Ermənistan ordusunda alternativ hərbi xidmətə start verilib. Belə ki, 62 min dollar məbləğində pul ödəyən şəxslər cəmi bir ay xidmət keçməklə həqiqi hərbi xidmətdən azad oluna biləcəklər.
Moderator.az-a açıqlamasında məlum yeniliyi şərh edən politoloq Elxan Şahinoğlu, mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Ermənistan pullu xidmətə elə böyük məbləğ qoyub ki, inamıram ki, çox ailə övladlarını hərbdən yayındrımaq üçün bu imkandan istifadə edə bilsin. Çünki bu, həqiqətən də çox böyük rəqəmdir. Çox az ailə ola bilər ki, bu pulu ödəyə bilsin.
Yəqin ki, bu qərarın Avropa ilə bağlılığı var. Çünki Ermənistan son vaxtlar Avropa ilə əməkdaşlığı genişləndirməyə çalışır. Görünür, Ermənistan bununla Avropanın xoşuna gəlmək, özünü ona bəyəndirmək niyyətindədir.
Ermənistan ordusunda hərbçi çatışmazlığı var. Ermənistan sərhədlərini qoruya bilmədiyi üçün başıpozuq dəstələri sərhədlərin mühafizəsinə cəlb edir. Belə olan halda alternativ xidmətin gündəmə gətirilməsi Ermənistan üçün ənənəvi insan resursu çatışmazlığının bir qədər də dərinləşməsi deməkdir”.