Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Fikrət Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə ötən il Abşeron rayonu, Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, Fikrət Bəşirov tanışı, zərərçəkmiş Nizami Əmrahovla (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin ondan 110 manat borcunu tələb etməsi və telefon danışığı zamanı onu söyüb təhqir etməsi olub. Bu zaman Fikrət yumruqla bir neçə dəfə Nizaminin sifət və baş nahiyəsindən qəsdən vuraraq, ona sağlamlığına yüngül zərər yetirib.
Hadisədən sonra Fikrət Bəşirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.