Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                 

Mustafayevlərin "əlahiddə ordu" biznesi... - Yeyintilər və digər korrupsiya faktları
Tarix: 21-12-2022, 11:02 | Çap et
Mustafayevlərin "əlahiddə ordu" biznesi...
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundan şikayətlərin ardı-arası kəsilmir. Bu hərbi birliklərdə xidmət edən əsgər və zabitlərə qədim dünyanın qulları kimi davranılması, onların təyinatlarından fərqli məqsədlər üçün istifadə edilməsi adi hal alıb. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda yaradılan quldarlıq rejiminin əsas quldarı isə “general-zadni skorost” ləqəbilə məşhuri-cahan olan Kərəm paşanın qardaşı Nemət Mustafayevdir. Hətta bu istismar elə həddə çatıb ki, Əlahiddə Ordunun əsgərləri özlərini “Nemətçik” adlandırırlar. Onlardan biri Nemətçik sözünün tərifini belə açıqlayır: “Türkiyədə əsgərə Mehmetçik deyirlər. Biz isə Mehmetçik yox, Nemətçikik. Çünki Nemət Mustafayev bizə özünün qulu kimi davranır”.

Maraqlıdır ki, Nemət Mustafayev hərbi qulluqçu belə deyil. Onun yeganə üstün məziyyəti “general-zadni skorost” ləqəbli Kərəm Mustafayevin qardaşı olmasıdır.

Bəs, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunu özlərinin kölə koloniyasına çevirməyi bacaran Mustafayevlər hərbi bizneslərindən necə və ayda nə qədər qazanırlar? Ümumqoşun Ordudan ehtiyata buraxılmış bir hərbi qulluqçunun bizə ünvanladığı şikayət məktubunda bu suala aydınlıq gətirilir. Məktubu nöqtə-vergülünə toxunmadan təqdim edirik:

“Kərəm Mustafayevin yeyintiləri haqda sizə məlumat vermək istəyirəm.

Bunu bütün Azərbaycan cəmiyyəti bilməlidir ki, o, ordunun, zabit, gizir və əsgərlərinin haqqını necə əlindən alıb vəhşicəsinə talayıb.

İlk növbədə, onun qardaşı Nemət Mustafayev haqda məlumat verim; aylıq gəliri, xidməti avtomobili, sürücüsü, tikintisi və s. barədə.

Nemət Mustafayevin hər ay nə qədər qazandığı barədə fikir sözləmək çətin məsələdir. Biz konkret rəqəm səsləndirmədən onun “biznes”inin bəzi məqamlarına işıq tutmağa çalışacağıq. Onun ayda nə qədər qazandığı barədə konkert rəqəm səsləndirməyi sizin öhdənizə buraxırıq.

Əvvəla, ondan başlayaq ki, hərbi hissələrə hər ay Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ofis ləvazimatlarının alınması üçün maliyyə vəsaiti ayrılır. Böyük hərbi hissələrə 3000 manat, bəlkə də daha çox, kiçik hərbi hissələrə isə 1500-2000 manat arası. Naxçıvanda bu vəsaitə hərbi hissələrin toxunmaq ixtiyarı yoxdur, çünki o pullar Nemət müəllimə çatmalıdır. Bir bölükdə təxminən 40-dan çox qeydiyyat, sənədləşmə üçün dəftər, kitablar hazırlanır və bunlar hər həftə mütəmadi yoxlanılır. Lakin bu sənədlərin hazırlanmasına bölmələrə ayrılan vəsaitlər mənimsənildiyi üçün hərbi qulluqçular məcbur qalıb öz məvacibləri hesabına hazırlamalı olurlar.

Yoxlamalarda nöqsan yaranarsa, həmin bölmə komandirləri ən ağır şəkildə cəzalandırılır, adi nöqtə-vergül səhvinə görə çox ciddi cəzalar alırlar. Eks nazir Səfər Əbiyevin dövründə bu məsələ tam qaydasına salınmışdı. Ofis ləvazimatlarına ayrılan maliyyə vəsaiti Nazirlik tərəfindən dayandırılmış və hərbi qulluqçulardan sifariş əsasında ofis ləvazimatları ilə təmin olunmaqları haqda raportla müraciət etmələri təmin olunmuşdu. Yazılan bu sifarişlər birbaşa Müdafiə Nazirliyinə göndərildiyindən heç kim müdaxilə edə bilmirdi. Həmin aylarda (ay yazıram çünki çox çəkmədi) hərbi qulluqçular öz bölmələrinə lazım olan adi qələmdən tutmuş qeydiyyat kitabına kimi sifariş əsasında tam təmin olunurdular. Nə hikmətdirsə, təzə nazir təyin olunduqdan sonra bu qayda yenə əvvəlki vəziyyətə qayıtdı və məbləğ daha da artırıldı. 5-ci Ordu Korpusu ləğv olunub yerində Əlahiddə Ümumqoşun Ordu yarandıqdan sonra, təbii ki, hərbi hissələrin sayı da artdığı üçün bu məbləğ dörd qat artdı.

Nemət Mustafayevin təkcə taladığı kargüzarlıq pulları da deyil. Hərbi hissələrdə tikinti, bərpa işlərində işlətdiyi söküntü materialları yeni adı ilə sənədləşdirir, fantastik məbləğdə qiymətləndirməklə dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyir. Buna misal olaraq əsgərlərin istirahəti üçün nəzərdə tutulan, 10 metr diametrli, heç 1000 manat xərc çəkilməyən balaca bir çardağı (besetka) 16 min manata dəyərləndirərək artıq qalan vəsait həzmi rabedən keçirilir. Əlbəttə, bu çardaq dəryada bir qum dənəsidir. Neçə illərdir hərbi hissələrdə təmir, bərpa və quruculuq işlərində milyardlarla dövlət vəsaiti bu yollarla qanunsuz olaraq mənimsənilib.

MAHHXHQ çavuş və əsgərlər, müddətli hərbi qulluqçular qul kimi istismar edilir. Təbii ki, bu yeyinti sayəsində də külli miqdarda qanunsuz gəlir əldə edilir. Bu qədər gəliri olduğu halda, Nemət Mustafayev təvazökarlıq edib xidməti avtomobilinə yanacaq almağı da özünə rəva bilmir, onu da dövlətdən oğurlayır. Hətta onun sürücüsü də maaşını ordudan alır. Tərbiyəsiz söyüşləri ilə məhşur olan Nemət Mustafayevin fəaliyyəti araşdırılarsa, Azərbaycan Ordusuna milyardlarla manat zərər vurduğu aşkarlanacaq.

İndi isə gələk Kərəm Mustafayevə.

44 günlük Vətən Müharibəsi dövründə hərbi hissələrdə döyüşə hazırlaşan şəxsi heyəti də Kərəm Mustafayev özündən küsdürmüş və döyüşə yola salmışdır. Belə ki, hərbi hissələrdə özünün çayçı və mağazaları var. Müharibə başlayanda tapşırıq vermişdi ki, nisyələr dayandırılsın, hərbi qulluqçular ancaq nəğd alver etməlidir. Səbəbi açıq-aşkar məlum idi. Uzaqgörən Kərəm bilirdi ki, döyüşə gedib şəhid olmaq ehtimalı var və nisyə satdığı malların pulu bata bilir. Buna görə də bu addımı atmış və nisyəni dayandırmışdı. Hərbi qulluqçular döyüşə hazırlaşırdılar, ağır təlimlərdən, dərslərdən, isti havada qan tər içində mağazaya gəlir və pulları olmadığından sərin su belə ala bilmirdilər. Başqa da variantları yox idi, çünki poliqonda olurdular və heç yerə buraxılmırdılar.

Poliqonlardakı mağazalara da ancaq Kərəm Mustafayevin adamları nəzarət edirdi. Qadağan olunan ərazi olduğundan heç nə buraxılmırdı əraziyə.

Həmin hərbiçilərdən bir çoxu şəhid oldu. Düzdü sonradan öz səhvini başa düşüb Şəhid və Qazi olan hərbiçilərin borclarını bağladı, ancaq o gənclər haqsızlığa uğramış halda küskün şəhid oldular. Bu səxavət onlar sağ ikən edilməli idi, çünki dəqiq bilinirdi ki, həmin əsgərlər ölümə gedirlər. Haqqında danışdığım mağazalara da gətirilən mallar həm keyfiyyətsiz, həm də ucuz alınıb üzərinə iki qat məbləğ qoyularaq satılırdı.

Hərbi hissələrdə gündəlik cədvəl olur. Həmin gündəlik cədvəldə 1 gün ərzində ezamiyyətə, məzuniyyətə, hospitala, təsərrüfat işinə gedən şəxsi heyət çıxılır və yerdə qalan bütün şəxsi heyət qazan təminatına salınır. Qazan təminatına salınan şəxsi heyətin sayına da əsgər yeməkxanasında səhər, nahar və şam yeməyinin hazırlanması üçün ərzaq anbarından qida məhsulları çıxarılır. Bura qədər hər şey qanunidir. Gələk bundan sonrakı yeyinti prosesinə.

Məsələn: (saylar nisbidir, real rəqəmlər əlbəttə daha çoxdur) 1000 nəfər şəxsi heyət üçün anbardan çıxan ərzaq yeməkxanaya girəndə olur 100 nəfər üçün. Sual yaranır, niyə? Çünki, siyahıya salınan hərbi qulluqçuların hamısı orda yemək yemirlər. Sadəcə həmin 100 nəfər, çağırışla müddətli hərbi xidmət keçən əsgərlər və naryadda olan hərbi qulluqçulardır ki, yeməkxanada yemək yeyə bilirlər. Siyahıya salınan digər 900 nəfər isə evdə yemək yeyir, hətta yeməkxanaya da buraxılmırlar.

Siyahıya uyğun ayrılan 900 nəfərlik yemək Kərəm Mustafayevin hərbi hissələrdə fəaliyyət göstərən zabit yeməkxanalarına yollanaraq orada öz halal yeməyini yeyən hərbi qulluqçulara 4 qat baha qiymətə satılır

Kərəm Mustafayevin özü və fəaliyyəti barədə şok məlumatlar mütəmadi olaraq sizə çatdırılacaq”.
//ovqat.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru