İsrail və İran arasında qarşılıqlı hücumlar beşinci gününə girərkən Təl-Əviv və Təbriz partlayış səslərinə oyanıb. İsrail İranın yeni Baş Qərargah rəisinin öldürüldüyünü açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Çinin hücumdan 3 gün əvvəl İranı xəbərdar etdiyi, İsrailin İranın rabitə sistemini ələ keçirdiyi və kritik şəxsləri telefonlar vasitəsilə izləyərək dəqiq atışlarla hədəf aldığı iddia edilib.
İyunun 13-də İsrailin başlatdığı hücumlara İranın cavab verməsi ilə başlayan qarşıdurmaların beşinci gününə girməsi ilə bölgə yeni zorakılıq meydanına sürüklənib. Gecə boyu davam edən hücumlardan sonra səhər saatlarında Təl-Əviv və Təbriz şəhərlərində güclü partlayış səsləri eşidilib.
İran mediası Təbrizdə iki güclü partlayışın baş verdiyini, İranın isə Təl-Əvivi hədəfə alaraq yeni hücumlar təşkil etdiyini bildirib. İsrail ordusu hücumlarda İranın yeni Baş Qərargah rəisinin öldürüldüyünü açıqlayıb.
Çin 2 gün əvvəl xəbərdarlıq edib
Məlum olub ki, Çin hücumlar başlamazdan cəmi üç gün əvvəl İrana mümkün İsrail əməliyyatı barədə xəbərdarlıq edib. Çin rəsmiləri İran tərəfinə iki kritik məlumat veriblər:
İsrail yaxın günlərdə hücuma keçəcək
İsrail İranın rabitə sisteminə sızıb və vacib insanların hər addımını izləyir.
Çindən verilən məlumata görə; İsrail İranın telefon rabitəsinə onlara nəzarət etməyə imkan verəcək səviyyədə çıxış əldə edib. Bunun sayəsində İran hakimiyyətindəki şəxslərin yerlərini anında müəyyənləşdirə və dəqiq hücumlar həyata keçirə bilir.
İsrailin hücumlarında hədəf alınan İnqilab Keşikçiləri Korpusunun liderləri, kəşfiyyat rəisləri və yüksək rütbəli komandirlərin yerlərinin onların telefonları vasitəsilə müəyyən edildiyi irəli sürülüb.
Telefonlara casus proqramların yüklənib-yüklənmədiyi bəlli olmasa da, dəqiq çəkilişlərlə həyata keçirilən hücumlar bu ehtimalı gücləndirir. Öldürülən bir iranlı komandirin evini hədəf alan hücumda sursat divarın yalnız müəyyən hissəsinə dəyib, hücumların dəqiqliyini üzə çıxarıb.