Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                 

"Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb" - GİLEY
Tarix: 16-02-2018, 11:30 | Çap et
"Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb"
Azərbaycanın Ermənistanla həmsərhəd Şınıx bölgəsinin kəndlərinin getdikcə ağırlaşan yanacaq, qazsızlıq problemi sakinləri kömək üçün bu yaxınlarda hətta müdafiə naziri, general-polkovnik Zakir Həsənova da müraciət etməyə vadar edib. Bölgənin Zamanlı və Mor-Mor kəndlərinin bir qrup sakini müdafiə nazirindən xahiş edib ki, öz nüfuzundan istifadə edərək kəndlərin uzun müddətdir düyünə düşmüş qazlaşdırma probleminin həlli barədə müvafiq strukturların qarşısında məsələ qaldırsın.

Virtualaz.org qeyd edir ki, Şınıx bölgəsinin sakinləri vaxtaşırı olaraq qazlaşdırma probleminin həll edilməsi xahişi ilə Bakıya, müxtəlif instansiyalara, o cümlədən KİV-lərə müraciətlər, məktublar, şikayətlər göndərir. Amma problem həllini tapmır və bu da strateji bölgədən əhalinin miqrasiyasına, meşələrin qırılıb tükənməsinə səbəb olur.

Sakinlərin virtualaz.org saytının elektron poçtuna göndərilmiş müraciətində göstərilir ki, bölgədə yanacaq kimi odundan istifadə edilməsi üzündən meşələr qırılıb tükənib. İş o yerə çatıb ki, hətta palıd kimi qiymətli ağac da yandırılmaq üçün kütləvi qırılır.

“Belə davam etsə bizim kəndlərdə həyat məhv olacaq, insanlar evlərini tərk edib gedəcək. Axı ilin az qala 6-7 ayının qış keçdiyi bu yerlərdə yanacaqsız necə yaşamaq olar? Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb”-bir qrup sakinin redaksiyamıza müraciətində deyilir.

Əslində Şınıx bölgəsinin qazlaşdırılması problemi hansısa məmurların prezident İlham Əliyevin illər əvvəl verdiyi göstərişi yarıtmaz həyata keçirməsi üzündən düyünə düşüb. Belə ki, prezident bu strateji bölgənin qazlaşdırılmasına dair göstərişi müvafiq strukturlara hələ 2010-cu ildə verib. 2011-ci ildə bu bölgəyə ilk dəfə daşıyıcı qaz kəməri çəkilib, lakin “Azəriqaz”ın podratçısı bölgənin irili-xırdalı 27 kəndindən cəmi 3-ü qazlaşdırılıb. Üstəlik AzTV-dən bölgənin qazlaşdırılmasının başa çatdırıldığı elan olunub. Sakinlər isə o vaxtdan bəri vaxtaşırı olaraq Bakıya şikayətlər, müraciətlər göndərməkdədir.

Bu yaxınlarda isə sakinlərin bir qrupu müdafiə nazirinə müraciət etməyə qərar verib. Onlar deyirlər ki, müdafiə naziri Zakir Həsənov cəbhənin digər istiqamətlərində olduğu kimi Şınıx bölgəsi istiqamətində yerləşən mövqelərinə də vaxtaşırı baş çəkir və əhalinin ona xüsusi hörməti, rəğbəti var. Ona görə də ümid ediblər ki, bəlkə müdafiə naziri, ona aid olmasa da, problemin həllinə kömək edə.

Şınıx bölgəsində qırılan palıd meşələri

Müraciətdə sakinlər nazirdən xahiş ediblər ki, bölgənin hərbi baxımdan strateji əhəmiyyətini nəzərə alaraq oradan əhalinin köçünü dayandırmaq üçün qazlaşdırma probleminin həlli məsələsini “Azəriqaz”ın, digər müvafiq hökumət strukturlarının qarşısında qaldırsın. Əlbətdə, sakinlər problemin birbaşa müdafiə nazirinə dəxli olmadığını da nəzərə alıblar və müraciətə görə üzrxahlıq ediblər. Sakinlərə verilən məlumata görə müdafiə naziri onların müraciətinə diqqətlə yanaşıb və araşdırılması üçün müvafiq instansiyalara yönəldib. Hələlik isə bölgədə qazlaşdırma işlərinin nə zaman başlayacağına dair xəbər-ətər yoxdur.

Gədəbəy rayon İcra Hakimiyyətindən də təsdiq edirlər ki, Şınıx bölgəsində yarımçıq dayandırılmış qazlaşdırma işlərinin tamamlanması üçün dəfələrlə SOCAR rəhbərliyi qarşısında onların tərəfindən məsələ qaldırılıb. Habelə sakinlərin çoxsaylı müraciətləri Nazirlər Kabinetinə təqdim olunub. Amma məsələ həllini tapmayıb.

İndi Şınıx sakinləri problemin nəhayət bu il həllini tapması üçün xahiş edirlər. Çünki prezident İlham Əliyev ötən ay Nazirlər Kabinetinin yığıncağında ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə qaldırılması üçün SOCAR-ın qarşısında qəti vəzifə qoyulduğunu, dövlət büdcəsindən qazlaşdırma işlərinin davam etdirilməsinə 100 milyon manat vəsait ayrıldığını bəyan edib.

Prezidentin bu çıxışı Şınıx sakinlərində böyük ümid yaradıb, amma Ermənistanla həmsərhəd bölgədə, çətin şəraitdə yaşayan əhali narahatdır ki, SOCAR və onun strukturu “Azəriqaz” qazlaşdırma planına yenə də bu kəndləri daxil etməyə bilərlər. Nəticədə onlar problemə bir daha diqqəti cəlb etmək üçün öz nümayəndələrini Bakıya- Prezident Administrasiyasına və SOCAR-a şikayətə göndərməyə hazırlaşdıqlarını deyirlər.

Bu kəndlərdən o yana düşməndir...

Çünki bir neçə il əvvəl “Azəriqaz” rəhbərliyi mətbuat qarşısında elan etmişdi ki, Şınıx kəndlərinin sakinləri onlardan qaz gözləməsinlər. Səbəb kimi isə “bölgədə yaşayanların sayının azlığı və yolların keçilməzliyi üzündən texnikanın işinin mümkün olmaması” göstərilmişdi. Hansı ki, təkcə Zamanlı və Mor-Mor kəndlərində 1200-dən çox sakin və 220-yə yaxın fərdi ev təsərrüfatı mövcuddur. Üstəlik sakinlərin bildirdiyi kimi, yolların, relyefin keçilməzliyi haqda deyilənlər də qətiyyən doğru deyil. Daşıyıcı kəmərdən həmin kəndlərə qədər cəmi 3-4 kilometr məsafə var və əslində bölgədə qazlaşdırmanı başa çatdırmaq, prezidentin hələ illər əvvəl verdiyi göstərişə əməl etmək böyük vəsait tələb etməyən işdir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru