Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR... - ACINACAQLI MƏNZƏRƏ...
Tarix: 13-12-2022, 13:04 | Çap et
 Ucarın Əlikənd kənd həkim məntəqəsini qəzalı vəziyyətdədi və hər an uçma təhlükəsi ilə üz-üzədir. Səhiyyə ocağının inzibati binası ömrünün son anlarını yaşayır.
DİA.AZ bildirir ki, bu sözləri Bizim.Media-ya ərazidə yaşayan kənd sakinləri deyiblər. Hazırda həkim məntəqəsi taxta kanstruksiyalar hesabına uçmaqdan qorunur.
Məntəqənin inzibati bunası 1990-cı ildə tikilib ərsəyə gəlib və vaxtilə 50 çarpayılıq kənd xəstəxanası kimi fəaliyyət göstərib. Bundan başqa bu binada illər əvvəl Ucarın üç kəndinin Əlikənd, Ramal və Şahlıq kəndlərinin üç minə yaxın əhalisinə keyfiyyətli tibbi xidmət göstərilib.
Hazırda Əlikənd kənd həkim məntəqəsi kimi istifadə olunur. Amma heç bir şəraitin olmadığından kənd sakinləri buranın yolunu çoxdan unudublar. Çünki onlar ən xırda məsələ üçün belə kənddən 15-16 km aralıda yerləşən Ucar rayon Mərkəzi Xəstəxanasına getməli olurlar.

Sakinlər vaxtilə xəstəxana kimi fəaliyyət göstərən bu səhiyyə ocağının əsaslı təmir olunmasını və bu tibb ocağında insanların normal müayinə və müalicəsi üçün lazımi şəraitin yaradılmasını istəyirlər. Bundan ötrü dəfələrlə müxtəlif instansiyalara müraciətləri olub.
Biz də növbəti dəfə məsələdən yerli-yataqlı hali olmaq üçün Əlikənd kənd bələdiyyəsinə müraciət etdik.
Bələdiyyə sədri “Bizim Media”-ya bildirdi ki, binada vəziyyət acınacaqlıdır və bu məsələ sakinləri həddindən artıq narahat edir. Bununla bağlı dəfələrlə məsələ qaldırıldığını deyən bələdiyyə sədri də bu günə qədər burda heç bir əməli işin görülmədiyini qeyd edib. Bildirib ki, bələdiyyənin isə bu xəstəxanada iş görməyə nə səlahiyyəti, nə də imkanı var.
Ucar rayon Mərkəzi Xəstəxananın baş həkimi Xaləddin Qafarlı isə deyir ki, adıçəkilən xəstəxananın vəziyyəti hamıya bəllidir. Aidiyyatı qurumlar həmin xəstəxana binasına baxış keçiriblər:
“Xəstəxana binasının yenidən tikilməsi dövlət proqramına salınıb və vəsait ayrılan kimi həmin kənddə yeni xəstəxana binası tikilərək sakinlərin istifadəsinə veriləcək”.
Yerli sakinlərdən biri isə söyləyir ki, bunlar hamısı boş söhbətlərdir, TƏBİB və İcbari Tibbi Sığorta meydana gələndən sonra Azərbaycanda bir çox kənd xəstəxanaları ağlar günə qaldı:
“Yavaş-yavaş elə edirlər ki, bu xəstəxanalar sıradan çıxsın. Vəsait xərclənməsin, yığılan pullar özlərinin cibinə axsın. Kənddə xəstəxana saxlamağın xeyli xərci var axı, dövlətin vəsaiti hesabına olanda heç kim bunu düşünmürdü, indi o vəsait ki, insanlardan yığılır və hesaba daxil olur, onu xərcləmək, əlavə həkim ştatları saxlamaq bunlara sərf eləmir”.
Kənd sakini deyir ki, tutaq ki, bizim xəstəxana bərbaddır, amma elə kənd xəstəxanaları var ki, 5-10 ildir tikilib:
“Amma dövlətin vəsaiti hesabına tikilən belə böyük xəstəxananı adi həkim məntəqəsinə çevirməkdə məqsədləri nədir? Kim bunu araşdırmalıdır, kim buna görə məsuliyyət daşımalıdır, heç kim də cavab tapmır. Belə şeylərə görə heç kim kənddə qalıb yaşamaq istəmir, hamı qaçır şəhərə.
Urban prosesindən də ölkənin bəzi mərkəzlərinə toplaşma gedir, əlavə sıxlıq problemləri yaranır və bəzi bölgələrin də ənənəvi xüsusiyyətləti, təsərrüfatı ölür. Bu qədər bəsit. Bütün sahələr üzrə belədir, təsərrüfatsızlıqdan kənddə heç kim qalmır, dolanmağa yer yox, xəstəxana yox, mədəniyyət evləri yox, kitabxana sıfır, adam niyə yaşasın ki, kənddə?”.
Kənd sakininin söylədiyi kimi problemlər çoxdur, amma biz qayıdırıq yenə xəstəxana məsələsinə. Əlikənd xəstəxanasının vəziyyəti ilə bağlı TƏBİB-ə də müraciət edib mövzunu diqqətdə saxlayacağıq.










|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlətlər də insanlar kimidir... - Bahəddin Həzi yazır...
Dünən, 23:59 |
|
|
|
• Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... - Putinin şəkli və “qatil” sözləri olan pankart asıldı...
Dünən, 23:54 |
|
|
|
• "Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı AB sahiblənir...
Dünən, 23:48 |
|
|
|
• Nəhayətdə Köçəryan da cavab verəcək - ŞƏRH
Dünən, 20:36 |
|
|
|
• Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi - KİV
Dünən, 20:32 |
|
|
|
• "Bu çox mənfi bir presedent yaradacaq" - Etibar Məmmədov
Dünən, 19:46 |
|
|
|
• Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur - DİQQƏT
Dünən, 19:42 |
|
|
|
• “Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? – RƏSMİ
Dünən, 19:40 |
|
|
|
• Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında - CİNAYƏT DOSYESİ
Dünən, 19:37 |
|
|
|
• Kimlər əfvə düşə bilməz? - AKTUAL
Dünən, 18:06 |
|
|
|
• Budapeştdə mühüm masa qurulur – Azərbaycan hansı gedişləri edəcək?
Dünən, 18:03 |
|
|
|
• Həsənovun SON SƏFƏRİ... - BUNA GÖRƏ ÖNƏMLİDİR...
Dünən, 18:00 |
|
|
|
• Sərhədlərin açılması oyunu dəyişdirəcək - Ermənistan xarici işlər naziri
Dünən, 17:59 |
|
|
|
• Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Dünən, 17:57 |
|
|
|
• Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 17:50 |
|
|
|
• Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` - MÜRACİƏT
Dünən, 17:47 |
|
|
|
• Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
Dünən, 17:45 |
|
|
|
• Prorektor rüşvətə görə işdən çıxarılıb? - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR - O dəqiqdir ki...
Dünən, 17:38 |
|
|
|
• Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Dünən, 17:19 |
|
|
|
• ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Dünən, 17:15 |
|
|
|
• Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Dünən, 17:11 |
|
|
|
• "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Dünən, 17:07 |
|
|
|
• Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Dünən, 17:00 |
|
|
|
• "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Dünən, 16:54 |
|
|
|
• Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:51 |
|
|
|
• Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Dünən, 16:44 |
|
|
|
• Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Dünən, 16:36 |
|
|
|
• Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Dünən, 16:34 |
|
|
|
• “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Dünən, 16:27 |
|
|
|
• Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Dünən, 16:25 |
|
|
|
• İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Dünən, 16:23 |
|
|
|
• 16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Dünən, 16:22 |
|
|
|
• “Bakcell” süni intellekt təlimi təşkil edib
Dünən, 15:19 |
|
|
|
• 400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Dünən, 15:17 |
|
|
|
• Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Dünən, 15:07 |
|
|
|
• Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Dünən, 15:01 |
|
|
|
• 1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Dünən, 14:56 |
|
|
|
• Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Dünən, 14:53 |
|
|
|
• Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Dünən, 14:47 |
|
|
|
• "Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Dünən, 14:47 |
|
|
|
• Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Dünən, 13:06 |
|
|
|
• Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Dünən, 13:02 |
|
|
|
• Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə
Dünən, 13:00 |
|
|
|
• Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib - FOTO
Dünən, 12:57 |
|
|
|
• ARDNF kritik lisenziyaların müddətini uzadır – 69 MİN MANATLIQ TENDER
Dünən, 12:54 |
|
|
|
• Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:48 |
|
|
|
|