Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" hesabında yazıb. O, müdafiə naziri Rüstəm Ömərov, baş komandan Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovla görüşünün ardınca diqqətə çatdırıb ki, belə bir şəraitdə Ukrayna Silahlı Qüvvələri müharibənin Rusiya ərazisinə yayılmasına çalışacaq.
"Bu məqsədlə Rusiyanın mərkəzinə doğru yeni uzaqmənzilli zərbələr hazırlanır. Moskvanın Ukraynaya qarşı hər hücumuna ardıcıl, sərt cavab veriləcək", - o bildirib.
Zelenski həmçinin vurğlayıb ki, hazırda ölkənin müdafiəsi üçün lazımi silahların təqribən 40%-i yerli istehsaldır:
"Məqsədimiz bu rəqəmi artırmaq, dövlətimizin müdafiə müstəqilliyini gücləndirməkdir".
Digər tərəfdən, Vaşinqtonla Moskva arasında Ukrayna üzrə sülh danışıqlarının iflasa uğraması, Trampın Putinə qarşı "etimadını itirməsi" fonunda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın raket və dron hücumlarının qarşısını almaq üçün ABŞ-dən daha çox müdafiə imkanları istəyib. ABŞ Prezidenti Donald Tramp bu istəyə cavabən Ukraynaya "Patriot" yer-hava raketlərinin göndəriləcəyini vurğulayıb. Belə görünür ki, o artıq danışıqların nəticə vermədiyini başa düşərək, Ukraynanın həm müdafiə, həm də hücum sistemini gücləndirmək niyyətindədir.
"Bu raketlər Ukraynanın müdafiəsi naminə zəruridir, çünki Rusiya Prezidenti Vladimir Putin gözəl danışsa da, hamını bombalayır. Xərci isə Avropa İttifaqı ödəyəcək", - o, "Endryus" Hərbi Bazasında jurnalistlərə danışarkən deyib.
AzVision.az
"Rusiya Ordusu yay mövsümündə hücuma keçmək üçün lazımi hazırlıq səviyyəsinə çata bilmədi".