Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                 

"Bəxtiyar Vahabzadəyə təklif etdim ki, biz də "ixtiyarlar" qurumu yaradaq"
Tarix: 25-06-2015, 09:40 | Çap et
"Bəxtiyar Vahabzadəyə təklif etdim ki, biz də "ixtiyarlar" qurumu yaradaq"
Qızmar yay günlərində siyasətçilər arasında artıq istirahət məkanlarına üz tutanlar da var. Ancaq oruc tutmaqla bərabər partiya qərargahına gəlib işləyənlər də xeylidir. Onlardan biri də oruclu halda "Labirint"imizdən keçəcək ilk müsahibimiz olan Sərdar Cəlaloğludur. Ötən ilin iyununda 60 yaşını tamamlamış Sərdar bəy bu ilin martından namaz qılmağa başlayıb və özündə "radikal islahatlar"a start verib. Əvvəlki dövrlərlə müqayisədə suallara cavablarında səbir və təmkinlilik duyulur…

- Sərdar bəy, vikipediyada doğma kəndinizin (Babək rayonu Cəhri kəndi) adının - "Cəhri"nin bir mənası "çayın alçaq sahili" kimi izah olunur. Bu, doğrudurmu?

- Bu izaha rast gəlməmişəm. Bildiyimə görə, "cəhr" sözü ərəb dilində "mübarizə aparan" deməkdir. Amma kəndimizin lap qədim adı İşıxlar olub.

Eldar İbrahimov, Siyavuş Novruzov həmkəndliləridir...

- Deputatlar Eldar İbrahimov, Siyavuş Novruzov, general Həsən Şirinovla həmkəndlisiniz. Onlardan hansı ilə yaxın əlaqələriniz var?

- Kəndimizdən bir sıra ziyalılar, alimlər, generallar yetişib. Siyasi baxışlarımız uyğun gəlməsə də, Eldar İbrahimovla da, Siyavuş Novruzovla da, Həsən Şirinovla da bir həmkəndli kimi müəyyən ünsiyyətimiz var, xeyirdə-şərdə görüşürük.
- Valideynləriniz hansı peşənin sahibi olublar?
- Atam müəllim, anam isə evdar qadın olub. Anam təhsilsiz olmasına baxmayaraq, qeyri-adi dərəcədə bacarıqlı bir qadın idi. Qadına aid 7-8 sənəti mükəmməl bilirdi. Xalça toxuyurdu, paltar tikirdi. Atası ağır seyid idi. Elmlə, mədəniyyətlə çox maraqlanırdı. Özü oxuya bilməsə də, bir çox əsərlərdən məlumatı var idi. Çünki xalça toxuyanda bizə kitab oxutdurardı...
- Necə oldu ki, 6 yaşında isti ailə ocağından ayrılıb internatda oxumağa başladınız?
- Bunun çox qəmgin tarixçəsi var. Qonşumuzda mənimlə həmyaşıd bir oğlan var idi. Onunla qardaş kimi idik. Demək olar ki, ancaq yatanda bir-birimizdən ayrılırdıq. Bir dəfə kəndin ortasından keçmişdə "palturka" deyilən maşınlardan biri gəlib keçirdi. Həmin qonşum birdən özünü atdı maşına tərəf ki, mən əlimi vuracam ona. Nəticədə maşının altında qalıb həlak oldu. Anası aylarla özünə gələ bilmədi. O, anama deyirdi ki, hər dəfə sənin oğlunu görəndə öz oğlum gəlir gözümün qarşısına, dözə bilmirəm. Atam məsləhət gördü ki, məni qonşu kənddə qohumlardan birinin yanına göndərsinlər. Amma məlum oldu ki, orda orta məktəb yoxdur. Bu minvalla məni Ordubadda yeni açılmış internat-məktəbə qoydular. Orada 8-ci sinfədək oxuduqdan sonra Bakıda kimya-biologiya təmayüllü məktəbə daxil oldum.

4-cü sinifdə Rəsulzadə, Elçibəy haqqında məlumatlı idi...

