölkələri ilə qaz alqı-satqısına dair uzunmüddətli müqavilələr imzalamaq çalışmaları faydasız qalıb: “Azərbaycan 10-dan yuxarı Avropa ölkəsi ilə danışıqlar aparsa da, hələlik bu istiqamətdə müsbət nəticə əldə olunmayıb. Hazırda qaz bolluğu yaşayan avropalı alıcılar özlərini uzunmüddətli müqavilə öhdəlikləri ilə yükləmək istəmirlər. Bu zaman yaxın illərdə artıq icrasına başlanan layihələr nəticəsində qlobal maye qaz həcmlərinin kəskin artımı perspektivi də nəzərə alınır”.

Qeyd edək ki, ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin iştirakı ilə imzalanan memoranduma əsasən 2027-ci ilədək Azərbaycanın Avropaya qaz ixracını ikiqat artırmaqla 20 milyard kubmetrə çatdırması nəzərdə tutulur. Bunu təmin etmək üçün Cənub Qaz Dəhlizinin hər iki komponenti - TransAnadolu Qaz Boru Xətti (TANAP) və TransAdriatik Qaz Boru Kəməri (TAP) genişləndirilməlidir.

Xatırladaq ki, CQD-nin icrası böyük ölçüdə Azərbaycanın öz hesabına maliyyələşdirilib. Avropa İttifaqı layihəyə siyasi dəstək versə də, onun maliyyələşməsində iştirak etməyib. Lakin 2022-ci ildə Rusiya qaz nəqlini minimum səviyyəyə endirdikdə Avropa İttifaqının nəzərləri alternativ mənbələrdən biri olan Azərbaycana yönəldi, Brüssel rəsmilərinin Bakı səfərləri görünməmiş səviyyədə intensivləşdi və iyulda Avropa Komissiyası ilə yuxarıda qeyd olunan memorandum imzalandı. İmzalanma mərasimində xanım Lyayen CDQ-nin genişləndirilməsi məsələsinə də toxunaraq, bu istiqamətdə fəaliyyətlərin aktivləşdirilməsinin zəruriliyini önə çəkdi.

Bu il mayın 31-də Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, rəsmi Bakı qaz ixracına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə qərarlıdır və buna nail olacaq: “Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq qaz kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.

Mən hər il Xəzər Neft-Qaz Sərgisində çıxış edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir - həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir. Bizim bu işə çox sadiq olan bir heyətimiz var - beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq. Onlar situativ çətinliklər və ya strateji çətinliklər ola bilər. Biz bu işdə bir yerdəyik.

Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur.

Bizim təchizatın coğrafiyası, əminəm ki, genişlənməkdə davam edəcək. Çünki Azərbaycan qazına ehtiyac artmaqdadır. Son ilyarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın. Onu da vurğulayım ki, bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyacımız var. Bilirik ki, bu gün “yaşıl enerjiyə” gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz".

Qeyd edək ki, TAP kommersiya fəaliyyətinə başladığı vaxtdan indiyədək kəmərlə Avropaya 28 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edilib. Bu həcmin 23,5 milyard kubmetrdən çoxu İtaliyaya ixrac olunub. Bu barədə İtaliya mətbuatına “TAP AG” konsorsiumunun idarəedici direktoru Luka Skieppati məlumat verib: “Biz İtaliya bazarını, eləcə də Balkan ölkələrinin, xüsusilə Yunanıstan və Bolqarıstan bazarlarını təmin edirik. İtaliyada son aylarda istehlakda bir qədər azalma müşahidə olunub, lakin İtaliyanın mənbələri şaxələndirməyə davam etməsi və boru kəmərlərinin və uzunmüddətli müqavilələrin özündə etibarlı həllər təqdim etməsi vacibdir”.

TAP-ın gücünün iki dəfə artırılmasına gəlincə, L.Skieppati boru xəttinin artıq çəkildiyini və ötürücülük gücünün ikiqat artırılması üzrə işlərin, ən azı İtaliya hissəsində, çox vaxt aparmayacağını söyləyib: “Bizim 3 məqsədimiz var: nəql imkanlarını və buna müvafiq olaraq qaz tədarükünü artırmaq; qaz turbinlərindən yox, elektrik avadanlıqlarından istifadə etmək və nəhayət, gələcəkdə "yaşıl" molekulları nəql etmək. Ona görə də karbon neytrallığına nail olmaq kimi məqsədimiz də var".

Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə Azərbaycandan İtaliyanın cənubuna qədər 3,5 min km məsafədə uzanan CQD inteqrasiya olunmuş boru kəməri sistemidir. Onun ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. CQD-nin əsas xammal mənbəyi ehtiyatı 1,2 trilyon kubmetr olan “Şahdəniz” yatağıdır. Həmçinin bu ilin iyulundan “Abşeron” yatağından hasilata başlanıb. Yataqdan ilkin mərhələdə ildə 1,5 milyard kubmetr qaz əldə olunması və daxili istehlaka yönəldilməsi nəzərdə tutulur.

2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 faiz artımla) təşkil edib. 2022-ci ildə TAP vasitəsilə İtaliyaya qaz təchizatı 10,325 milyard kubmetr (43,1 faiz artımla) təşkil edib.

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək. Energetika Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yatağından, 17,6 milyard kubmetri “Şahdəniz” yatağından, 0,2 milyard kubmetri “Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Hasilat ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,5 milyard kubmetr çox olub.

Hesabat dövründə xaricə qaz satışı 15,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında Avropaya 7,6 milyard kubmetr, Türkiyəyə 6,7 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,8 milyard kubmetr qaz nəql olunub.

DİA.AZ xəbər verir ki, enerji məsələləri üzrə İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, son vaxtlar Qərb mətbuatında Azərbaycana qarşı qərəzli yazıların sayı sürətlə artır: “Xüsusilə 19 sentyabr uğurlu antiterror əməliyyatından sonra belə yazılar silsilə xarakter alıb. Əksər məlumatlarda iddialar yer alır ki, guya Azərbaycanın Cənub Qaz Dəhlizinin genişləndirilmiş həcmlərini doldurmağa qaz ehtiyatları yetərli deyil. Və bunu hərə öz baxış bucağından təsvir etməyə çalışır. Özlərinə uyğun ekspertlər də tapıb danışdırırlar. Hətta belə iddialar da səsləndirilir ki, Azərbaycan Avropanı aldadır, Rusiyadan qazı alıb Avropaya satır. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanan memorandumu bu yolla icra etmək niyyətindədir. Bunların hamısı absurd iddialardır. Azərbaycan Prezidenti 2023-cü il ərzində 2 dəfə açıq mətnlə deyib ki, CDQ-nin genişlənməsi üçün maliyyə lazımdır. Maliyyəni əldə etmək üçünsə onu ayıran mənbələrdə layihənin gələcəyinə inam olmalıdır. Belə inamı Avropadakı alıcılarla 10-20 illiyə imzalanmış alqı-satqı müqavilələri yarada bilər. Maliyyəni ayıran arxayın olmalıdır ki, investisiya yatırdığı kəmərlə nəql olunacaq qazın 10-20 il müddətində alıcı problemi olmayacaq. Bundan əlavə, bunlar bahalı layihələrdir, özünü doğrultması bəribaşdan təmin edilməlidir. Avropa Komissiyası "Şahdəniz-2" layihəsindəki kimi, şirkətlərin beynəlxalq maliyyə bazarlarından vəsait cəlb etməsinə imkan vermir. Hətta öz şirkətlərinə belə bu imkanı yaratmırlar. Bunları nəzərə almaq lazımdır. Qərb mediası bunu ictimaiyyətə çatdıran bir materialla çıxış etmir. Əksinə, Azərbaycanın imkanlarını kiçiltməyə, verdiyi sözə əməl edə bilməyəcəyi görüntüsü yaratmağa çalışırlar".

Ekspertin fikrincə, Azərbaycana qarşı bu təbliğatın arxasında bir məqsəd dayanır: “CDQ-nin genişləndirilməsi layihəsinin bütün yükünü Azərbaycanın öz üzərinə qoymaq, maliyyələşmənin özümüz tərəfindən həyata keçirilməsinə nail olmaq istəyirlər. Yoxsa Avropada hamıya yaxşı məlumdur ki, Azərbaycanda qaz hasilatını genişləndirilmiş kəmərləri doldurmağa yetəcək qədər artırmaq potensialı var. "Şahdəniz"dən əlavə, “Abşeron-2" layihəsi üzrə ildə 6 milyard kubmetr, AÇG-nin dərin qatlarından minimum 2 milyard kubmetr hasilat olacaq. "Ümid" yatağında hasilatın 1 milyard kubmetr artırılması üçün uğurlu işlər gedir. Bu, genişlənmədən sonra yaranacaq 10 milyard kubmetr ehtiyacın 9-nun təmin olunması deməkdir. Hazırda biz Avropaya 12,5 milyard kubmetr təmin etmək istiqamətində işləyirik və yaxşı da nəticələr var. Bu halda, Azərbaycanın genişlənən kəmərləri doldurmaq potensialının olmadığını iddia etmək qərəzdən başqa bir şey deyil".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru