Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                 

"Tutulan generalların dustaqlar arasında heç bir hörməti olmayacaq" -Sabiq nazir
Tarix: 17-11-2015, 10:57 | Çap et
"Tutulan generalların dustaqlar arasında heç bir hörməti olmayacaq"
Sabiq daxili işlər naziri İsgəndər Həmidov yeni qandallanan generalları həbsdə nələr gözlədiyindən danışdı: “Hələ çoxlu sayda general var ki, həbs edilməlidirlər və güman ki, ediləcəklər”

Prezident İlham Əliyevin qəfil sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunmasından 1 ay ötür. Bu bir ay ərzində ölkənin gündəmini generalların həbs edilməsi prosesi zəbt edib. Son olaraq MTN generalı Akif Çovdarov bir neçə gün öncə qandallandı. Məlumatlara görə, proses yeni generalların saxlanması ilə davam edəcək.

Qeyd edək ki, Azərbaycanda generalların həbsi yeni hal deyil. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətinə son qoyulduqdan sonra ölkədə başlayan həbs dalğasında bir sıra məşhur generallar dörd divar arasına göndərildi. Onlardan ən məşhuru keçmiş daxili işlər naziri İsgəndər Həmidov idi.

Şahin Musayev, Heydər Əliyev iqtidarının ilk ilində milli təhlükəsizlik naziri işləmiş Nəriman İmranov da həbsə atılan məşhur generallardan idilər. Özü də həmin generallara çox ağır cəza kəsilmişdi. İsgəndər Həmidov 14 il, Şahin Musayev 15 il, Nəriman İmranov ömürlük məhkum edilmişdilər. İsgəndər Həmidov 9 illik həbsdə saxlandı və İlham Əliyev hakimiyyətə gəldikdən az sonra azad edildi. Şahin Musayev isə Qobustan həbsxanasında məşhur qaçış olayı zamanı həbsxanadan qaçmağa cəhd edən vaxt güllənib öldürülmüşdü.

Rəhim Qazıyevlə birlikdə bir qrup saxlanılan şəxsin MTN-in təcridxanasından qaçmasını təşkil etdiyi ittihamı ilə həbs edilən Nəriman İmranovun isə cəzası öncə ömürlük olsa da sonradan 15 ilə endirildi. 10 ilə yaxın məhkumluq həyatından sonra İmranov əfvlə azadlığa qovuşdu.

Sonrakı illərdə də Azərbaycanda məşhur general qandallama halları yaşanıb. Onlardan ən məşhuru DİN-in idarə rəisi general Zakir Nəsirovun 2005-ci ildə həbs edilməsi idi. Zakir Nəsirov məşhur Hacı Məmmədov olayı ilə bağlı həbs edilib və hələ də dustaq həyatı yaşayır. Son bir ay isə Azərbaycanda ən çox sayda generalın həbs edildiyi dövr kimi tarixə düşdü desək, yanılmarıq. Eldar Mahmudovun MTN naziri vəzifəsindən çıxarılmasından bu gün düz bir ay keçir. Bu bir ayda 10-a yaxın general qandallanıb.

Ümumi götürdükdə 1993-cü ildən indiyə qədər ölkəmizdə 20-dən yuxarı general rütbəsi daşıyan adamın dəmir barmaqlıqlar arxasına göndərildiyini araşdırmamız ortaya çıxarıb.

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu mövzuda “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Elçibəy hakimiyyəti devrildikdən sonrakı 1995-ci ilin sonlarına qədər olan dövrdə həbs edilən generallarla, ondan sonrakı zamanlarda, xüsusən də son bir ayda həbsə atılan generallar arasında böyük fərqlər var: “Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonrakı dövrdə Elçibəy hakimiyyətinin təmsilçiləri sırasında generallar da həbs edildi və onların hamısı siyasi dustaq kimi dünya tərəfindən qəbul edildi. Həmin insanlar qanunları pozmamışdılar. Günahsız yerə həbsə atılmışdılar. Özü də həmin insanlar Azərbaycan qarşısında, onun müstəqilliyi uğrunda böyük işlər görmüşdülər. 1995-ci ildən sonra general həbslərinin yeni mərhələsi başlandı. Bu mərhələ başlanan dövrdən indiyə qədər həyata keçirilən general həbsləri fərqli hadisələrə görə həyata keçirilib. İndi həbs edilən generalların əksəriyyəti isə general olmağa layiq olmayan, bu ölkə üçün heç bir əziyyət çəkməyən adamlardırlar. Onlar ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan, cinayətə qurşanmış adamlardır.

Ona görə də belə saxta generalların cəzalandırılması lazım idi. Biz hələ bir neçə il öncə Azərbaycanda insanlara, xüsusən iş adamlarına divan tutan çetenin olduğu barədə xəbərdarlığımızı etmişdik. Biz dəfələrlə bəyan etmişik ki, hər yetənə general rütbəsi verilməməlidir. Asanlıqla bu cür böyük rütbəyə yiyələnmiş adamlar harınlayacaqlar. Mən bir dəfə müsahibəmdə demişdim ki, bu ölkədə çevriliş olsa onu müxalifət yox, hakimiyyətin öz içində olan harınlamışlar edəcəklər”.

İndiyədək Azərbaycanda 20-dən çox general həbs edilib


İ.Həmidov onu da dedi ki, Azərbaycanda hələ çoxlu sayda general var ki, həbs edilməlidirlər və güman ki, həbs ediləcəklər.

Keçmiş nazir general üçün həbsxanaya düşmənin hansı çətinliklər yaratdığından da danışdı. O vurğuladı ki, xalq hərəkatından çıxmış, çətinliklər, əziyyətlər görmüş generallar üçün həbsxana divarları arasında yaşamaq psixoloji baxımdan o qədər ağır deyildi: “Sovet tanklarının önündə çıxmış, dəfələrlə ölümlə üz-üzə gəlmiş, hər cür əziyyətlərdən çıxmış şəxslər daxilən hər şeyə hazır idilər. Belə adamlar üçün həbs edilmək faciə deyildi. Həbsxanada da onlara hörmətlə yanaşılır. İndi həbs edilən kabinet generalları, heç bir əziyyət görməyən, ancaq pul yığmaqla məşğul olan və harın həyat tərzi keçirən, insanlara işgəncə vermiş generallar üçün isə həbs çox çətin olacaq. Onlar çox ağır psixoloji, mənəvi sarsıntılar keçirəcəklər. Onlara türmədə məhkumların içində yaşamaq çox çətin olacaq. Onların dustaqlar arasında heç bir hörməti olmayacaq. Onların bəzilərinin vaxtı ilə şərləyib tutdurduqları adamlarla həbsxanada üz-üzə gəlmək ehtimalları da var. Həmin generallar, polkovniklər orada çox ciddi sorğuya çəkiləcəklər. Ona görə də həbsxana onlar üçün çox ağır keçəcək. Bizim həbsimizlə onların həbsini eyniləşdirmək mümkün deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru