Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                 

Qusarda təhsil sistemi iflic vəziyyətə düşüb... - Nazirlik isə məsləhət verir...
Tarix: 16-12-2020, 11:21 | Çap et
Qusarda təhsil sistemi iflic vəziyyətə düşüb...
Qusar rayonu, Əvəcuq kəndinin bir neçə sakini uşaqlarının normal təhsil almadığını və buna görə ciddi narahatlıq keçirdiklərini deyir. Adlarını açıqlamağa qorxan valideynlərin şikayəti kənd orta məktəbindəki müəllimlərin onlayn dərsləri keçməməsilə əlaqədardır. Onlar iddia edir ki, bəzi müəllimlər dərslərə qoşulmur, ya da tədris saatını on beş dəqiqəyə qədər azaldırlar. Valideynlər də müəllimlərdən məktəb direktoruna şikayət etməyə qorxurlar:

“Çünki biz etiraz edəndə, uşaqlarımızı gözümçıxdıya salırlar. Hər hansı bir uşağın valideyni narazılıq, şikayət edən kimi müəllimlər həmin şagirdə qiymət yazmırlar. Bir valideyn mənə danışdı ki, müəllimlərdən birinə keyfiyyətli dərs keçməməyi ilə bağlı gileylənib. Müəllim də acığa düşüb, valideynin uşağına aşağı qiymət yazıb. Mən haqqımı tələb edirəm. Onlardan artıq nə istəyirəm? Uşağıma dərs keçsinlər. Dərs saatını otuz dəqiqə ediblər. Bu azmış kimi, dərsləri ən yaxşı halda 20 dəqiqə keçirlər. Müəllim var ki, 10 dəqiqəyə dərsi bitirir. Mən də buna etiraz edirəm. Uşağım oxuyandır. Otuz dəqiqə nədir ki, siz hələ onu bir az da azaldırsınız?”

“Dərs vaxtı çatıb, riyaziyyat müəllimi Kamran Rüstəmov yoxdur. Zəng edirik ki, bəs, dərs nə vaxt başlayacaq? Acığı tutur ki, məni niyə yığırsız? Niyə narahat edirsiniz? Mən özüm dərs saatını bilirəm. İstəyəndə, dərsə girəcəyəm. Biri deyir ki, odun doğrayırdım. O biri deyir ki, qonaq yola salıram. Hərəsi bir cür bəhanə gətirir, işinə məsuliyyətsiz yanaşır”, - digər valdeyn söyləyir.

“Düz üç nəfər tanıyıram ki, dərs keçilmədiyi üçün uşaqlarını məktəbdən çıxarıb. Mənim elə imkanım yoxdur ki, uşağımı buradan çıxarıb, şəhər məktəblərinə aparım”, - başqa bir valideyn bildirir.

“Riyaziyyat müəllimi Kamran Rüstəmovun dərs dediyi şagirdləri yoxlamaq lazımdır. Bu müəllim “WhatsApp” vasitəsilə dərs keçmirdi. TİMS (Təhsilin İdarəolunmasının Məlumat Sistemi) üzərindən keçirilən onlayn dərslərə başlandı, amma Kamran müəllim yenə də heç nəyə məhəl qoymur. Müəllim var, uşaqlara iki ay ərzində heç iki dəfə onlayn dərs keçməyib. Hamımızın evində internet var, sadəcə, özləri səhlənkarlıq edirlər. Müəllimlərə də söz deyəndə acıqları gəlir, adamla prinsip aparırlar. İsti ocağında, evin içində oturub, 30 dəqiqə kompüter qabağında uşağa dərs deməyə ərinirlər. On beş şagirddən iki-üç nəfər onlayn dərsə qoşulur. Dərs hissə müdiri Alim Baxışov da heç nəyə nəzarət etmir. Fizika, biologiya, Azərbaycan tarixi, kimya fənlərini tədris edən müəllimlərdən çox razıyıq. Uşaq deyir ki, riyaziyyat müəllimi 25 dəqiqə ev tapşırığını soruşur. Son 5 dəqiqəni isə dərs aparır”.

