Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? .....                     Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, .....                     Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib .....                     Milli Məclisdə məmurlara etiraz: .....                     Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? .....                     Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı .....                     Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir .....                     "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb .....                     PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                     36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? .....                     DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                 

Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Tarix: Bu gün, 12:23 | Çap et

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BəƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş və müzakirə olunan məsələlər ətrafında analitiklər müxtəlif təhlillərini bəyan edirlər.

Qeyd edək ki, görüşün yekunları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi açıqlamasında deyilir: “10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb”.

“Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər”, - məlumatda qeyd olunub.

AYNA.AZ-ın mövzu ətrafında suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov deyib ki, liderlərin bu görüşü çox maraqlı formatda baş tutub:

- Birincisi, liderlərin iştirakı ilə ümumi nümayəndə heyətlərinin görüşü keçirildi. İkincisi, liderlər arasında təkbətək görüş keçirildi və üçüncüsü, nümayəndə heyətlərinin iştirakı ilə yenə görüşüldü. Əlbəttə, bunlar hamısı bir görüşün tərkib hissəsi idi. Deməli, ilkin olaraq konseptual məsələlər müzakirə olunub. Görünür, bəzi razılaşdırılmamış məsələlər, yaxud xırda detallar vardı ki, liderlər arasında müzakirə edildi və sonradan liderlər siyasi komandalarına göstərişlərini, tapşırıqlarını verdilər. Normal münasibətləri olan ölkələr arasında da problemlər yarananda bu cür danışıqlar aparılır. Hesab edirəm ki, Əbu-Dabi görüşü normallaşma hadisəsi kimi qiymətləndirilə bilər. Görüşün beş saata yaxın davam etməsi onu göstərir ki, kifayət qədər kompleks məsələlər müzakirəyə çıxarılıb. Əbu-Dabi danışıqları sanki diplomatik əlaqələri olan ölkələr arasındakı danışıqlar kimi xarakterizə oluna bilər. Nəticə etibarilə belə də olmalı idi. Əks halda, belə ağır problemi həll etmək, mürəkkəb və həssas coğrafiyada uzunmüddətli sülhü əldə etmək çətindir. Bunun yeganə yolu belə görüşlərdən, danışıqlardan keçir.

- Görüşdə müzakirə olunan məsələləri necə qiymətləndirmək olar?

- Rəsmi açıqlamada qeyd olunanlara baxsaq, bütün istiqamətlər üzrə danışıqlar aparılıb. Bunlardan məncə ən asanı sərhədlərin delimitasiya və demarkasiyasıdır. Eyni zamanda, ən çətini də məncə, delimitasiya və demarkasiyadır. Amma nəzərə almaq lazımdır ki, burada institutlaşmış mexanizm mövcuddur. Çünki qarşılıqlı komissiya var, bu komissiya ən çətin nöqtədə uğurlu başlanğıc edə bilib. Söhbət Qazağın işğalda olan kəndlərindən 4-nün qaytarılması və həmin ərazilərdə delimitasiya və demarkasiyanın aparılmasından gedir. Liderlər siyasi komandalarına bu istiqamətdə işlərin davam etdirilməsini tapşırıblar ki, bunun nəticələrini görəcəyik. Bu, vacib məsələdir, çünki hər şey sərhəddən başlayır, sərhəd təhlükəsizliyi məsələsi önəmlidir.

Eyni zamanda, etimad quruculuğu məsələsi də müzakirə olunub. Biz bilirik ki, “xalq diplomatiyası” adı ilə üçüncü tərəflərin diktəsi ilə etimad mühitinin yaradılması cəhdləri bundan qabaq olub. Amma bu cəhdlərin nəticəsi olmamışdı. Səbəb də o idi ki, bu, süni şəkildə problem həll olunmadan problemlərin həll olunmuş kimi göstərilməsi cəhdləri idi. İndi isə münaqişə həll olunub. Ona görə də etimad mühitinin formalaşması üçün real imkanlar var. Söhbət xalqlar arasında düşmənçiliyin aradan qalxmasından, etimadın yaradılmasından gedir.

- Amma xalqlar arasında etimad mühitini zədələyən məsələlər də var. Məsələn, Ermənistanda revanş əhvalında olan insanlar var ki, bunlar dediyiniz etimad mühitinə zərbə vura bilməzmi?

- Əlbəttə ki, etimad mühitinə zərbə vuran qüvvələr mövcuddur. Ermənistanda etimad mühitinə zərbə vuran radikal qüvvələr var ki, onların başında kilsə gəlir. Eyni zamanda, Köçəryan-Sarkisyan cütlüyü, “Daşnaksütyun” Partiyasının nüymayəndələri, diasporadakı qüvvələr və digər terror təşkilatlarıdır. Baxın, Əbu-Dabi görüşünə getməmişdən əvvəl Paşinyan danışıqlar mövzuları arasında etimad mühiti ilə bağlı məsələnin salınması üçün İrəvanda xeyli cəsarətli addımlar atdı. Birincisi, siyasiləşmiş kilsəni dövlətə tabe etdirmək cəhdləri etdi. Əlbəttə, bu proses hələ sona çatmayıb. Eyni zamanda, sabiq hakimiyyətdə olanlara qarşı cinayət işi açdırdı. Dolayısı ilə Ermənistan ictimaiyyətini etnik nifrətə kökləyən, müharibəyə çağıran radikalların sıxışdırıldığını görürük. Yalnız bundan sonra biz etimad mühitindən danışa bilərik. Ümumi ictimai rəydə sülh üçün mühit formalaşmalıdır ki, məncə, bu istiqamətdə də dönüş nöqtəsi yarana bildi.

- Rəsmi açıqlamada sülh sazişinin paraflanması barədə cümlə var. Söhbət nədən gedir?

- Paraflanmanın mənası odur ki, tərəflər əvvəlcədən razılaşdırılmış mətni imzalamırlar, amma hər səhifəni yenidən oxumaqla imzalayacaq səlahiyyətli şəxsin adının ad və soyadının baş hərflərini hər səhifəyə əlavə edirlər. Yəni ki, həmin səhifə razılaşdırılmış sayılır. Belə sənədlərə diplomatik termində, “paraflanmış sənədlər” deyilir. Yəni mətn razılaşdırılıb, texniki qüsur yoxdur, redaktəyə ehtiyac qalmayıb, tam imzaya hazırdır. Ona görə də, paraflanmanı bəzən imzaya bərabər sənəd kimi sayılır. Bütün hallarda, imzalanması nəzərdə tutulan sülh sənədinin paraflanmaya ehtiyacı var. Bəzi məsələlər paraflana bilər, amma tam paraflanma indi mümkün deyil. Biz bilirik ki, rəsmi Bakının tələbləri var ki, onlar hamısı həllini tapmayıb. Söhbət Ermənistan Konstitusiyasında dəyişiklik tələbindən və Minsk Qrupunun de-yure ləğvi barədə ATƏT-ə birgə müraciətdən gedir.

- Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirəsi və nəticələr barədə nə demək olar? Görüşdən əvvəl belə bir məlumat yayılmışdı ki, ABŞ şirkəti dəhlizdə yüklərin yoxlanmasını təmin edə bilər, yaxud nəzarəti həyata keçirə bilər...

- Əlbəttə, Əbu-Dabidə Zəngəzur dəhlizi məsələsi üzərində müzakirə aparılıb. Hansı nəticə əldə edilib, qarşıdakı müddətdə biləcəyik. ABŞ şirkətinin dəhlizdə nəzarəti həyata keçirməsi ilə bağlı məsələyə gəlincə, təkcə bu, mediada müzakirə edilmir. Eyni zamanda, ABŞ rəsmilərinin şərhlərində bunu görürük. Hesab edirəm ki, optimal yol tapılmalıdır. Hamı başa düşür ki, Zəngəzur dəhlizi açılmalıdır.

Hesab edirəm ki, burada iki əsas məsələ öz əksini tapmalıdır. Birincisi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında sərbəst gediş-gəlişin təmini, ikincisi, beynəlxalq yüklərin daşınmasının təmin edilməsi həllini tapmalıdır. Üçüncüsü isə Paşinyanın “Sülh kəsişməsi” adlandırdığı ideyanın da müəyyən qədər nəzərə alınmasıdır ki, bu halda kompromis əldə edilməsi mümkündür. Biz həmişə məsələyə bütöv yanaşmışıq, amma burada şaxələndirmə də mümkündür. Məsələn, beynəlxalq yüklərin daşınmasını ayrıca, Azərbaycanın israr etdiyi Naxçıvana maneəsiz keçidin təminini ayrıca müzakirə etmək olar. Paşinyanın “Sülh kəsişməsi”nə isə ayrıca baxmaq olar. Əslində “Sülh kəsişməsi” həm də Zəngəzur dəhlizinin genişlənməsi deməkdir. Paşinyanın irəli sürdüyü təklifdə dəmir yolu var, avtomobil yolu var, enerji kommunikasiyaları var, “yaşıl enerji” dəhlizi var. Demək ki, Zəngəzur dəhlizi həm də genişlənməlidir. Liderlərin beş saatlıq görüşü barədə bəyan edilirsə ki, sülhlə bağlı bütün istiqamətlər nəzərdən keçirilib, məncə, bu məsələyə də dərindən baxılıb. Təbii ki, bunlar bizim ehtimallarımızdır. Bütün hallarda, Azərbaycanın olmazsa-olmazı var ki, bu da Azərbaycan vətəndaşlarının ölkənin bir hissəsindən digər hissəsinə maneəsiz keçidinin təminidir. Rəsmi Bakının qəti mövqeyi budur və yəqin ki, bu məsələyə İrəvan tərəfindən isti yanaşılıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Bu gün, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Bu gün, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Bu gün, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 15:53
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Bu gün, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Bu gün, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Bu gün, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Bu gün, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru