Neft Akademiyasında sessiya bazarlığı - Neftin qiyməti düşdükcə Sakit Abbasovun “tarifləri” qalxır
Tarix: 16-01-2015, 11:38 | Çap et
 Məlum olduğu kimi yeni ilin ilk günləri Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) kollektivi üçün dramatik hadisə ilə əlamətdar oldu. Yanvar ayının 1-i, gecə saatlarında akademiyanın rektoru Siyavuş Qarayev vəfat etdi. Son yayımlanan açıqlamalara görə hazırda ADNA-da rektorun vəzifələrini müvəqqəti olaraq tədris işləri üzrə prorektor Vaqif Qurbanov həyata keçirir. Mövzuya keçməzdən əvvəl istərdik ki, biz də qəzetimizin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına baş sağlığı verək. Allah rəhmət eləsin.Lakin həyat davam edir. Hətta ən böyük şəxsiyyətlərin belə bu həyatdan gedişi necə deyərlər, dünyanın gərdişini durdura bilməz. Azərbaycanın ən qocaman və ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Dövlət Neft Akademiyası öz tarixi boyunca dəfələrlə həm adının, həm də bu müəssisəyə rəhbərlik edən şəxslərin dəyişilməsinə şahid olub. Amma bu dəyişikliklər akademiyanın funksionallığına heç zaman təsir göstərməyib. İstər burada aparılan elmi araşdırmalar, istərsə də ölkənin neft sənayesi üçün yüksək ixtisaslı kadrların hazırlanması prosesi hər zaman fasiləsiz olaraq davam edib. Yəqin ki, bundan sonra da belə olacaq. Bununla belə, elmi-tədris müəssisəsinə rəhbərlik edən birinci şəxsin qəfil vəfatı xüsusən tədris prosesinin gedişində müvəqqəti də olsa, müəyyən problemlərin yaranmasına səbəb ola da bilər. Hələ bu müəssisənin daxilində qarışıq vəziyyətlərin yaranmasında maraqlı olan simalar da olarsa, bu zaman problemlərin bir müddət davam edə biləcəyi ehtimalı da artar. Redaksiyamıza ADNA-dan təqdim olunan məlumatlarda isə akademiyanın bəzi konkret əməkdaşlarının da məhz bu niyyətdə olduqları bildirilir. Belə ki, mənbənin iddialarına görə akademiyanın bəzi fakültə dekanları yaranmış vəziyyətdən sui-istifadə etməklə, özlərinin “bulanıq suda balıq tutmaq” məharətlərinin geniş miqyaslı nümayişinə rəvac veriblər. Konkret adlara gəldikdə isə, mənbəmiz bu xüsusda Materialşünaslıq fakültəsinin dekanı Sakit Abbasovun xüsusi canfəşanlığını qeyd edir. Bu arada azacıq haşiyədən çıxaraq bir məqamı qeyd etmək istərdim. Məsələ bindadır ki, bu sətirlərin müəllifinin yaxın dostlarından biri də məhz Neft Akademiyasının məzunlarındandır. Amma o uzaq illərdə akademiyanın adı Azərbaycan Neft və Kimya İnstitutu (AzNKİ) idi. Bax elə həmin dövrdə də hesab olunurdu ki, AzNKİ-də oxumaq, respublikanın bütün digər ali təhsil ocaqlarından qat-qat çətindir. Əlbəttə ki, bu çətinlik burada dərs deyən müəllimlərin tələbkarlıqları və prinsipiallıqları şərtlənirdi. Tələbələr bu müəllimlərdən hətta kafi qiymətin belə almağın yeganə yolunun oxumaqdan keçdiyinə əmin idilər. Buna görə də AzNKİ-nin məzunları istər SSRİ-nin, istərsə də bir çox digər dünya ölkələrinin neft-kimya sənayesi sahələrində ən arzuolunan mütəxəssislər idilər. Bu gün isə...Aldığımız məlumatlarda bildirilir ki, Sakit Abbasov bu gün də rəhbərlik etdiyi fakültədə təhsil alan tələbələr üçün qiymət almağa tək bir yol qoyur. Lakin bu yol oxumaq deyil, rüşvət verməkdir. Həm də iddialara görə bu yol təkcə tənbəl tələbələr üçün deyil. Belə ki, Sakit Abbasovun təyin etdiyi qaydalara görə bu gün Neft-mexanika fakültəsində tam “tolerantlıq” bərqərar olub. Yəni oxuyan və oxumayan tələbələr arasında heç bir fərq qoyulmur - pul hamıdan yığılmalıdır. Bir imtahana görə müəyyən edilmiş orta qiymət isə təxminən 100 manat civarındadır. Mənbə öz açıqlamalarında bunu da qeyd edir ki, ADNA-nın rektorunun vəfatı ilə əlaqədar yaranmış bəzi müvəqqəti boşluqlar Sakit Abbasov kimi “elm xadimlərinin” daha da aktivləşməsini stimullaşdırıb... \\ bizimdovr.az \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37 |
|
|
|
| • Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35 |
|
|
|
| • Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30 |
|
|
|
| • Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23 |
|
|
|
| • Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21 |
|
|
|
| • MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15 |
|
|
|
|