20-YƏ YAXIN FƏHLƏ PREZİDENTƏ MÜRACİƏT ETDİ - “North West” tikinti şirkəti işçilərin hüquqlarını pozur
Tarix: 7-06-2017, 10:57 | Çap et
 Hazırda həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən bəzi özəl müəssisələr, tikinti şirkətləri var ki, onlar müxtəlif yollara baş vuraraq daha çox qazanc əldə etmək naminə işçilərin hüquqlarını kobud surətdə pozur, onlara əlavə problemlər yaradırlar. Gununsesi.info-nun elektron poçt ünvanına daxil olan şikayət məktubuna əsasən deyə bilərik ki, həmin müəssisələrdən, yəni ölkənin əmək qanunvericiliyinə zidd addımlara yol verənlərdən biri də “North West” tikinti şirkətidir. Belə ki, Gununsesi.info-ya 20-ya yaxın şəxsin imzası ilə daxil olan müraciətdə Gəncə şəhərində fəaliyyət göstərən “North West” tikinti şirkəti tərəfindən işçilərin hüquqlarının pozulduğu öz əksini tapıb. Müraciətdə deyilir: “Biz aşağıda imza edən şəxslər 2015-ci ildə Gəncə şəhərində tikintisinə start verilən “North West” şirkətinin “Ganja Mall” tikinti layihəsində işə başlamışıq. İki ildən artıqdır ki, fasiləsiz olaraq bu layihədə fəhlə kimi çalışmışıq. Bu illər ərzində heç bir əmək məzuniyyətindən istifadə etməmişik. İşlədiyimiz dövr ərzində şirkətə zərər vuracaq heç bir qayda pozuntusuna yol verməmişik. 2017-ci ilin may ayının son iş həftəsinin sonunda şirkət rəhbərliyi tərəfindən işdən azad olunmağımız barədə bizə məlumat verilib. 2017-ci ilin may ayının 31-də bizim son iş günümüz olub. Nəzərinizə çatdırırıq ki, şirkət rəhbərliyi tərəfindən əmək müqaviləsinin bağlanması üçün lazım olan sənədlər (hərbi biletdən çıxarış, şəxsiyyət vəsiqəsinin çıxarışı, sağlamlıq barəsində arayış, məhkumluq haqqında arayış) işçilərdən toplanılıb. Ancaq bu günə kimi biz işçilərlə heç bir əmək müqaviləsi bağlanmayıb. Dəfələrlə bunu tələb etməyimizə baxmayaraq, 2017-ci ilin iyun ayının 1-də biz imza edən şəxslər Gəncə şəhərində yerləşən “North West” şirkətinin ofisində işləyən vəzifəli şəxslərinə işdən çıxmaqla bağlı kompensasiyalarımızın verilməsi ilə əlaqədar müraciət etmişik. Bizə ofisdən bildirdilər ki, kompensasiyalar 6 aydan çox işləyən işçilərə 600 manat, 6 aydan az işləyən işçilərə isə 300 manat veriləcək. Biz onlara bir ay bizdən əvvəl çıxarılan işçilərə kompensasiya kimi bir aylıq məvacibləri qədər kompensasiyanın verildiyini bildirdikdə və bizə nə üçün kompensasiyanın az verildiyini soruşduqda şirkət rəhbərliyi onların fərqli nüansları olduğunu bildirdi. Bu fərqli nüans isə həmin işçilərin məsələ ilə bağlı ölkə başçısına müraciət etmələri olub. Odur ki, biz aşağıda imza edənlər cənab prezident İlham Əliyevə müraciət edir, “Azərbaycan Respublikası Əmək Məcəlləsini” əsas tutaraq “North West” şirkəti tərəfindən pozulmuş hüquqlarımızın bərpası üçün sizdən yardım istəyirik”. İmza: Əhmədov Kamran Əhmədov Dilmurad Süleymanov Kamal Baranov Samir Xəlilov Rəşid Quliyev Murad Hüseynov Sarman Ələkbərov Teymur Musayev Səyad Babayev Məqsədgəldi Səfərov Elçin Qasımov Rövşən Sadıqov Məhəmməd Novruzov Xəqani Həsənov İlqar Musayev Şahin Abasov Məcid


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Bu gün, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
|