Ermənistan parlamentində müxalifətçi "Ermənistan" fraksiyasının deputatı Artur Sarqsyanın çıxışından sonra dava olub.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat Kristine Vardanyan canlı efirdə deyib.
Hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü Vaqe Qalumyan A.Sarqsyanın çıxışından sonra ona hücum etməyə cəhd göstərib.
A.Sarqsyan parlamentin iclas zalını tərk etdikdən sonra naməlum şəxslər zala daxil olaraq deputatlara hücum ediblər. Polis onları ayırmağa çalışıb.