Ata-ana nəvazişindən xeyli məhrum olsam da, Ordubad məktəbi də, Bakıdakı məktəb də həyatımda böyük rol oynadı. Həyatımın istiqamətini Ordubad məktəbi müəyyən etdi. Ümumiyyətlə, Ordubadda qeyri-adi bir mədəni mühit var idi. Orada adi bir dəmirçi, hambal belə yüksək dünyagörüşünə malik idi. Bizim məktəb İranla sərhədə yaxın idi. O taydan iranlı uşaqların səsini eşidirdik və əvvəlcə bizə qəribə gəlirdi ki, onlar da Azərbaycan dilində danışırlar. Müəllimlərimiz başa salırdı ki, ora da Azərbaycandır - bizi parçalayıblar. Ədəbiyyat müəllimimiz Mehdi Ağalarov Elçibəylə qrup yoldaşı olmuşdu. İlk dəfə Elçibəyin ideyaları barədə ondan eşitmişdim. 1964-cü ildə 4-cü sinifdə oxuyarkən Səməd Vurğunun "26-lar" poemasını keçəndə biz artıq Rəsulzadənin kimliyini dərk etməyə başlamışdıq. Müəllimdən soruşanda ki, Rəsulzadə vətən xainidir? O da istehza ilə cavab verirdi ki, bəli, öz xalqına xidmət edib, müstəqil dövlət qurduğu üçün vətən xaini olub. Yəni, dolayısıyla bizə həqiqəti anladırdı. Artıq biz Güney Azərbaycan şairlərinin də şeirlərini əzbərdən bilirdik. Bakıdakı məktəbdə də siyasi, elmi baxımdan dərin bilgilər qazandıq. Bizi demək olar ki, Bakının bütün zavodlarına aparır, onların iş prinsipi ilə tanış edirdilər.

"Xudu Məmmədov bizə gizli mesajlar ötürürdü..."

Xudu Məmmədov kimyaçı-alim kimi bizim məktəbi hamiliyə götürmüşdü. O, tez-tez gəlir, maraqlı mühazirələr oxuyur və dolayısıyla bizə milli şüurumuza yönəlik mesajlar ötürürdü. Oxşar missiyanı Bəxtiyar Vahabzadə də aparırdı. O, demək olar ki, hər ay bizimlə görüşə gəlirdi. Sonradan məlum oldu ki, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə və Nurəddin Rzayev Türkiyədəki "ixtiyarlar"a bənzər bir qurum - üçlük yaradıblar, "El" qəzeti buraxırlar. Və Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayırlar. Artıq siyasətlə məşğul olduğum illərdə Bəxtiyar müəllimlə dostlaşmışdıq. Ona təklif edirdim ki, bu işi genişləndirərək biz də bir "ixtiyarlar qurumu" yaradaq. Lakin ustad şair deyirdi ki, bizdə ikiüzlülər çox olduğundan bu işi qurmaq mümkün deyil...
- O dövrdə Tibb İnstitutuna daxil olmaq böyük problem idi. Səmimi deyin, sadəcə, biliyiniz hesabına daxil oldunuz, yoxsa müəyyən dəstək oldu?
- Əvvəla, bayaq dediyim kimi, uşaqlıqdan evimizdə bir elmi mühit olub. Atamın rus pedaqogikasına, ədəbiyyatına aid bütün kitablarını oxuyurdum. Bundan əlavə, həm Ordubadda, həm də Bakıdakı məktəbdə o dövr üçün çox mükəmməl təhsil almışam. Mən fizika üzrə respublika olimpiadasının çempionu olmuşdum. Bütün fənlərdən 5 alırdım. Həm də sırf kimya-biologiya təmayüllü təhsil aldığım üçün Tibb İnstitutuna daxil olmaq mənim üçün problem olmadı.

Sülhəddin Əkbəri Elçibəylə o, tanış edib...

- Elçibəy haqqında ilk dəfə ədəbiyyat müəlliminiz Mehdi Ağalarovdan eşitmisiz. Bəs ilk şəxsi tanışlığınız necə oldu?
- Elçibəyi yaxından ilk dəfə elə universitet müəllimi kimi Ordubaddakı məktəbə şagirdlərlə görüşə gələndə görmüşdüm. Sonra isə ali məktəb illərində də görürdüm. Bilavasitə yaxından isə 70-ci illərin axırı 80-ci illərin əvvəlində tanış olduq. Təəssüf ki, necə, kimin vasitəsilə tanış olduğumu xatırlamıram. Amma o yadımdadı ki, Sülhəddin Əkbəri və bir neçə digər yoldaşları mən tanış etmişdim Elçibəylə.
- 1989-cu ildə Naxçıvanda sərhədlər söküləndə orada idinizmi? Bu prosesin SSRİ DTK tərfəindən təşkil edilməsi haqda fikirlərə necə yanaşırsız?
- Düzü, o dövrdə mən sərhədlərin bizim tərəfimizdən zorakılıqla dağıdılmasının əleyhinəydim. Çünki düşünürdüm ki, Sovet hökuməti azadlıq hərəkatının belə hamar getməsinə imkan verə blməz, nə isə bir təxribat-filan törətməlidir. Odur ki, hər hansı bir tədbir ideyası formalaşanda ciddi maraqlanırdım. Bu ideya hardan gəlib, əsası nədir və nəticəsindən bəhrələnə biləcəyikmi? Bu təklifi ilk dəfə hazırda Əli Kərimlinin yanında olan culfalı Ramiz Tağıyevdən eşitdik. Düzdü, o sonradan bunu etiraf etmək istəmirdi. Amma dəqiq yadımdadı, bir gün gəlib dedi: sərhəd xidmətində bir dostum var, deyir ki, bu sərhədləri nəyə saxlamısız, dağıdın getsin. O zaman Asəf Quliyev də soyuq başla düşünmədən belə hay-küylü tədbirlərə meylli idi. O da bu fikri dəstəklədi ki, gəlin bunu edək. Amma onu da deyim ki, biz o zaman artıq duyurduq ki, Moskvanın Qarabağla bərabər Naxçıvanı da ermənilər üçün boşaltdırmaq fikri var. Odur ki, bunun qarşısını ala biləcək müəyyən radikal addımlar atmaq istəyirdik. Məsələn, 1988-1989-cu illərdəki mitinqlərdə biz məsələni açıq şəkildə qoyurduq ki, əgər Sovet hökumətinin Naxçıvanı erməni təcavüzündən qorumaq niyyəti yoxdursa, biz Moskva və Qars müqavilələrinə əsasən muxtar respublikanın SSRİ tərkibindən çıxması məsələsini qaldıracağıq. Həm də sərhəd bizə xaricdən silah keçirməkdə mane olurdu. Digər tərəfdən, Berlin divarının sökülməsi - Almaniyanın birləşməsi hadisəsinin də proseslərə böyük təsiri var idi.

Mən hər şeyə elmi yanaşdığımdan öyrəndim ki, 1989-cı il Helsinki yekun aktının tələblərinə görə SSRİ-nin Alma-ata razılaşması var. Həmin razılaşmaya görə, artıq 1990-cı ildən başlayaraq bütün ölkə sərhədləri boyu vətəndaşların xaricə gediş-gəlişi rejimi yüngülləşdiriləcək. Təsəvvür edirsiz, Belarusiya-Polşa və Çinlə sərhəddə sovet hökuməti özü sərhədləri sökməyə başlamışdı. Belə bir məqamda isə bizimkilər sərhədləri zorla dağıtmaq istəyirdilər. Sanki kənardan biriləri bizə bu fikri yeridirdi. Niyə ruslar əllərində texnika, güc ola-ola bizə ciddi şəkildə mane olmadılar? Sonradan-1990-cı ildə Azərbaycanın I katibi Vəzirov SSRİ deputatları ilə birgə Naxçıvana danışıqlara gələndə AXC tərəfə mən rəhbərlik edirdim. Vəzirov açıqladı ki, sərhəd hərəkatı nəticəsində Azərbaycana xeyli ziyan dəyib. Birincisi, ruslar bunu bəhanə edərək Naxçıvandakı digər hərbi qüvvələri sərhəd qoşunlarının sərəncamına verdi və nəticədə Avropada ümumi qoşunların ixtisarı haqqında konvensiyaya əsasən Azərbaycandan çıxmalı olan ordunun çoxu yerində qaldı. İkincisi, ruslar gizli, oğurluq şəkildə sərhəddəki lazımlı texnikaların çoxunu çıxarmışdı. Və bunu da Naxçıvan sərhəd qoşunları elə sənədləşdirmişdi ki, guya biz 90 mln. dollar ziyan vurmuşuq və Azərbaycan bunu ödəməli idi. Üçüncüsü də sərhədin dağılmasını və guya Türkiyə və İrandan bizə külli miqdarda silah gəldiyini bəhanə edən ruslar erməniləri güclü şəkildə silahlandırdılar. Dördüncüsü də rəsmi Moskva sərhədi sökənləri ekstremist, başıpozuq qüvvələr kimi qələmə verərək, Azərbaycan xalq hərəkatının demokratikliyini şübhə altına saldı. Bütün bunlara rəğmən, hər bir hadisədə olduğu kimi, bunda da yüzdəyüz zərər olmadı. Artıq ruslar gördü ki, biz azadlıq və bütövlük üçün ölümə də getməyə hazırıq. Güneylə gediş-gəliş başladı və orada tədricən milli oyanış gücləndi. Təəssüf ki, sonradan sərhədlər yenidən bağlandı, bizimkilərdən Arazı keçmək istəyərkən neçə nəfər güllələndi, yaxud suda boğulub öldü. Bütün bu fikirləri mən 1991-ci ildə Naxçıvanda Ali Sovet sədri Heydər Əliyev sərhəd hadisələrinin ildönümü ilə bağlı tədbir keçirərkən açıq şəkildə söyləmişdim...

Günah İlyas İsmayılovda yox, Rəsul Quliyevdə oldu

- 1991-ci ildə Sülhəddin Əkbərlə birgə Azərbaycanda ilk partiyalardan birini - ADP-ni təsis etdiniz. 1990-cı illərin ortalarından partiya eks-spiker Rəsul Quliyevin və İlyas İsmayılovun rəhbərliyi ilə idarə olunmağa başladı. Maraqlıdı, Rəsul Quliyevlə işləmək rahat idi, yoxsa İlyas İsmayılovla?
- Bu iki şəxsin fəaliyyət prinsipləri bir-birinə zidd idi. İlyas müəllim şəxsi münasibətlərə həssaslıqla yanaşan, xətir-hörmət saxlayan bir lider idi. Rəsul Quliyev isə daha çox siyasi maraqları qabardır, şəxsi münasibətlərə o qədər də önəm vermirdi. Bunlara rəğmən hər ikisinin də özünəməxsus üstünlükləri var idi. Ümumiyyətlə, belə nəticəyə gəldim ki, müstəqil düşüncəli insan üçün başqasının əlinin altında işləmək çox çətindir. İsa Peyğəmbər deyir ki, özgəsinin yolu ilə gedənin öz yolu olmaz...
- Deyəsən, bir müddət sonra Rəsul Quliyev sizə qarşı da qısqanclıqla yanaşıb?
- Bilirsiz, müəyyən qrup tapşırıq almış adamlar var idi ki, onlar əvvəlcə Rəsul müəllimlə İlyas müəllimin arasının vurulmasına nail oldular. Onu deyim ki, burada günah Rəsul müəllimdə oldu, İlyas müəllimin heç bir günahı yox idi. Nəticədə İlyas müəllim partiyadan ayrıldı. Bundan sonra isə həmin qüvvələr mənimlə Rəsul müəllim arasında mümkün qədər ziddiyyət yaratmağa çalışırdılar. Məsələn, Rəsul Quliyevə çatdırırdılar ki, guya mənim öz maraqlarım olduğu üçün bəzi piket və mitinqləri ondan xəbərsiz edirəm. Guya partiyanı tam ələ keçirmək, prezident olmaq istəyirəm və s. Rəsul müəllim də ona birinci deyilən sözə inanırdı. Səbirsiz, hövsələsiz insandır. Sonra Almaniyaya səfəri zamanı görüşdük. Rəsul Quliyev dedi ki, biz yoldaşlarla məsləhət edib belə qərara gəldik ki, sənin nüfuzun çox "şişib", mənimkini də üstələməyə başladığından 5-6 ay mətbuatdan təcrid olunmalısan. Dedim ki, Rəsul müəllim, prezident seçkilərinə 3-4 ay qalan bir vaxtda mən partiyanın baş katibi kimi fəaliyyəti maksimum gücləndirməliyəm. Elə bilirdim ki, siz də bunu təklif edəcəksiz. İkinci də bizim hamımızın reytinqi sizin reytinqə işləyir. Lakin o razılaşmadı. Həmin görüşdə partiyanın maliyyələşməsi barədə də bilmədiyim bəzi məsələlər ortalığa çıxdı, bu da aramızda ciddi narazılıq yaratdı. Azərbaycana qayıtdıqdan sonra isə tam əmin oldum ki, Rəsul Quliyev birmənalı şəkidə mənə qarşı iş aparır. Məsələn, 3-4 yeni müşavir təyin etmiş və onlara tapşırmışdı ki, dolayı yollarla mənim əl-qolumu bağlayb fəaliyyətimi iflic etsinlər. Sonra bunun da effekt vermədiyini görəndə partiya daxilində alternativ qrup yaratdı və nəticədə mən baş katiblikdən kənarlaşdırıldım, partiya isə parçalandı. Bu minvalla 2005-ci ildə biz Rəsul Quliyevlə bütün münasibətləri kəsdik və ayrıldıq.

