Əmək Məcəlləsi və əmək qanunvericiliyinin pozulmasının bir çox səbəbləri vardır.
Daha vacib və ümumi olan əsas səbəblər:
1. Bu normativ hüquqi aktları kifayət qədər bilməyən, şərh və tədbiq edə bilməyən kadr və mütəxəssislərin olması və bu sahədə çalışması.
2. Bu normativ hüquqi aktlara digər normativ hüquqi aktlara nisbətən ikinci növ və ya ümumiyyətlə normativ hüquqi kimi baxılmaması.
3. Bu normativ hüquqi aktları pozan vəzifəli, hüquqi və ya fiziki şəxslərin müvafiq qaydada: maddi, mənəvi, inzibati və cinayət məsuliyyətinə cəlb olunmaması.
4. Bu normativ hüquqi aktları pozan şəxslərin məsuliyyətdən asanlıqla yayınmaları üçün münbit şəraitin olması.
5. Bu normativ hüquqi aktların pozulmasına qarşı dövlət nəzarətinin kifayət qədər olmaması.
6. Bu normativ hüquqi aktların pozulmasına qarşı ictimai nəzarətin olmaması və ya kifayət qədər olmaması.
7. Bu sahədə çalışan işçi və ya digər mütəxəssislərin əməyinin kifayət qədər qiymətləndirilməməsi.
8. Son dövrlərdə bu sahədə müvafiq normativ hüquqi aktların qəbul edilməməsi.
9. Dövlət orqanları və məhkəmələr
tərəfindən bu normativ hüquqi aktları pozan vəzifəli, hüquqi və fiziki şəxslərin müvafiq məsuliyyətə cəlb edilməməsi və ya nadir hallarda edilməsi.
10. Əmək münasibətlərinin əsas tərəflərindən biri olan işçilərin: minimum əmək hüquqlarının bilmə səviyyəsinin aşağı olması, bu hüquqları öyrənməkdən imtina etməsi, inamsız olması, onsuz da heç bir xeyri yoxdur kimi fikrin formalaşması, bu hüquqların pozulmasına etiraz etməməsi, çox az işçinin öz hüququnun bərpası üçün çalışması və sair.
11. İşəgötürənlərin: İşçinin öz hüquqlarını müdafiə etməyəcəyinə arxayın olması və sair.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkialtının
Eksperti - (dia-az.pro)