Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                 

Qrant korrupsiyası: - Pullar kimlərə və necə ötürülür?
Tarix: 9-06-2017, 12:53 | Çap et
Qrant korrupsiyası:
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov bəyan edib ki, uzun illərdir özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm də əksər QHT-lər qanunvericiliyin tələblərini, xüsusən, maliyyə şəffaflığı sahəsində tələbləri pozaraq aldıqları qrantlar barədə məlumat vermirlər.

Baş prokuror deyib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT-lər Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidirlər:

“Bu sahədə qanun təkmilləşəndən sonra, onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu qanunsuzdur. Bu halların qarşısı tam ciddiliklə alınıb. Gələcəkdə də bu halların qarşısı alınacaq. Bu insanlar on illərlə ictimai işlərlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər? Məsələn, Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir.

Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların tam maliyyə mənbələri tam ciddi şəkildə geniş miqyasda yoxlanılsın”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, baş prokuror düz deyir və onun narahatçılığını bölüşür:

“Azərbaycan bir çox donorlar tərəfindən 2013-cü ildən üçüncü ölkələr vasitəsilə maliyyələşən ölkələr statusuna keçirilib. Bəhanə isə Azərbaycanda xaricdən qrant alınmasına dair qanunların sərtləşdirilməsi oldu. Halbuki, hökumət rəsmi şəkildə bəyan etmişdi ki, qanunun sərtləşdirilməsinə səbəb ölkə üzərindən çirkli pulların yuyulmasıdır. Bunu şəxsi araşdırmalarım da təsdiqləyir. Məlum oldu ki, Azərbaycan üzərindən müxtəlif yollarla pulların yuyulması prosesi baş verib.

Məsələn, Azərbaycanda ayrı-ayrı şəxslərin adına plastik kartlar açılırdı. Ancaq, kartlar sahibində yox, pulu ötürən tərəfdə olurdu. Onlar da həmin kartlara Azərbaycan üzərindən pul köçürərək, Avropada nağdlaşdırırdılar. Xeyli QHT aldıqları qrantları qeydə alınmaq üçün təqdim etmirdi. Birdəfəyə bank hesablarından çıxarıb naməlum məsələlərə xərcləyirdi. Bəziləri həmin vəsiti xarici ölkələrdəki bank hesablarına köçürürdü. Ölkəyə banklar vasitəsi ilə milyonlarla vəsit daxil olurdu, ancaq bu vəsaitlərin QHT-lər tərəfindən hansı layihələrin yerinə yetirilməsi və ya hansı məqsədlər üçün xərclənməsi bəlli deyildi. Amma hökumətə də, bizlərə də məlum idi ki, bu vəsitlərin əhəmiyyətli hissəsi Azərbaycan əleyhinə təşkil olunan kampaniyalara sərf olunurdu və ya anti-Azərbaycan şəbəkələrinin maliyyələşməsinə yönəldilirdi. Belə şəbəkələrin bəziləri ermənilərin və ya bizə dost olmayan digər qüvvələrin nəzarətidə idi. Bu vəsaitlərlə bağlı məlum QHT-lər heç bir hesabat açıqlamır və maliyyə hesabatı təqdim etmirdi.
2013-cü ildən başlayaraq qanunvericiliklə qrantların alınması və qeydiyyatı xeyli mürəkkəbləşdirildi. Biz o zaman xəbərdarlıq edirdik ki, bu daha pis nəticələrə gətirəcək. İndi bu vəsaitlər əvvəlkindən daha çox, amma üçüncü ölkələr vasitəsi ilə gizli yolla daxil olur”.

S.Məmmdov hesab edir ki, problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir: “Biz o vaxt dedik ki, bu məhdudiyyətlərin qoyulması problemi nəinki həll etməyəcək, əksinə Azərbaycana bu statusun verilməsi ilə çirkli pulların yuyulması üçün həmin donorlara münbit hüquqi mühit yaranacaqdı. Çünki, onlar vergi orqanlarını inandırırdı ki, Azərbaycana vəsaitlərin leqal yolla köçürülməsi mükmün deyil. Ona görə də qeyri-leqal yolla bu köçürülmələr həyata keçirilir. Bəzi donorlar öz veb səhifələrində Azərbaycana yönələn qrantlar barədə məlumatları qismən açıqlayır, lakin bu vəsitlərin kimlərə verildiyini göstərmir.

Məsələn ABŞ-ın Demokratiyaya Dəstək Fondu özünün ned.org saytında Azərbaycana verilən qrantların bir hissəsini açıqlayır. Bu təxminən 1 milyon dollardan artıqdır. Ümumiyyətlə, təxmini hesablamalara görə, ölkəyə 20-30 milyon vəsait daxil olub. Bu pullar əsasən kütləvi informasiya vasitələri adı ilə fəaliyyət göstərən qurumlara, özünü QHT fəalı, hüquq-müdafiəçisi adlandıran şəxslərə, həmçinin siyasi partiyalara bağlı olan şəxslərə verilir. Bunlar isə üçüncü ölkələrdən nağd yolla daşınıb.

Daşınmanın müxtləfi yolları var. Bizə yaxın ölkə Gürcüstandır. Azərbaycanın xeyli qurumları, təkcə QHT-lər yox, ayrı-ayrı fərdlər, siyasi partiya nümayəndələri, fəalları bu ölkədə hesablar açıb, oradan pulları nağdlaşdıraraq müxtəlif yollarla ölkəyə gətiriblər. Bir çoxlarının Gürcüstanda ofisləri də fəaliyyət göstərir. Bir sözlə, Gürcüstan ərazisi bəzi antiazərbaycan qüvvələrinin poliqonudur.

Vəsaitlərin bir hissəsi Gürcüstanda və digər üçüncü ölkələrdə xərclənsə də, əhəmiyyətli hissəsi Azərbaycana daşınır. Bunu ağıllı həyata keçirənləri tutmaq mümkün deyil. Çünki, adətən pulu özləri daşımırlar. Pullar vasitəçilərlə ölkəyə gətirilir.

Bu prosesin qarşısının alınma mexanizmi yoxdur. Epizodik nəsə baş verə bilər. Ölkəyə pulların leqal gəlişinin qarşısını məhdudlaşdırmaqla bunun qarşısını almaq olmayacaq. Hesab edirəm ki, pul daxil olmaları liberallaşmalıdır, qrantların qeydiyyatı asanlaşmalıdır. Amma, onun təyinatı üzrə xərclənməməsi, hesabatların verilməməsi ilə bağlı məsuliyyət ciddiləşməlidir. Hətta indikindən də artıq ciddiləşməli və cinayət məsuliyyəti yaratmalıdır. Bu zaman bəzi donorlar bəhanə edə bilməyəcək ki, Azərbaycana leqal pul ötürmək mümkün deyil”.

Qeyri-qanuni yolla pulları ölkəyə gətirənlərin bunu inkar etməsinə gəlincə, S.Məmmədov deyib: “Bu halın baş verdiyini inkar edirlər. Amma, Azərbaycanda elə saytlar var ki, 50 nəfər işçisi var. Müxtəlif dillərdə məlumatlar ötürürlər. Maliyyə mənbələri haradandır? KİV-lər var ki, 8-10 milyon büdcələri var. Onların kimlər tərəfindən maliyyələşməsi əslində bəllidir. Lakin bunu sübut etmək çətindir”.

S.Məmmədov vurğulayıb ki, qeyri-qanuni yolla pullar Azərbaycan daxilində qurulan şəbəkələrə göndərilir: “Bu şəbəkələrin içərisində təəssüf ki, erməni şəbəkələri də var. Onlar Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşması ərəfəsində və yaxud bizi dünyaya tanıtdıracaq, müsbət imicimizi möhkəmləndirəcək tədbirlər zamanı siqnalla hərəkətə gətirilirlər. Bu şəbəkənin internet televiziyası, bir çox saytları var. Bu şəbəkələr də hər kəsə bəllidir.

Mən hesab edirəm ki, ölkə prezidentinin vətəndaş cəmiyyətinə münasibəti bəllidir. Prezident vətəndaş cəmiyyətinə münasibətini imzaladığı sənədlərlə, rəsmi tədbirlərdəki çıxışları ilə ortaya qoyub. Prezident vətəndaş cəmiyyətinə ciddi əhəmiyyət verir və onu dəstəkləyir. Məmurlar da bu siyasəti ardıcıl yerinə yetirməlidirlər. Xarici təhdilərin qarşısının alınmasında əsas şərtlərdən biri də ölkədə sağlam və dövlətçilik mövqeyində olan güclü vətəndaş cəmiyyətinin mövcud olmasıdır”.

AzVision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru