Buralarda rüşvəti AŞKAR ŞƏKİLDƏ YIĞIRLAR... - İTTİHAM VAR!
Tarix: 15-02-2023, 17:01 | Çap et
 Uşaqları 194 nömrəli tam orta məktəbdə təhsil alan valideynlər narazılıq edir.
Belə ki, bir neçə valideyin "DogruXeber.az"ın əməkdaşına bildirib ki, "Bakı şəhər Xətai rayonunun NZS qəsəbəsində yerləşən 194 nömrəli tam orta məktəbdə tez-tez bizdən pul yığılır. Səbəb olaraq isə hər dəfə bir bəhanə göstərirlər. Gah deyirlər marker alırıq, gah A4, gah da başqa bir bəhanə...
Halbuki, bilirik ki, bütün bu ləvazimatların xərci Elm və Təhsil Nazirliyi tərəfindən təmin edilir.
İndi də başlayıblar jalüz (pərdə) üçün pul yığmağa. Əvvəl 5 (beş) manat dedilər, sonra onun da qiymətini qaldırdılar, indi də deyirlər "5 azdır, 7 (yeddi) manatdan yığın.
Qeyd edək ki, 194 nömrəli tam orta məktəbdə hal-hazırda 1643 (min altı yüz qırx üç) şagird təhsil alır.
Valideynlərin redaksiyamıza bildirdiyinə görə bu şagirdlərin hər birindən A4 üçün 3 manatdan pul yığılır ki, bu da 4.929 (dörd min doqquz yüz iyirmi doqquz) manat edir.
Nəzərə alsaq ki, hər şagirddən marker almaq üçün də eyni məbləğ yığılır, bunları topladıqda - 4.929+4.929=9.858 (doqquz min səkkiz yüz əlli səkkiz) manat pul edir.
Təsəvvür edirsiniz?
İndi bunun da üzərinə pərdə üçün yığılan 7 manatların cəmini gəldikdə...
Allah insaf versin...
Qeyd edək, sözügedən məktəbin barəsində əvvəllər də yerli mətbuatda məhz pul yığılmasına görə şikayətlər yayımlanıb.
Hələ, 2021-ci ildə məktəbin fiziki-tərbiyə müəllimi olan Sara Rəhmanova "toplumtv"yə bildirmişdi ki, "Elnarə Zeynalova bu məktəbə iki gün idi ki, direktor olaraq, təyinat almışdı, pedaqoji şuranın iclasında bildirdi ki, məktəbin müəllimləri idman zalının elektrik naqilləri sistemini öz vəsaitləri hesabına təmir etdirməlidirlər. Mən buna etiraz etdim və "Dövlət məktəbi vəsait və avadanlıqla təmin edir, bunu müəllim niyə etməlidir?"- dedim. Mənim bu sözüm Elnarə Zeynalovaya xoş gəlmədi"
Əlqərəz...
Yaxın keçmişdən sitat gətirməklə bildirmək istəyirik ki, məktəb də həminkidir, direktor da - yəni, Elnarə Zeynalovadır.
Redaksiyamıza valideynlərin müraciəti ilə bağlı sözügedən məktəbin direktoru Elnarə Zeynalova ilə telefon əlaqəsi saxladıq. Elnarə xanım məlumatları təkzib etdi və "Bunları dövlət özü edir, məlumat tamamilə yanlışdır. Xahiş edirəm, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə deyin." - dedi.
Qeyd edək ki, məktəbin müəllimi Sara Rəhmanovanın şikayəti də məhz dövlətin verdiyi halda, direktorun təmir üçün müəllimlərdən vəsait toplaması barəsində idi və xanım bildirirdi ki, "bu barədə Elm və Təhsil Nazirliyinə (o zamanlar Təhsil Nazirliyi) müraciət etdim, nazirlik BŞTİ-nə yönləndirdi, Təhsil İdarəsinin də əməkdaşı gəldi oturdu direktorun otağında, onunla bir stəkan çay içib getdi".
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
| • Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33 |
|
|
|
| • Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12 |
|
|
|
| • Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04 |
|
|
|
| • Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56 |
|
|
|
| • 26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40 |
|
|
|
| • Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
| • Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00 |
|
|
|
| • Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33 |
|
|
|
| • Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22 |
|
|
|
| • İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20 |
|
|
|
| • Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17 |
|
|
|
| • YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08 |
|
|
|
| • 83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00 |
|
|
|
| • ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57 |
|
|
|
| • " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56 |
|
|
|
| • Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34 |
|
|
|
| • Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24 |
|
|
|
| • Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22 |
|
|
|
| • Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08 |
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48 |
|
|
|
|