PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                     36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? .....                     DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                     "Cahid Şahbazova cinayət işi açılıb" .....                     "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" .....                     Abbas şikayətini geri götürmək üçün pul alıb .....                     Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı .....                     Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır .....                     Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” .....                 

“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Tarix: Bu gün, 11:40 | Çap et

Son vaxtlar cəmiyyətdə yas mərasimlərində təşkil olunan ehsan süfrələrinin yığışdırılması ilə bağlı geniş müzakirələr aparılır.

Azərbaycanın bir neçə rayonunda artıq bu ənənənin dayandırılması ilə bağlı müzakirələr də var.

Müzakirələrdə bəziləri ehsan süfrələrinin artıq zəruri olmadığını və sosial yük yaratdığını vurğulayır.

Bəs əslində, ehsan süfrələri verilməlidirmi, yoxsa bu ənənə qanunla tamamilə qadağan edilərək yığışdırılmalıdır?

Gununsesi.info-ya açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib ki, müasir dövrün ictimai və iqtisadi reallıqları ehsan süfrələrinin bir çox ailələr üçün ciddi maliyyə yükünə çevrildiyini göstərir:

“İslam dini yas mərasimlərinin keçirilməsində əsas meyar kimi qürur, israf, əziyyət, riyakarlıq və göstəriş kimi niyyətləri qəti şəkildə qadağan etmişdir. Hətta Peyğəmbərimizin (s) və səhabələrin həyatına baxdıqda, yaxınını itirən şəxsin deyil, əksinə onun qonşularının və qohumlarının ona yemək aparması təşviq olunmuşdur. Bu da dinimizin nə qədər insan psixologiyasına və həyatın reallıqlarına uyğun bir din olduğunu göstərir.

Qurani-Kərimdə bu məsələyə dolayısı ilə toxunulub: “Ey Adəm övladları! Hər səfərdə zinətinizi geyin… Lakin israf etməyin! Həqiqətən Allah israf edənləri sevməz.”
(Əraf surəsi, 31)

Bu ayə göstərir ki, israf harada olur-olsun, harada adətə çevrilirsə, Allah qatında xoş qarşılanmır. Peyğəmbərimizin (s) mübarək bir hədisində isə bu məsələ daha konkret izah olunur: “Əbdullah ibn Cəfərdən rəvayət edilir ki, Allah Rəsulu (s) buyurdu: ‘Cəfərin ailəsinə yemək hazırlayın, çünki onlara məşğul olacaq bir hal gəlib.’”
(İbn Məcə, Cənazə, 161; Əhməd ibn Hənbəl, Müsnəd, III/195)

Bu hədis açıq şəkildə bildirir ki, yaxınını itirən ailənin özü yemək hazırlamamalı, əksinə ona yemək göndərilməlidir”.

İlahiyyatçı vurğulayıb ki, sünnəyə zidd olaraq, bir çox bölgədə meyit çıxan evdə günlərlə ehsan süfrələri verilir ki, bu da ailəni maddi, psixoloji, bəzən isə borc yükü altına salır:

“Ənənəyə çevrilmiş bu hal, artıq dini mahiyyətini itirmiş və bir çox hallarda sosial yarışa, riyakarlığa, hətta cəmiyyətin təzyiqinə çevrilmişdir. Halbuki İslam dini təzyiq yox, rahatlıq, mərhəmət və şəraitə uyğunluq dinidir.

Alimlərin görüşünə gəlincə, İmam Nəvəvi, İbn Qüyyim, İmam Şafii və digər böyük alimlər qəbir əhli üçün yemək bişirilib camaata verilməsini məkruh hesab etmiş, bunu bidətə çevrilmə ehtimalı səbəbilə məsləhət görməmişlər. Hətta Hənəfi və Hənbəli fiqhində də bu məsələ açıq şəkildə tənqid olunmuşdur.

Müasir dövrün ictimai və iqtisadi reallıqları da göstərir ki, ehsan süfrələri bir çox ailələr üçün ağır maliyyə yükünə çevrilmişdir. Bir tərəfdə yoxsulluq və borc içində yaşayan ailələr, digər tərəfdə isə cəmiyyətin “nə deyərlər” təzyiqi – bu, islami baxımdan həm sosial, həm də mənəvi zərərdir.

Bu səbəblə, dövlətin və dini qurumların ehsan süfrələrinin könüllü şəkildə aradan qaldırılması ilə bağlı təşviqedici tədbirlər görməsi və bunun qanunla məhdudlaşdırılması deyil, maarifləndirmə yolu ilə tənzimlənməsi daha uyğundur.

Çünki İslamda niyyət əsasdır. Bir insan həqiqətən, sadəcə dua olunması üçün bir-iki nəfərə sadə bir qonaqlıq verirsə, bu, bəyənilən bir davranış ola bilər. Amma şöhrət, təmtəraq, adət, məcburiyyət, ayıb olmasın deyə verilirsə, bu artıq İslamın ruhuna ziddir.

Biz belə deyə bilərik ki, ehsan süfrələri tamamən yığışdırılmalı deyil, lakin israf və psixoloji-maddi zülmə çevrilən hallar qəti şəkildə aradan qaldırılmalıdır. Bunun üçün də maarifləndirmə, dini dəlillərin izahı və ictimai dəstək vacibdir.

Təəssüf ki, cəmiyyətimizdə bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur. Ehsan süfrələri tamamilə ləğv olunsa, həqiqətən də çox adam “nə yemək var ki, gedim?” düşüncəsi ilə yasa gəlməyəcək. Bu isə mərhumun ailəsinə mənəvi dəstək baxımından çatışmazlıq yarada bilər.

Amma bu fakt ehsan süfrələrinin qalmasının vacibliyini sübut etmir, əksinə bu problemin cəmiyyətin dini-mənəvi tərbiyəsi baxımından nə qədər ciddi olduğunu göstərir. Yas mərasiminə gəlmək – ölüyə hörmət, diriyə təsəlli vermək, ailəyə dua etmək üçündür, yemək üçün deyil. Əgər bu yanlış düşüncəni dəyişməsək, ehsan süfrəsini saxlasaq da, niyyət pozğunluğu davam edəcək.
Bu səbəbdən tamamilə yığışdırılma, qanunla qadağan olunma ideyası çox sərt qəbul edilə bilər. Bu, bəzilərində dini adətlərin yasaqlanması kimi də anlaşılacaq və əks reaksiya doğura bilər. Halbuki məqsəd insanlara dini adəti deyil, onun yanlış tətbiq formasını izah etməkdir”.

Əkrəm Həsənov təklif edir ki, ehsan süfrələri sadələşdirilsin və göstərişlərdən uzaqlaşdırılsın:

“İmkanı olan bir ailə bir fincan çay, bir xurma, bir sadə yeməklə də bu adəti icra edə bilər. Əsas olan niyyətdir, israfdan, riyadan, məcburiyyətdən uzaq qalmaqdır.

Əgər cəmiyyət bu maarifləndirməni düzgün qavrasa, ehsan vermək bir vaciblik və yarış deyil, bir seçim və səmimi niyyət olaraq qalar. Bu zaman ehsan verməyənə də qınama, tənə etmə mədəniyyəti dəyişər. Beləliklə, əsl dini ruh bərpa olar.

Belə düşünürəm ki, tamamilə yığışdırmaq deyil, təhlükəli və zərərli formaları aradan qaldırmaq lazımdır. İnsanlar yasa yeməyə yox, dua etməyə, başsağlığı verməyə, mənəvi birlik nümayiş etdirməyə gəlməlidir. Bu isə yalnız maarifləndirmə, dini liderlərin izahı və cəmiyyətin tədricən dəyişməsi ilə mümkündür. İslam dini göstəriş üçün olan adətləri deyil, məna və hikmət daşıyan davranışları təşviq edir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Bu gün, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Bu gün, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru