Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                 

İrəvana hərbi təxribatlar əmrini kimlər verir? - Dəhlizlə bağlı mübahisələrin qızışdığı ərəfədə...
Tarix: 12-09-2024, 08:29 | Çap et
İrəvana hərbi təxribatlar əmrini kimlər verir?
Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. “Yeni Müsavat” bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Ermənistan Silahlı Qüvvələri bir həftə öncə, sentyabrın 4-də də təxribat törədib, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Analitiklərə görə, bu təxribatların məqsədi bəllidir - Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılmasını mümkün qədər yubatmaq.

Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazda uzunmüddətli sülhə doğru mühüm addımdır...

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib: “Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlərlə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Bu arada İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyada Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün Moskvadadır. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün lazımi işləri gördüyü halda, Rusiyanın da dəhlizin açılması üçün ciddi maneə görmədiyi bir zamanda, İran bugünlərdə “xəyali dəhliz” ifadəsini işlədir...

İran əyalətlərinin Ali Şurasının üzvü Məhəmməd Sadeqi isə deyib ki, İranın geosiyasi sərhədlərinin dəyişdirilməsi heç bir şəkildə qəbuledilməzdir...

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistan ordusunun Naxçıvan istiqamətində törətdiyi təxribatın bir neçə izahı var. Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistan Fransa və Hindistan tərəfindən silahlandırılır: “Ermənistanın maddi imkanları böyük deyil. Bu silahların əvəzində Azərbaycana qarşı vaxtaşırı təxribatların törədilməsi, eyni zamanda beynəlxalq birlikdə Azərbaycanın fəaliyyətini azaltmaq üçün Ermənistan belə bir öhdəlik götürə bilər. İkinci səbəb Ermənistan Azərbaycanın təklif etdiyi 5 beynəlxalq hüquq prinsipi ilə sülh müqaviləsi üzərində işləyir, ancaq Ermənistan həmin öhdəlikləri öz üzərinə götürmək istəmir. Bu və ya digər formada Azərbaycana qarşı ərazi iddiasını hər zaman gündəmdə saxlamaq istəyir. Paşinyan bir tərəfdən Ermənistan Konstitusiyasının dəyişməsinin vacibliyindən danışır, amma son dövrdə konstitusiyanın dəyişməyəcəyini bildirir. Ermənistan bir tərəfdən özünü "Dağlıq Qarabağ" separatçılarından kənarda saxlamaq istəyir, amma sentyabrın 2-də İrəvanda təntənəli surətdə tədbir keçirdilər. Bütün bunlar onu göstərir ki, Ermənistan hələ sülhə tam hazır deyil. Azərbaycana təzyiq etmək üçün müxtəlif variantlar axtarmağa çalışır. Hərbi təxribatların arxasında siyasi məqsədlər durur. Ermənistanın hərbi potensialı Azərbaycanın hərbi potensialından qat-qat aşağıdır. Hərbi qarşıdurma olarsa, Azərbaycanın dəmir yumruğu ilə Ermənistana verilən cavab 44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatından da ağır ola bilər. Ermənistan hələ də beynəlxalq hüquq normaları çərçivəsində apar bilən dövlət kimi yetişməyib. Ermənistan hələ də bu müstəqilliyin, bu ərazinin tarixin müəyyən dövründə müəyyən qüvvələr tərəfindən bağışlandığını, özgə torpaqda özünə dövlət qurduğunun fərqinə varmır. İstənilən halda Azərbaycan bütün təxribatların qarşısını alır və gələcəkdə də alacaq".

A.Mirzəzadə İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini belə şərh edib: “İran hesab edir ki, Azərbaycan Ermənistan razılaşmasında mütləq iştirak etməlidir. Bunu açıq deməsə də, müxtəlif variantlarla bunu çatdırmağa çalışır. Eyni zamanda İran dəhlizin öz ərazisindən keçməsini istəyir, çünki bu dəhliz çox böyük gəlir gətirəcək regional və beynəlxalq iqtisadi layihədir. Təkcə Azərbaycanın bu hissəsi ilə Naxçıvanı birləşdirən kommunikasiya deyil, Şərqlə Qərbi birləşdirən, yolu qısaldan böyük gəlirli layihədir. Azərbaycan ilk növbədə Ermənistanla sülh müqaviləsi bağlamalıdır. Biz ancaq bu ölkə ilə kommunikasiya ilə bağlı ola bilmərik. Vaxtaşırı İran tərəfdən təxribat olur və münasibətlər uzun müddətə pozulur. Buna görə də Ermənistanla münasibətlərin normal olmasına çalışırıq, gec-tez bu baş tutacaq. Digər tərəfdən, Azərbaycan İran ərazisindən keçməklə tranzit yolunun çəkilməsi üçün saziş imzalayıb. Azərbaycan həm Zəngəzur dəhlizi, həm də İrandan keçən dəhlizdən maksimum istifadə edə bilər. Lakin müxtəlif yollarla xeyri tam üzərinə çəkməyə çalışan, yaxud özünü siyasi güc kimi göstərməyə çalışan qüvvələr var. Hesab edirəm ki, bunun sonu yoxdur. Qafqazda söz sahibi Azərbaycandır. Dəhlizin haradan keçəcəyini Azərbaycan müəyyənləşdirir. Bu məsələ gec-tez həllini tapacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru