“Azərbaycan istədiyini aldı, Ermənistan isə yalnız kağız parçası…”
Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni politoloq Anjela Elibekova deyib.
Onun sözlərinə görə, Azərbaycan son razılaşmalardan maksimum fayda əldə edib, Ermənistan isə heç bir real təminat qazanmayıb:
“Azərbaycan Ermənistan ərazisindən maneəsiz tranzit hüququ alıb, lakin Ermənistan əvəzində Azərbaycan ərazisindən analoji hüquq əldə etməyib. Bakı ABŞ-ın hərbi yardımla bağlı məhdudiyyətlərinin aradan qaldırılmasına nail olub, amma Ermənistan “əsirlərin” (Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin – red.) qaytarılması ilə bağlı heç bir zəmanət əldə etməyib. Azərbaycan Minsk Qrupunun fəaliyyətinə son qoydurub, Ermənistan isə Qarabağ ermənilərinin öz evlərinə qayıtması üçün təminat ala bilməyib”.