Öcalanın müavini Naxçıvana gələrək ADP-dən siyasi dəstək istəyib...

- 1992-ci ildə Naxçıvan-Türkiyə sərhədində məşhur PKK-çı Dilanla görüş təşkil etmişdiniz. Sülhəddin Əkbərlə buna görə məhkəmədə davanız da olmuşdu...
- Naxçıvanda Sülhəddin bəylə yasda idim. Xəbər gətirdilər ki, bəs Türkiyədən qonaqlar gəlib sizinlə görüşmək istəyirlər. Bir siyasətçi kimi mənim həmin görüşdən qaçmağım doğru olmazdı. Məgər elə PKK-çı ilə görşmək cinayətdir? Bu gün Türkiyənin əlaqədar məmurları bəzən PKK-nın nümayəndələri ilə görüşürlər, yaxud Azərbaycan dövlət nümayəndələri ermənilərlə görüşür. Xülasə, məlum oldu ki, bu, Dilan adında bir kürd qadındır. Öcalanın ideoloji məsələlər üzrə müavinidir. Dedi ki, sizinlə görüşümüzün məqsədi PKK-ya dəstək verməyinizdir. Mən də ona izahat verdim ki, bizim mübarizə yollarımız tamamilə başqadır. İkincisi də, Avropa və Rusiya sizdən ərazisində yaşadığınız Türkiyə, Suriya, İraq, İran kimi müsəlman dövlətlərini parçalamaq üçün maşa kimi istifadə edir.

"PKK-çılar Naxçıvandan Kəlbəcər, Laçın zonasına keçmək istəyirdilər..."

O dedi ki, biz istəyirik buradan keçək kürdlərin yaşadığı Kəlbəcər, Laçın, Qubadlı rayonlarına və onları başa salaq ki, siz ermənilərlə niyə vuruşursuz, onların düşməni türklərdir. Ona başa saldım ki, həmin rayonlardakı cəmi bir neçə min kürd erməniyə qarşı vuruşmasa, sabah ordakı və kənardan gəlib vuruşan Azərbaycan türkləri onları qınayacaq ki, torpağın müdafiəsində iştirak etmədiyiniz üçün burada yaşamağa haqqınız yoxdur... Sonda həmin PKK-çı dedi ki, burda çox adamlarla söhbət etdim, ancaq siz mənim gözümü açdınız, çox şeyləri anladım. Ancaq etiraf etdi ki, son 10-15 ildə bizi o qədər oyunlara salıblar ki, o qədər maliyyə almışıq, cinayətlər etmişik, artıq geriyə yolumuz yoxdur. Sonda o mənə təşəkkür etdi və bizimlə əməkdaşlığın baş tutmayacağını anladığını və artıq birbaşa Türkiyəyə dönəcəyini söylədi.

Qarabağ qazisi Etimad Əsədovun zindandakı dəyanətinə heyran qaldım

- 2003-cü ildə həbsdə olmusuz. Dustaq yoldaşlarınızdan hansı öz insani keyfiyyətləri ilə daha çox yadınızda qalıb?
- Hərənin bir yaxşı xüsusiyyəti var idi. Ancaq Qarabağ qazisi Etimad Əsədovun o protez ayaqla göstərdiyi mərdlik, kişilik məni heyran elədi. O nə qədər təkadamlıq kamerada qalsa da, böyük dəyanət göstərdi. Eyni zamanda dustaq yoldaşlarına qarşı çox diqqətli, qayğıkeş bir insan idi.
- Son bir neçə ildə yalnız siyasət deyil, bir sıra elm sahələrində də polemikalara, intriqalara baş vurursuz; gah Füzulini, Səməd Vurğunu təftiş edir, gah Eynşteynin nisbilik nəzəriyyəsini alt-üst edirsiz. Bəlkə bütün bunlar potensialınızı parçalamaqla sizi əsas hədəflərdən yayındırır?
- Xeyr, elə düşünmürəm. Mən siyasətə qoşulmamışdan əvvəl də ciddi şəkildə elmlə məşğul olmuşam. Hələ sovet dövründə 24-25 yaşımda öz ixtisasım - tibbi-məhkəmə ekspertizası üzrə yeni bir nəzəriyyə hazırlayıb Moskva alimlərinə təqdim etmişdim. Onlar da yüksək səviyyədə bəyənmişdi. Sadəcə, sonradan maddi imkanların zəifliyi səbəbindən bu işi davam etdirə bilmədim. Bu gün də siyasi fəaliyyətimdə paralel elmi, bədii araşdırmalarla da məşğul olur və öz fikirlərimi söyləyirəm.
Füzuli, Səməd Vurğun haqqında fikirlərimə gəldikdə burada əsas məqsədim Azərbaycan xalqının düzgün sosial, milli kodlaşdırmaya malik olmamasını göstərməkdir. Bizim alt şürumuz hələ sovet adamının şüurudur. Odur ki, milli şüur zəifdir. Füzulini mən bütövlükdə inkar etmirəm, sadəcə onun bəzi əsərlərində İslamla bağlı fikirlərinin Quranla ziddiyyət təşkil etdiyini göstərirəm ki, məhz belə fikirlər məzhəblərin, təriqətlərin yaranmasına gətirib çıxarır. Səməd Vurğuna, yaxud Cəfər Cabbarlıya gəldikdə isə əsas məqsədim ondan ibarətdir ki, onların əsərlərində sovet dövrünün ideologiyasına uyğun, dinimizin, millətimizin, Şaumyan, Babək kimi düşmənlərini təbliğ edən əsərlərini düzgün təhlil etmək gərəkdir.
- Quranın elmi-fəlsəfi izahını yazırsınız. Deyəsən, bu yaxınlarda ibadətə də başlamısız?
- Bəli, mən ötən ildən başladım Quranı oxuyub təhlil etməyə. Və tədricən içimdə Allaha qarşı bir dönüş yarandı. Xanımım, qızım və oğlum neçə ildir ki, namaz qılırlar. Bu ilin martında bir dəfə işdən evə gələndə yolda qəflətən ürəyimə sanki bir damcı düşdü və içimdə bir Allah həsrəti yarandı. Elə bil ki, uzun müddət ayrıldığım bir dostumdan ötrü bərk darıxmışdım. Gəldim evə və yoldaşıma dedim ki, bu gündən mən də namaz qılmağa başlayıram...
- Sərdar bəy, artıq möminliyə can atan bir siyasətçi kimi bu Ramazan günlərində həmkarlarınıza nə arzulayardınız?
- Əvvəla, bütün oruc tutan möminlərimizi təbrik edir, onlara ibadət və işlərində uğurlar arzulayıram. Və Allahdan diləyirəm ki, bütün siyasətçilərimizi hidayət eləsin, onlara iman nəsib eləsin, imanlarını kamilləşdirsin. İman insanın qəlb gözü ilə görməsindən yaranır. Biz hər şeyə adi gözlə baxırıq, ona görə də günahlarımızın 90 faizini görmürük. Qoy siyasətçilərimiz hadisələrə, xalqa qəlb gözü ilə baxsınlar. Xalq uğrunda mübarizə apardığımızı deyirik. Gəlin burda riyakarlıq, demaqoqluq etməyək, ixlaslı olaq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Bu gün, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Bu gün, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Bu gün, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru