Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                 

Fermerlər dad çəkir, KTN isə Hafiz Hacıyevlə uğraşır - GİLEY
Tarix: 24-07-2019, 11:21 | Çap et
Fermerlər dad çəkir, KTN isə Hafiz Hacıyevlə uğraşır
“4 hektardan artıq ərazidə pambıq əkmişəm, amma tarlaya su verilməməsi səbəbindən kollar quruyur, əməyim heçə gedir”.

Salyan rayonunun Şorsulu kənd sakini Pərvin Sadıqov Ovqat.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, rayonda su hər fermerə verilmir:

“Kim rüşvət verirsə, suyu da o ala bilir”.

Fermer Pərvin Sadıqovun pambıqçılığa meyllənməsi təsadüfi olmayıb. Prezident İlham Əliyevin 28 mart 2017-ci il tarixində respublikada pambıqçılığın inkişafına həsr olunmuş müşavirədə söylədiyi bəzi fikirlər Pərvin Sadıqovu da qollarını çırmalayıb bu işə girişməsinə təşviq edib. Əlində, ovcunda nə qədər pulu var, toplayıb pambıq əkininə yatıran Pərvin Sadıqov bu il acı sürprizlə qarşılaşıb. Məlum olub ki, Salyanda Prezidentin sözünü eşidən, onun iqtisadi prioritet hesab etdiyi sahələrə diqqət ayıran bir Allah bəndəsi yoxdur. Kür çayının sahillərində yerləşən bu rayonda kənd təsərrüfatı məhsulu yetişdirmək üçün su tapmaq mümkün deyilmiş. Baxmayaraq ki, Salyan rayonunda əkinçiliyin inkişafına ölkə başçısı xüsusi diqqət göstərib, su-meliorasiya işlərinə böyük vəsaitlər ayırıb. Təkcə bu ilin əvvəllərində Salyan və Sabirabad royanlarında qış otlaqlarının və tarlaların suvarılması üçün dövlət büdəcəsindən 30 milyon manat ayıran Prezidentin müvafiq Sərəncamında belə deyilir:

“Son illərdə respublikada pambıqçılığın, taxılçılığın, digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsi məqsədilə müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsinə, aqrar sektorun inkişafına, ən mütərəqqi standartlar səviyyəsində aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasına zəmin yaratmışdır. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təminatında xarici bazardan asılılığın azaldılmasına, ixracyönümlü məhsulların istehsal həcminin artırılmasına və bununla da regionların davamlı inkişafına nail olunmuşdur”.

Fermer isə pambıq sahələrini ildə iki dəfə belə suvara bilmir.

Həmsöhbətimizin bildirdiyinə görə isə, Salyan rayonunda su-meliorasiya tədbirləri adı altında yaradılan fürsətdən kiçik fermerlərin istifadə etmək imkanları yoxdur:

“Su balıqçılıq təsərrüfatları üçün yaradılan vətəgələrə verilir. Bizim kimi zavallı fermerlər isə ildə iki dəfə belə, təsərrüfatlarımızı suvara bilmirik. Balıqçılıq təsərrüfatları isə rayonun və respublikanın rəhbər şəxslərinə məxsusdur”.

Bununla əlaqədar, dəfələrlə rayon icra hakimiyyətinə şəxsən müraciət edən, KTN-nin qaynar xəttinə zəng edən fermerin şikayətinə isə baxan yoxdur. Ümidi hər yerdən kəsilən Pərvin Sadıqov çarəni saytımız vasitəsilə Prezdentə şikayət etməkdə görür:

“Cənab Prezident, Siz dəfələrlə etdiyiniz çıxışlarda pambıqçılığın inkişafı üçün əlaqədar qurumlara müvafiq göstərişlər veribsiniz. Hətta məhsullarlığı 20 sentnerə yüksəltməyi tapşırmısınız. Məhsuldarlığın yüksəlməsi üçün pambıq sahələri suvarılmalı, lazımi aqrotexniki tədbirlər görülməlidir. Biz isə min bir əziyyətlə ərsəyə gətirdiyimiz tarlaları suvara bilmirik. Sizdən xahiş edirəm ki, rayonlarımızda, o cümlədən Salyanda baş alıb gedən bu özbaşınalığın qarşısını alasınız”.

Qeyd edək ki, Prezidentin 2016-cı ildən bəri az qala bütün müşavirələrdə tapşırığına baxmayaraq, pamçıqçılıqda məhsuldarlığı 20 s/ha-ya yüksəltmək mümkün olmayıb. Ötən ilin göstəricilərinə görə, respublika üzrə bu göstərici 17.5 s/ha olub. Məhsuldarlıqda ən geridə qalan rayonlardan biri də Salyan rayonu idi - 14,5 s/ha. Yəni respublika ortalamasından hardasa 30% aşağı.

Bir çoxları bunun səbəbini Salyan torpağının pambıqçılıq üçün yetərli aqro-texniki mühitə uyğun olmaması ilə əsaslandırsalar da, fermer Pərvin Sadıqovun dilə gətirdiyi həqiqətlər məsələnin heç də təbii mühitdən qaynaqlanmadığını göstərir. Belə aydın olur ki, Salyan fermerlərinə pambıq yetişdirmək üçün əlverişli şərait yaradılmır, KTN isə…

KTN-də isə maraqlı kadr dəyişiklikləri baş verir. Və bu dəyişikliklər sanki zərurətdən deyil, kimlərəsə mesaj vermək xarakteri daşıyır. Belə ki, bir neçə gün öncə Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev nazir İnam Kərimovu rəhbərlik etdiyi nazirliyi xanımlar klubuna çevirməkdə ittiham etdiyi halda, KTN-dən onun çağırışına qeyri-adi cavab gəldi. Dünən nazirliyin yaydığı məlumata əsasən, Kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin (İH) üzvlərinin təyin olunması barədə əmr imzalayıb. Əmrə əsasən, səhmdar cəmiyyətinin sədri vəzifəsi Leyla Məmmədovaya tapşırılıb. Qeyd edək ki, Leyla Məmmədova həm də ötən ilin 15-də təsis olunan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru təyin olunmuşdu. Tam 1 ildən sonra eyni xanıma ikinci vəzifə. Belə görünür ki, bundan sonra KTN-də satan da, alan da eyni şəxs olacaq.

Fermerlərin isə canı cəhənnəmə!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru