Baş həkim müalicəmizə ayrılan pulu yeyib - Qarabağ əlilləri
Tarix: 16-09-2017, 12:03 | Çap et
 Şirvan şəhərində yerləşən “Büllur” klinikasının baş həkimi dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinin müalicəsi üçün ayrılmış vəsaiti mənimsəyib.
Bu barədə Axar.az-a Salyan Veteran, Şəhid ailələri və Qarabağ Əlilləri İctimai Birliyin üzvləri məlumat veriblər.
“Büllur” klinikasının baş həkimi Vidadi Əzizovun süründürməçiliyindən cana doyduqlarını deyən Qarabağ əlilləri Nadir Qafarov, Mehdi Axundov, Zöhrab Şiri, Əziz Sarvanəlioğlu və cəmiyyətin digər üzvləri olayla bağlı Səhiyyə Nazirliyinə müraciət ediblər.
Şikayətçilər iddia edib ki, Səhiyyə Nazirliyi Salyan rayonunda yaşayan Qarabağ mühariəsi əlillərinin diş müalicəsi üçün müəyyən vəsait ayırıb. Ayrılmış vəsait Şirvan şəhərində yerləşən “Büllur” klinikasına köçürülüb. Hər əlilin diş müalicəsi üçün dövlət tərəfindən klinikaya təxminən 480 manat vəsait ödənilib. Lakin klinika rəhbərliyi müalicə üçün onlara müraciət edən müharibə əlillərinin dişlərini müalicə etməkdən boyun qaçırır. İddiaya görə, klinikanın baş həkimi V.Əzizov əlillərə dövlətin verdiyi pulu bölməyi təklif edib:
“Vidadi həkim deyir ki, pulu yarı-yarıya bölək. Məbləğin yarısını sizə verim, gedin harada istəyirsiniz, orada da dişlərinizi düzəltdirin. Etiraz etdiyimizə görə baş həkim indi də ümumiyyətlə pulu vermir. Dövlətin müalicəmiz üçün ayırdığı vəsait də batıb, müalicəmiz də aparılmır”.
Şikayətçi Mehdi Axundov bildirib ki, vəsait əvvəlcə Salyan rayonunda yerləşən dövlət xəstəxanasına köçürülmüşdü. Sonradan vəsait oradan alınıb Şirvan şəhərindəki “Büllur” klinikasına köçürüldü. İndi də Salyanda yaşayan müharibə əlilləri dişlərinin müalicəsi üçün Şirvan şəhərinə getməli olur:
“Yol yaxın deyil. Bizim də gedib gəlmək imkanımız yoxdur. Həm fiziki cəhətdən, həm də maddi cəhətdən problemlərimiz var. Baş həkim də hər dəfə deyir, bu gün gedin, sabah gələrsiz. Biz hər gün Salyandan Şirvana necə gedib gələk? Müalicə etmək istəmədiyi üçün və bizə ayrılan vəsaiti mənimsədiyi üçün bu qədər müharibə əlilini get-gələ salıb”.
“Büllur” klinikasının baş həkimi V.Əzizov isə ona qarşı irəli sürülən ittihamlarla razılaşmır. Axar.az-a açıqlama verən baş həkim bildirib ki, müharibə əlillərinin dişlərinin müalicəsi üçün onlara tam vəsait ödənilməyib. Hansı şəxsin pulu dövlət tərəfindən klinikaya ödənilirsə, o da müalicə edilir:
“Bura özəl klinikadır. Özəl klinikada müalicə almaq, müayinə edilmək üçün mütləq vəsait ödənilməlidir. Pul birbaşa klinikaya ödənilir. O pul mənim əlimə gəlmir ki, onu müharibə əlilləri ilə yarı-yarı bölmək təklifi edim. Ayrı-ayrı şəxslərin adına pul zaman-zaman köçürülür. Hansı xəstənin adına pul köçürülübsə, müalicəsi də aparılır. Mən onlara dəfələrlə demişəm ki, pulunuz köçürüləndən sonra gəlin. Bura özəl klinikadır, mənim edə biləcəyim bir şey yoxdur. Pul köçürülməsə, müalicə edə bilmərəm”.
Baş həkim pulu köçürülən xəstələrin müalicələrinin artıq bitdiyini bildirib:
“Dünən pulu köçürülən 3 Qarabağ əlilini qəbul etmişəm. Birinin dişi çəkilib, birinin dişini düzəltmişəm, digər yaşlı kişinin isə protezi köhnə olduğuna görə damağı üçüm müalicə yazmışam. Problem isə pulu klinikaya ödənilməyən xəstələrlə yaşanır. Dövlət pulu verməyib, o zaman özü vəsait ödəsin, müalicə edək. Bura dövlət klinikası deyil axı”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Bu gün, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Bu gün, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Bu gün, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
|