"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                 

"İtaliya, Türkiyədən sonra ikinci yerdədir..." - deputat
Tarix: 10-09-2024, 08:59 | Çap et
"İtaliya, Türkiyədən sonra ikinci yerdədir..."
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, Beynəlxalq Çernobbio Forumunda iştirakı, bir sıra şəxslərlə və qlobal şirkət rəhbərləri ilə görüşü dünya ictimaiyyətinin diqqətindədir. Dövlət başçısının Forumda çıxışı zamanı olduqca önəmli məqamlara təmas etməsi də dünya mediasının nəzərindən qaçmayıb. İtaliya ölkəmizin vacib tərəfdaşlarından biridir. Xüsusilə də son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz İtaliyanın payına düşür. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Bu isə o deməkdir ki, son dörd ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3.4 dəfə artıb. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Elə buna görədir ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunmuşdu. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Elə buna görədir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkə olaraq İtaliya şirkətləri də iştirak edir. Cənab Prezidentin səfəri zamanı istər COP29-la bağlı İtaliyanın Azərbaycana hərtərəfli dəstək verməyə hazır olması ilə bağlı mövqe, istər İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması və bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə razılşama, istərsə də Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsi ilə bağlı məsələlər iki ölkə arasında münasibətlərin daha da inkişf edəcəyini söyləməyə əsas verir. Prezidentin İtaliyaya səfəri və əldə olunan razılaşmalar ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinə təkan verəcək. Şübhə yoxdur ki, bu səfər iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq. Azərbaycanın İtaliya ilə əlaqələrini genişləndirməsi ikitərəfli münasibətlərə strateji qazanclar gətirir. Avropa İttifaqının və dünyadakı "böyük yeddiliy"in güclü üzvlərindən biri olan İtaliya ilə dostluq münasibətləri Azərbaycanın manevr imkanlarını genişləndirir. Azərbaycanın İtaliya vasitəsilə qazandığı mövqelər onun Avropa İttifaqının diqqət mərkəzinə düşmək imkanlarını artırır. İtaliya ilə Azərbaycan arasındakı əlaqələr Cənub Qaz Dəhlizi layihəsi ilə daha da bərkiyib (TAP qolu) və bu, qarşılıqlı anlaşma üçün böyük dərəcədə qiymətli rol oynayıb. Ancaq indi həm Azərbaycan, həm də İtaliya bu əlaqələri daha yüksək zirvələrə doğru inkişaf etdirmək üçün yenilənmiş yanaşmaları qarşılıqlı maraqlar əsasında prioritetləşdirmək planlarını müzakirə edirlər. Çernobbio Forumu dünyanın ən reytinqli beyin mərkəzi toplantılarından biridir. Prezident İlham Əliyevə bu forumda diqqətin göstərilməsi, eyni zamanda ölkə başçısının bu forumda dünyanı narahat edən bir sıra iqtisadi, siyasi və ekoloji məsələlərlə bağlı mövqe ortaya qoyması Azərbaycanın həm qlobal problemlər və tendensiyalarla bağlı baxışlarını dünyaya nümayiş etdirir, həm də onun Avropada təşkil olunan bu kimi əhəmiyyətli forumlarda əsas natiqlərdən biri kimi xüsusi hörmətə sahib olduğunu göstərir.
Millət vəkili, iqtisadçı Azər Badamov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin İtaliya prezidentinin dəvəti ilə səfər etməsi və Beynəlxalq Çernobbio Forumunda iştirak edərək çıxış etməsi dövlət başçımızın şəxsiyyətinə olan böyük hörmətin və Azərbaycana Avropada verilən dəyərin göstəricisidir.
Deputat vurğulayıb ki, cənab Prezident səfər çərçivəsində İtaliyanın prezidenti, baş naziri ilə görüşməklə yanaşı, bir çox dünya səviyyəli beynəlxalq şirkətlərin rəhbərləri ilə də görüşdü:

"Bu, Azərbaycanın nəinki İtaliya ilə, həm də Avropa Birliyi ölkələri ilə əməkdaşlığının genişlənməsinə töhfə verir. Azərbaycanla Avropa Birliyinə daxil 10 ölkə arasında Strateji Tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Dövlət başçımızın Avropa Birliyi ölkələrinə səfərlərin intensivləşməsi və bu qitənin enerji təhlükəsizliyində rolumuzun artması Azərbaycanı etibarlı tərəfdaş olaraq Avropaya daha da yaxınlaşdırır. Azərbaycan-İtaliya münasibətləri tarixin ən yüksək mərhələsinə qədəm qoymuşdur. İtaliya Azərbaycandan neft və qaz alır. O cümlədən siyasi və humanitar sahələrdə də əməkdaşlığımız günü-gündən dərinləşməkdədir. İtaliyanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən, işğaldan azad olunmuş ərazilərin yenidən bərpasında da İtaliya, Türkiyədən sonra ikinci yerdədir".
Parlamentari vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yerlə yeksan etdiyi mədəni dini abidələrimizin yenidən qurulmasında İtaliya şirkətlərinin yaxından iştirakı və birgə universitetin fəaliyyətə başlanması xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır: "Dövlət başçımız ikinci dəfədir ki, Beynəlxalq Çernobbio Forumunda çıxış edir. Cənab Prezidentin forumdakı çıxışı “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda olmuşdur. Bu mövzu həm regionumuz, həm də Avropa üçün çox vacibdir. Bu baxımdan dövlət başçımızın çıxışı bütün Avropa tərəfindən diqqətlə dinlənilib. Çünki Avropada Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirmək istəyən ölkələr də vardır. Dövlət başçımız öz çıxışında bir çox vacib məsələləri səsləndirdi. Belə ki, torpaqlarımız işğal altında olduğu 30 ildə ATƏT-in müvafiq qrupun fəaliyyətsizliyi, o cümlədən ərazilərimizdə suverenliyi bərpa etməyimizdən sonra bizə qarşı bəzi dövlətlərin düşməncəsinə hücuma keçməsi, Azərbaycanın Ümumavropa qaz təchizatçısı olduğu və bu gün Avropa Birliyinə daxil 7 ölkəyə qazımızı ixrac etməyimizi, həm də 3 ölkənin qazımızı almağa hazır olduğunu dövlət başçımız xüsusilə vurğuladı. Dövlət başçımızın səsləndirdiyi vacib məsələlərdən biri də beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real gücün vacib olmasıdır. Halbuki torpaqlarımız işğal altında olduğu dövrdə qərb münaqişənin güc yolu ilə həlli olmadığını və ancaq danışıqlar aparılmalı olduğunu bildirirdi. Biz isə reallığı düzgün dəyərləndirdik və beynəlxalq hüququn bərpası üçün güc faktorunun əsas amil olduğunu sübut etdik".
A.Badamov qeyd edib ki, dövlət başçısı Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə məqsədi dünyada sülh və əməkdaşlığın inkişafına xidmət etməkdən ibarət olduğunu qeyd etdi: "O cümlədən Azərbaycan COP29 beynəlxalq konfransını keçirməklə fərqli qitələr arasında körpü yaradacağını xüsusilə vurğuladı. Bu gün dünya nizamı pozulmuşdur. Ölkələrin harada yerləşməsindən asılı olmayaraq qlobal məsələlərin həllində dialoqun qurulması vacib məsələdir. Azərbaycan bu gün qlobal dialoq mərkəzi kimi çıxış edir. Beləliklə, dövlət başçımızın İtaliyaya səfərini Azərbaycanı dünyaya daha da yaxşı tanıtmaq baxımından çox əhəmiyyətli olduğunu hesab edirəm".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru