Əməkdar artist Rəhman Rəhmanov xəstəxanadan evə buraxılıb.
Bu barədə Teleqraf-a aktyorun gəlini Sabrina Həmzəyeva məlumat verib.
O qeyd edib ki, Əməkdar artist özünü yaxşı hiss edir və burnunda qanaxma dayanıb.
Xatırladaq ki, 68 yaşlı aktyor burnunda yaranan güclü qanaxma səbəbi ilə özəl xəstəxanaların birinə yerləşdirilmişdi.