Şamaxının yenidən çiçəklənməsi və inkişafı üçün ölkə başçısı və birinci vitse-prezident tərəfindən xüsusi diqqət göstərilir.
"Report"un Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov burada keçirilən “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransın açılış mərasimində deyib.
O qeyd edib ki, Şamaxının tarixi irsinin və fəlsəfi məktəblərin məzmunu, araşdırılıb, öyrənilməsi və yenidən tətbiqi üçün çox vacib addımlar atılır:
"Şamaxının tarixi abidələri, ziyarətgahları bərpa olunur, ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir. Burada müxtəlif dini konfensiyalar bir arada mehriban yaşayır, harmonik cəmiyyət qurulub. Azərbaycanın son illərdə atdığı addımlar ümumilikdə humanizm nümunəsidir".