"Deməli, əziz naxcıvanlılar... haçansa özünüzü və ya yaxınlarınız it qaparsa... ilan vurarsa, qəti Naxçıvan Muxtar Respublikasının Səhiyyəsinə aparmayın..." "DİA-AZ" xəbər verir ki, bu çağırışla çıxış edən Naxçıvan sakinləri olduqca ilginc bir problemə diqqət çəkiblər.
Narazı vətəndaşların müraciətində deyilir: "Ona görə ki, bu gün Naxçıvan xəstəxanalarında "Tetanus" iynəsi yoxdur.
MR-nın səhiyyə nazirinin "analoqsuz siyasəti" nəticəsində həyati təhlükəsi olan xəstələr sistem qoşularaq yola salınır..."
Sakinlər bununla bağlı aidiyyatı qurum və şəxslərin operativ müdaxiləsini də tələb edirlər...