Əvəcuq kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kamran Rüstəmov deyilənlərlə razılaşmır. Deyir ki, dərsləri hər gün sistemli qaydada davamlı keçir. Bildirir ki, kənddə internet səviyyəsi bütün uşaqlara distant təhsildə iştirak etməyə imkan vermir. Belə ki, bəzi ailələrin internetə qoşulmağa maddi imkanı yoxdur:

“Valideynlər nə üçün məni günahlandırır? Şagirdlərin dərslərə qoşulmamağı məndən asılı məsələ deyil. Bununla dərs hissə müdiri, sinif rəhbəri, direktor maraqlanmalıdır. Bir dərsə dörd-beş uşaq qoşulur. Məsələn, bu gün riyaziyyat fənni üzrə dörd dərs var idi. Yeddinci sinifdə 2, doqquzuncuda 1, on birdə 1, altıncıda isə 3 şagird iştirak etdi. Bir müddət öncə internet problemim vardı, ard-arda iki onlayn dərsə qoşula bilmədim. Hətta direktor məni çağırdı ki, valideyn səndən narazıdır. Mən də dedim ki, lap iki saat dərs keçərəm. Niyə valideyn məndən narazı qalsın? Sonra buraxılan dərsləri saat yarım keçdim. Kənddə hamının interneti yoxdur. Evində interneti olmayan şagirdə nə cür dərs keçim?”.

Məktəbin tədris işləri üzrə direktor müavini Alim Bağışov isə deyir ki, hər gün keçirilən onlayn dərslərə ciddi nəzarət olunur:

“Bir onlayn dərsin keçirilmə müddəti otuz dəqiqədir. Mən hər gün baxıram ki, Kamran Rüstəmov dərsdədir. Şagirdlərin sayının az olmasına gəlincə, kənddə hər evdə internet yoxdur. Biz neyləyək? İnterneti olan uşaqlar dərsə qoşulurlar, olmayanlar isə teledərslərdən yararlanırlar. Bütün müəllimlər vaxtlı-vaxtında onlayn dərslərə qoşulur və tədris işini yerinə yetirirlər”.

Məktəbin direktoru Zərifə Saruxanova şagirdlərin onlayn dərslərə qoşulmamağını internet problemi ilə əlaqələndirir:

“Çox uşağın nəinki interneti, heç smartfonu yoxdur. İntəhası, gündə beş nəfər şagird onlayn dərslərə qoşulur. Bu vəziyyət bütün kəndlərdə eynidir. Mən hər gün nəzarət edirəm. Hər dəfə də görürəm ki, Kamran müəllim lövhədə dərsi izah edir. Elə Alim müəllim özü də, bütün müəllimlər dərslərini keçir. TİMS-lə əlaqədar bizdə vəziyyət əladır, yaxşıdır. Kənddir, bəzən işıq sönür, internet zəifdir. Neqativ hallar var, amma çox deyil. Olur ki, bir dərsə iki şagird qoşulur. Müəllim səbəbini soruşanda, məlum olur ki, internet çox zəifdir, qoşulmaq alınmır”.

Hazırda mövcud pandemiya ilə əlaqədar Azərbaycanda 2019-2020-ci tədris ilinin sonunadək fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Əvəzində distant təhsil – onlayn və teledərslər keçirilir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, bu məsələ ilə bağlı texniki dəstək nəzərdə tutulmur. Lakin şagirdlərin distant dərslərə qoşulmasına maksimum imkan yaradılır. İnternet və ya texniki alətləri olmayan şagirdlər üçün alternativ olaraq teledərslər təklif edilir:

“Bir ailədə bəzən iki-üç uşaq, texniki alət isə bir ədəd olur. Ona görə də biz təklif edirik, onlayn dərslər elə qurulsun ki, teledərslərlə üst-üstə düşməsin. Onlayn dərsə qoşula bilməyən uşaqlar digərinə baxa bilsinlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Bu gün, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Bu gün, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Bu gün, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Bu gün, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45
Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru