Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edildi .....                     Qərbin İranla bağlı “B planı”: .....                     Tehranda müdafiə sistemləri dayanmır: .....                     İsrail Ordusu İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirib .....                     İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb .....                     Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib .....                     Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu .....                     Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub .....                     Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq .....                     “İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” .....                     BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI .....                     “Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb .....                     Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur .....                     Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? .....                     İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır .....                     İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır .....                     İsrail Tehran radiosunu da vurdu .....                     Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? .....                     Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? .....                     Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? .....                     Çin İsrailin İrana hücumlarından narahatdır .....                     Daha kimlər ÖLMƏLİDİR Kİ... .....                     Gədəbəy rayonuna prokuror təyin edilib .....                     Lerikə yeni prokuror təyin edilib .....                     "İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" .....                     Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? .....                     Əvəz Zeynallının həyat yoldaşı: .....                     "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı .....                     “Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib .....                     Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik .....                     "Beeonline" ASC-də yığıncaq keçiriləcək .....                     “Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” .....                     Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ .....                     Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! .....                     Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək .....                     İranda üzdə olmaq da bir iş deyil... .....                     "Sepah Bank" kiberhücumla çökdürüldü .....                     Uzunmüddətli müharibəyə hazırıq .....                     İsrail-İran savaşında kritik an .....                     İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir .....                 

Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu - Elçin Aslangil yazır...
Tarix: Dünən, 21:34 | Çap et

Qarşı yatan qara dağım yüksəyi qardaş,

Axıntılı görklü suyum daşqını qardaş:

Mən sənə Dədə Qorqud dastanından "Basatın Təpəgözü öldürdüyü boy"dan yazıram.

Qardaşı Qıyan Səlcuq Təpəgözün əsiri olanda, yuxarıdakı misraları deyib, ağlamışdı Basat.

Güllələrinə sinə gərdiyimiz aynalı tüfəngləri düşmən əli tuşlamışdı ürəyimizə. Çanaqqalada ürəyimizi nişan alanlar, "Kələntər əmi"lər deyildi, Suriyanı, Liviyanı, İrakı yeraltı sərvətlərinə görə viran qoyanlar idi.

İndi fitnəsinə uydurduğu insanlar da, canımızdan qanımızdan olanda, "yapma, abi" deyə bilmirik...

Ağabəyimiz ağ atı minib gəlmişdi, Gəncə çöllərində "lalələr"i görmüşdük. Mən min il əvvəli də yaxşı xatırlayıram, yüz il əvvəli də.

Əminəm ki, "Abi"lərimiz də unutmayıb, Çanakkaladakı qardaşlığımızı...

O səngərlərdə bir-birinin həyatını qoruyan Azərbaycanlı və Türk əsgərləri vardı. Təkcə silahdaşlıq deyildi bu - bir ananın iki xınalı oğlu üçün dua idi, eyni inamla "Vətən" deyib şəhid olmaq idi.

Mən Azərbaycanla Türkiyə arasındakı qardaşlığa töhfə verən yüzlərlə fakt sadalaya bilərəm. Bakıdan Kahramanmaraşa, Gəncədən Van"a, Şuşadan Ərzuruma qədər uzanan saysız-səssiz yardımlar, dost əllər var bu tarixdə. Amma "sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli ilə sussam yaxşıdır. Çünki qardaşlıq göstərilmək üçün deyil, yaşanmaq üçün var.

Mənim niyyətim gözümü yumub ağzımı açmaq deyil, gözünüzü açmaqdır.

Bu gün istər Azərbaycanın, istərsə də Türkiyənin sosial media platformalarında məqsədli şəkildə yayılan manipulyativ informasiyalar var. Bu informasiyaları yayan bəzi mərkəzlər, bu coğrafiyanın damarına qədər işləyən birliyi zəhərləmək istəyirlər. Məqsəd aydındır: qardaşı qardaşa düşmən etmək.

Bunu anlamaq, bunu görmək bu qədərmi çətindir? Unudulmamalıdır ki, Azərbaycanla Türkiyə arasındakı bağ yalnız diplomatik sazişlərlə deyil, tarixlə, qanla, ruhla, dərdlə və sevgi ilə hörülüb. Bizim dostluğumuz bazarlıq deyil - bu, biz olduğumuz üçündür. Biz bir millət, iki dövlətik. Birimizin ayağına daş dəysə, o ağrı o birimizin qəlbində hiss olunar.

Bu birliyi pozmaq istəyənlər anlamalıdırlar: Biz sadəcə eyni dili danışan insanlar deyilik - biz eyni yuxunu görən, eyni sabaha inanan insanlarıq. Bizim aramıza atılmaq istənən hər fitnə, hər yalan, əslində, öz içində parçalanacaq. Çünki bu bağ, sadəcə siyasi deyil - bu, şəhidlərin qanı ilə yazılmış bir tarixdir.

Son zamanlar Türkiyədəki bəzi kəsimlərin Azərbaycan-İsrail münasibətlərini əldə bayraq edib, bu iki qardaş xalq arasında nifaq toxumu səpməyə çalışması, sadəcə siyasi bir manipulyasiya deyil - bu, qardaşı qardaşdan ayırmaq cəhdidir, bu, təkcə coğrafiyamıza deyil, ruhumuza da atılan bir zəhərdir.

Azərbaycanın İsraillə olan münasibətləri açıq və rəsmi şəkildə qurulmuş diplomatik əlaqələrdir. Lakin bəzi dairələr bu əlaqəni sanki qardaşlığa xəyanət kimi təqdim etməyə çalışırlar. Halbuki bu, tamamilə əsassız və zərərli bir yanaşmadır.

Azərbaycanla Türkiyənin münasibətləri yalnız qardaşlıq deyildir - bu münasibətlər dövlətlər səviyyəsində qarşılıqlı fayda, investisiya, enerji və təhlükəsizlik sahələrində də örnək bir modeldir.

Faktlara baxaq:

Azərbaycan, Türkiyəyə ən çox sərmayə yatıran 10 ölkədən biridir. Bu günə qədər Azərbaycanın Türkiyəyə yatırdığı birbaşa investisiyalar 20 milyard dolları keçib. Bu sərmayələr təkcə neft və qaz sahəsində deyil, logistika, bank sektoru, telekommunikasiya, turizm və sənaye sahələrində də davam edir.

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR, Türkiyədəki ən böyük xarici sərmayədarlardan biridir. Təkcə STAR Neft Emalı Zavoduna yatırılan məbləğ 6.3 milyard dollardır. Bu zavod təkcə iqtisadi baxımdan deyil, Türkiyənin enerji təhlükəsizliyi baxımından da strateji əhəmiyyətə malikdir.

TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi ilə Azərbaycan qazı Türkiyə üzərindən Avropaya nəql olunur. Bu layihə həm Türkiyənin enerji təhlükəsizliyinə xidmət edir, həm də Avropa üçün alternativ enerji mənbəyi rolunu oynayır.

Eyni zamanda Türkiyə şirkətləri də Azərbaycanda yüzlərlə layihəyə imza atıblar. İnşaat, kənd təsərrüfatı, təhsil, xidmət və səhiyyə sahələrində 15 mindən çox Türkiyə şirkəti Azərbaycan bazarında aktiv şəkildə fəaliyyət göstərir.

Bütün bunlar qardaşlığın təkcə mənəvi dəyərlərlə yox, bu gün də canlı olduğunu, və bu münasibətlərin hər iki tərəf üçün həyati əhəmiyyət daşıdığını göstərir.

Bizim gücümüz birliyimizdədir. Bunu düşmən də, dost da bilir. Lakin bizim diriliyimizdən bixəbər olanlar anlamırlar ki, bu birlik güclü əsaslarla formalaşıb.

Azərbaycan-İsrail münasibətlərinə görə qardaşlığımızı müzakirəyə çıxarmaq kimi mənfur bir planın kimlərin yastığının altından çıxdığını çox yaxşı bilirik.

And olsun Atatürkün küffarı İzmirdən dənizə tökməsinə, and olsun Ak anaya, and olsun Metexanın qəzəbimizi fısıldayan oxlarına, niyyətiniz öz başınızda çartlayacaq!

Qarşı yatan qara dağım yüksəyi qardaş,

Axıntılı görklü suyum daşqını qardaş,

Su yatar, düşmən yatmaz.

Ayatam bir nağıl dedi, qızıl alma gördük yuxumuzda. Fərman padişahın, dağlar bizimdir!

Bizimdir, bizimdir, o yerlər də bizimdir...

Oxu.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edildi
Bu gün, 00:21
Qərbin İranla bağlı “B planı”: - Pəhləvi ssenarisi işə düşür
Bu gün, 00:18
Tehranda müdafiə sistemləri dayanmır: - Partlayış səsləri eşidilir
Dünən, 23:51
İsrail Ordusu İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirib
Dünən, 23:47
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
Dünən, 22:10
Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib - KİV
Dünən, 22:09
Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu - Elçin Aslangil yazır...
Dünən, 21:34
Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub - KİV
Dünən, 19:12
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq - KİV
Dünən, 18:06
“İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - VİDEO
Dünən, 18:04
BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI - VİDEOFAKT
Dünən, 17:56
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
Dünən, 17:50
Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur - Bəlanın kökü qurudulur
Dünən, 17:46
Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? - AKTUAL
Dünən, 17:42
İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır - “İnterfaks"
Dünən, 17:40
İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır - Energetika Nazirliyi
Dünən, 17:38
İsrail Tehran radiosunu da vurdu - VİDEO
Dünən, 17:05
Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? - İLGİNC
Dünən, 17:00
Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? - FOTO
Dünən, 16:58
Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? - AKTUAL
Dünən, 16:53
Çin İsrailin İrana hücumlarından narahatdır
Dünən, 16:12
Daha kimlər ÖLMƏLİDİR Kİ... - NAEAZILIQ VAR...
Dünən, 16:10
Gədəbəy rayonuna prokuror təyin edilib - ƏMR
Dünən, 16:05
Lerikə yeni prokuror təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
"İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" - ONA GÖRƏ DƏ...
Dünən, 16:00
Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:56
Əvəz Zeynallının həyat yoldaşı: - Bankla bağlı problem həll edildi
Dünən, 15:54
"Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Dünən, 15:52
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib - DİQQƏT
Dünən, 15:49
Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik - İsrail ordusu
Dünən, 15:41
"Beeonline" ASC-də yığıncaq keçiriləcək
Dünən, 15:36
“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayev
Dünən, 15:32
Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ - “Bizim simamız yoxdur?”
Dünən, 15:26
Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! - SEVGİMİZ SARSILIR...
Dünən, 15:21
Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək - Alen Simonyan
Dünən, 15:19
İranda üzdə olmaq da bir iş deyil... - Görünəni odur ki...
Dünən, 15:16
"Sepah Bank" kiberhücumla çökdürüldü
Dünən, 15:09
Uzunmüddətli müharibəyə hazırıq - İran Silahlı Qüvvələri Baş Qərargah rəisi
Dünən, 15:06
İsrail-İran savaşında kritik an – Zəngilanda axtarırdılar, görün harada tapıldı
Dünən, 13:10
İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir - Netanyahu
Dünən, 13:04
Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı - AXIR Kİ...
Dünən, 13:02
Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib
Dünən, 12:57
SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur - İLGİNC FAKT
Dünən, 12:47
Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? - İLGİNC DETALLAR
Dünən, 12:36
Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ – “Birgə hərəkət edib televiziyaları düzəldin”
Dünən, 12:29
Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? – “Sərhədlərin bağlı olması ideyası daha böyük məna və əhəmiyyət kəsb edir”
Dünən, 12:26
İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb - TASS
Dünən, 12:19
SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 12:17
İsrail İrandan necə qorunur? - Çoxqatlı sistem belə İŞLƏYİR
Dünən, 12:15
“Pilot-16” MMC-də iş icraçısı AZADLIĞA ÇIXDI - QƏRAR
Dünən, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru