Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq .....                     Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                     Binəqədidə özbaşına salınan binələr... .....                     Təki bütün kişilər mənim yoldaşım kimi olsun .....                     Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                     Kəlbəcərdə yük avtomobili aşıb, ölən var .....                     `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? .....                     Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... .....                     ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı .....                     Novxanıdakı "La Chateau" restoranına getməyin! .....                     İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər .....                 

Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Tarix: Bu gün, 12:08 | Çap et

Dünya bir tərəfdən 12 günlük İsrailİran müharibəsi, digər yandan isə hələ də davam edən RusiyaUkrayna savaşından danışır. Üzünü Yaxın Şərqə çevirdikdə qan, ölüm görürsən, Qərbə çevirdikdə isə xaos, bataqlıq, çöküş. Bütün bunların ortasında qalan azərbaycanlılar isə 30 illik münaqişənin necə qısa müddətdə ustalıqla həll edildiyini xatırlayır və şükür edir.

Doğrudur, sərhəddən zaman-zaman atışma xəbərləri gəlir, lakin bunlar 44 günün təkrar yaşanacağı səviyyədə deyil. Bir də ki, artıq qonşumuz da reallığı anlayıb, təpənin başında dalğalanan bayrağının yanında dayanıb aşağını seyr edən bizik. Lakin bu, hər istiqamətdə belədir? Ya sadəcə siyasət və döyüş meydanında? Ordu tarixi zəfər qazandı, düşməni qorxuya saldı, torpağını təmizlədi, bəs sonra? Zəfər bayrağını qürurlandırma sırası kimdədir?

Sirr deyil ki, ermənilər son 100 ildə dünyaya öz mədəniyyətlərini güclü şəkildə tanıtmağı bacarıblar. Lakin bir həqiqət də var ki, özününkiləşdirdiklərinin çoxu sadəcə onların deyil, tarix boyu bu coğrafiyada yaşayan bütün xalqların ortaq dəyərləridir. Amma adlarını xüsusi vurğuladıqları sahələr az deyil. Bura zərgərlik, şərabçılıq, memarlıq daxildir. Ən təhlükəlisi isə film sahəsidir. 44 gündə və sonrasında “türklər gəlir” deyib meydandan unitazlarına qədər götürüb qaçan bu “sülhsevər” qonşularımız, necə olubsa, son 100 ildə dünyanın “damarını” çox yaxşı tutub. Hazırda ən güclü iki təbliğat vasitəsi var: incəsənət və idman, xüsusilə futbol. Ermənilər incənəstin hər sahəsindən məharətlə istifadə edirlər, əsasən də ən güclüsü olan filmlərdən. Adamlar ekranın sehrini istədikləri şəkildə idarə edirlər. Lobbi, diaspora, vətənpərlərdən ibarət erməni ordusu… Kütləvi şəkildə pul xərcləyirlər. Ölkənin Elm, Təhsil, Mədəniyyət Nazirliyi də dayanmır. Buna bir nümunə 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyinə həs olunan “The Promise” filmidir. Hollivudun “əjdaha” hesab olunan milyonlarla fanata sahib Kristian Beyl, Oskar İsak və Şarlot Le Bon kimi sənətçilərini bu işdə baş rola çəkdilər, dünyaya səs saldılar. Bu mövzuda bir çox ekran işi ərsəyə gətiriblər, iddiaları artıq “Holokast”dan sonra dünyada ən çox bilinən “soyqrımı” kimi qəbul olunur. Nəzərə alaq ki, bu iddia Türkiyəyə qarşıdır, hətta qardaş ölkənin daxilində belə o tarixdə çox sayda kampaniyalar başladıldı, filmlər çəkildi, “ermənilərdən üzr istəməliyik” deyildi.

Bəs sonra nə oldu?

Gələk 2023-cü il – Türkiyə Cümhuriyyətinin 100 iliyinə. Məşhur “Disney” şirkəti bu münasibətlə ciddi bir büdcə və aktyor heyəti ilə “Atatürk” filmini çəkdi, amma platforma öz əsərini yayımlamaqdan imtina etdi.

Buna bir çox əsas gətirdilər, lakin elə o ərəfədə Amerika Milli Erməni Komitəsi (ANCA) “biz qoymadıq, mane olduq” dedi. Filmi güc-bəla ilə kinoteatrda yayımladılar və sadəcə Türkiyə xalqı izlədi. Sonrasında eyni taleyi “Atatürk” animasiya filmi də yaşadı, yenə ANCA “Avropada yayımına icazə vermədik” dedi.

Sadəcə bu? Xeyr!

44 günlük müharibədən sonra ermənilər dərhal hərəkətə keçdilər. Bir çox bədii və sənədli filmlər çəkildi. Lakin bədii filmlərin təbliğat gücü daha yüksək olduğundan ona önəm verildi. Bu işlər müxtəlif platformalarda təqdim olundu. Hətta bir filmdə Xankəndi və ətrafında 2023-cü ilə kimi varlığını qorumağa çalışan qondarma rejimin rəhbəri bir qadın olaraq təqdim edildi. Sanki “ədalət axtaran, vətənpərvər” bir erməni qadın “qəddar” Azərbaycana qarşı dirənirmiş kimi göstərdilər. Bunu hazırda Bakıda “çay içən” “artsax prezidenti” Araik Arutyunyanın necə qarşıladığı xüsusilə maraqlıdır.

Gələk indiyə. Ermənistanın Elm, Təhsil və Mədəniyyət Nazirliyi son 3 ildə dünyaca məşhur “Neftlix” şirkəti ilə danışıqlara başladı, bir çox layihələrin planlanmasına start verildi, “erməni mədəniyyətini tanıdacağıq” dedilər. Bunlar tanış gəlir? Cəmi 3-4 il öncə eyni cümlələri biz də eşitdik. Keçmiş mədəniyyə naziri Anar Kərimovun, ““Netflix”də filmlərimizin nümayiş olunması ölkənin təbliğatıdır. Şirkət Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Müəyyən standartlar var və Azərbaycan filmlərində də bu standartlar nəzərə alınmalıdır. Həsas olmalıyıq ki, bizimlə əməkdaşlıq etsinlər. Etimad qursaq, əminəm ki, bizlə işləyəcəklər”, – sözləri bir çoxumuzu həyəcanlandırmışdı. Ən azından filmimizin inkişafı baxımından çox ciddi və ümidverici addım idi. Kino sahəmizi yenidən əvvəlki əzəmətinə qaytarmaq fürsəti vardı, təbii ki, həm də yeniliklər öyrənmək. Bəs nə oldu? Heç nə. 2021-ci ildən bu yana “Netflix”də Azərbaycanla bağlı demək olar tək bir müsbət xəbər aldıq, o da “Formula 1”in keçirildiyi ölkələrlə bağlı hazırlanan sənədli filmdə bir bölüm bizə də yer verilməsi.

Yaxşı, bu arada Ermənistanda nə baş verdi? Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalında aktiv iştirak etmiş erməni komandir, ölkənin ilk müdafiə naziri Vazgen Sərkisyanla bağlı film çəkdilər, aprel ayında ölkədə izlənmə rekordu vurdu. Filmi ingilis dilinə tərcümə etdilər, “Netflix”lə danışıqlara başladılar. Bu da az deyilmiş kimi Xocalıda əsir düşən azərbaycanlılara işgəncə verən Monte Melkonyanla bağlı filmin çəkiləcəyi və onun da eyni platformada yayımlanmasının hədəfləndiyi açıqlandı. Biz Xocalını bu 33 ildə dünyaya necə tanıda bildik? Sadəcə xarici ölkələrdəki səfirlik və diasporlarda 10-15 nəfərin iştirak etdiyi kiçik tədbir təşkil etməkdən başqa nə iş gördük? Hətta ilk dəfə bu soyqırımı ilə bağlı səsimizi dünyaya tanıda biləcəyimiz “Proyekt 2602” filminin ssenarisi yazıldı, tanıtım yayımlandı, bir çoxumuz həyəcanlandıq, “nəhayət” dedik. Düşünə bilirsiz, biz Xocalı kimi bir hadisəni fantastik janrda, lakin o faciənin ağrısını saxlamaqla birbaşa dünyaya çatdıra bilərdik. Nəhayət, ölkə üçün bir ilk olacaqdı. Layihə rəhbərləri ssenarini “Disney”, “Warner Bros”, SONY, “Metro Golden Mayer” kimi nüfuzlu kompaniyalarda rəqəmsal prodüser, media meneceri olaraq çalışan Aden Ikramın oxuduğunu və müsbət qiymətləndirdiyini dedilər. O da bunu “Azərbaycan üçün ilk” adlandırdı. Hətta filmə Hollivud aktyorlarından birinin çəkilməsinin düşünüldüyü açıqlandı. Lakin nə baş verdi? Çoxsaylı cəhdlərə, başladılan yardım kampaniyalarına baxmayaraq o da tarixn tozlu rəflərinə qarışdı.

Biz nə edirik?

Doğrudur, son illərdə həqiqətən də maraqlı və keyfiyyətli işlərimiz var. Milli Qəhrəman Mübariz İbrahimov haqqında da film çəkildi. Lakin fikir və sərf edilən əmək təqdir olunsa da, çəkiliş keyfiyyəti eyni reaksiyanı almadı.

Hətta 44 günlük müharibə ilə bağlı daxili auditoriyaya xitab edən çox maraqlı sənədli filmlər var, amma bədi filmlər… Hazırda Türkiyənin film şirkətləri ilə əməkdaşlıq çərçivəsində bir ekran işi çəkilir. Yəqin ki, maraqlı olar. Amma bir məsələ var, bu qələbənin hər anını biz çox yaxşı bilirik. Türkiyə də bizdən sonra müharibəyə birbaşa şahid ikinci ölkədir. Doğrudur, orada da təbliğata ehtiyac var, amma sadəcə orada? Başa düşürəm, bu, sadəcə dövlət qurumu səviyyəsində həll ediləcək məsələ deyil, maliyyə təminatı üçün ayrıca qaynaqlar lazımdır. İndi erməni lobbisini maliyyələşdirən “vətənpərvər biznesmenlər”dən bizdə yoxdur? Biz sadəcə toya “bahalı müğənni” çağırmaqla kifayətlənirik? Niyə qanla qazandığımızı dünyaya çatdıra bilmirik? Hərbdə, diplomatiyada güclüyük, haqlıyıq. Bəs incəsənətdə səsimizi niyə yavaş çıxarırıq? Nədir, kimdir qarşımızı kəsən? “Netflix”dən danışan sabiq mədəniyyət naziri, “Azərbaycanda kino çəkmək üçün hər şərait var”, – demişdi. Son üç ildə o şərait sadəcə sənədli filmlər üçün oldu? Biz heç adı ilə qürurlandığımız Səfəvi hökmdarı Şah İsmayıl Xətai, dillərə dastan olan Nadir Şah, heykəli belə fransızları narahat edən xan qızı Natavanla bağlı filmlər çəkə bilməmişik. Yaxşı ki, bircə Tağıyev oldu, ən azından ümid var dedik. Bu qədər zəngin tarix, mövzu, dünyaya xatırladılmalı olan şəxsiyyətlərimiz var, bəs onlar niyə sadəcə bizim kitablarda qalsın? Bizim yazdığımız tarix başqalarına saxtalaşdırılaraq təqdim edilir, reallıq sadəcə bizdə qalır. Yenə Sabiri haqlı çıxarıb yatmağa davam edirik?

Həqiqətən də, ya tarix yazacağıq, ya da tarix olacağıq. Amma başqalarının hekayələrində mənfi, qəddar, haqsız fiqur kimi!


Globalinfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Bu gün, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Bu gün, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Bu gün, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Bu gün, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Bu gün, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Bu gün, 14:34
Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru