Onları bir araya gətirən Tramp olmalıdır .....                     "Bu ritual özümü toparlamağa kömək edir" .....                     33 il sonra bu qadağalar aradan qaldırıldı .....                     Rusiya yeni silahlarla HƏDƏLƏDİ .....                     Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq .....                     Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? .....                     Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur .....                     İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı .....                     Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… .....                     Əliyev və Paşinyan Rusiyaya qarşı... .....                     Ukrayna Donetskdən geri çəkilərsə... .....                     Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi .....                     Avropa könüllülər koalisiyası döyüşdən qaçır .....                     Bakı bunları əldə etdi, İrəvan isə… .....                     ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! .....                     Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? .....                     Neft Daşlarında QANUNSUZ BALIQ OVU... .....                     Okeanın o tayından Qafqaza .....                     Vaşinqtonda gorbagor olan iki “miras”: .....                     Zəngəzur coğrafiya deyil, .....                     “Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? .....                     "Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" .....                     Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... .....                     Tramp Zelenskinin də .....                     Xızının icra başçısı da qanunları ayaqlar altına atır... .....                     Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... .....                     Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? .....                     Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... .....                     Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? .....                     Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb .....                     İrəvan razılaşdı, Azərbaycana yeni status verildi .....                     Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? .....                     “Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... .....                     Qafqaz evi ideyası yenə gündəmdə .....                     Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? .....                     Füzuli DAİM-də DAİMİ PROBLEM... .....                     Etalon Hospitalda daha bir qalmaqal .....                     Ukraynanın dərinliklərinə doğru irəliləmək... .....                     Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır .....                     Vaşinqton zirvəsinin əks-sədası .....                 

Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... - AXI NİYƏ?..
Tarix: Bu gün, 09:08 | Çap et

Sosial mediada bəzi şəxslər dünən Vaşinqtonda imzalanmış sənədləri qəzəblə şərh edirlər. Aralarında "stajlı" siyasi, ictimai fəallar da var. Çoxu da müxalifətçilərdir. O qədər qəzəbləniblər ki, hətta medianın, jurnalistlərin üzərinə hücuma keçiblər.

Onlar ritorik suallar verirlər: niyə jurnalistlər avqustun 8-ni "tarixi gün" adlandırıblar? Niyə media mənsubları Vaşinqtonda imzalanan sənədləri "diplomatik qələbə" sayırlar? Və sair və ilaxır.

Açığını deyim, mənim müxalifət düşərgəsində çoxlu dostlarım, tanışlarım, hörmət etdiyim adamlar var. Azərbaycanın müstəqiliyi, demokratikləşməsi üçün meydanlarda birlikdə sabahladığımız, çiyin-çiyinə dayandığımız adamlar çoxdur. Talantlı, qabiliyyətli insanlar hakimiyyət ierarxiyasında da var, müxalifətdə də var. Mən o düşərgədə formalaşmışam - kimsəyə sirr deyil. Hazırda siyasətlə deyil, jurnalistika ilə, siyasi analitika ilə, bədii və publisistik yaradıcılıqla məşğulam. Ancaq keçmişimi də unutmuram, keçmişimdən də heç vaxt imtina etməmişəm, peşman da deyiləm. Doğru bildiyimi demişəm, yazmışam. Bunları danmaq riyakarlıq olar. Mənim kimi keçmişdə, başqaları kimi indi müxalifətçi, eləcə də, jurnalist olmaq qüsur deyil, bu, əslində taledir, vicdan işidir, şəxsi seçimdir. Bunları hamı anlayır, ya da ümid edirəm, nə vaxtsa kimsə anlayar.

Ancaq bəzi insanlar - müxalifətçi dostlar ağa "qara", yaxud "qaramtıl" deyəndə, onu da qəbul etmirəm. Mən müxalifətin "siyasi", mənim "günahsız" adlandırdığım məhbusların - jurnalistlərin, ictimai fəalların, elm adamlarının həbsdə saxlanmasına da, ifrat təqibinə də qarşıyam. Hətta belə bir cümlə də yazmışam: bir ədalətsiz məhkəmə hökmü varsa, o hökmün nə zamansa öz məhkəməsi də olacaq. Mən həbsxanada saxlanılan cavan jurnalist xanımların qeydlərini oxuyuram, çox üzülürəm. Bunlara biganə yanaşa bilmirəm. Mən, məsələn, professor Nazim Bəydəmirlini tezliklə aramızda görmək istəyirəm. O cür insanların yeri həbsxana deyil. Bütün bunlar məlumdur. Mənim şəxsi fikirlərimdir.

Ancaq eyni zamanda mən Azərbaycan üçün fövqəladə həqiqətən tarixi sənədlərə imza atmaq, bölgəni müharibə təhıükəsindən, Rusiya-İran məngənəsindən qurtarmaq üçün titanik səylər göstərən, çabalar sərf edən ölkə prezidentini Vaşinqtonda etiraz plakatları ilə qarşılamağı da qəbul etmirəm.

Adam "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin qüvvəsini bir gedişlə dayandırdı. ATƏT-in Minsk Qrupunu bir qələmlə silib atdırdı. Adam Ermənistanı sülh sənədinə qol çəkməyə məcbur etdi, ABŞ-ı bu anlaşmaya qarantor olmağa razı saldı. İranın "qırmızı xətt" deyib, bizi təhdid etdiyi bölgədən Naxçıvana yol açdı. Adam Türk dünyasını birləşdirən, bölgənin geopolitik, geostrateji xəritəsini yenidən çəkən, Azərbaycanı da bu xəritənin mərkəzində qoyan müstəqil siyasi xəttini aparır. ABŞ sərmayələrinin bölgəyə yolunu açır. Adam müharibələrin mühasirəsini yararaq öz ölkəsini hər cür təxribatlardan ustalıqla qoruyur...

Bunlar axı faktdır, bəylər!

Bəli, Vaşinqton razılaşmalarını mən də "tarixi hadisə" adlandırmışam. Mən belə hesab etdiyim üçün yox, doğrudan da, tarixi hadisələr olduğu üçün. Kim mənimlə bu barədə polemika aparmaq, mübahisə etmək istəyirsə, istənilən vaxt, istənilən platformada buna hazıram.

Azərbaycan və Ermənistan Vaşinqtonda tarix yazdı. ABŞ prezidenti də həmçinin. Bunun əslində xüsusi isbata ehtiyacı da yoxdur. Rusiya Ukraynada nələr edir, görürsünüz. Bu ölkələr etnik, dini, insani və sair baxımdan Azərbaycanla Türkiyə kimidir. Ancaq bizə - Türkiyə ilə Azərbaycana baxın, bir də dönün, Rusiya ilə Ukraynaya baxın. Öz qardaşına bunları edən Rusiya imkan düşsə, bizə nələr etməz! Hələ İranı heç demirəm.

Bu bölgəni belə təhdidlərdən xilas etmək üçün Azərbaycan prezidenti mühüm addımlar atır, kimsə bu dəmdə yandan çıxıb, deyir: "İlham Əliyev Azərbaycanı Trampa satdı!"

İnsaf da dinin yarısıdır, hər şeyi də belə qaralamaq olmaz axı. Bir var müxalifət olmaq, bir də var xüsusi amansızlıqla müxalifətçilik etmək. İkincisi hardan baxsan, doğru deyil.

Düzdür, müxalifətdə də, dediyim kimi, ağıllı, analitik düşüncə qabiliyyəti olan adamlar var. Məsələn, Fuad Qəhrəmanlının təhlilini bəyəndim; Vaşinqtondakı hadisələri obyektiv şərh edib.

Bilirsiniz, necə ki iqtidarda olmaq səndən fərqli düşünəni əzmək demək deyil, eləcə də, müxalifətçilik etmək ağına-bozuna baxmadan hər şeyi pisləmək, gözdən salmaq anlamına gəlmir. Bu boyda işlər görülür, yenə bəzi insanlarımız çıxıb bunu qaralamağa çalışır.

Bir də deyirəm: Azərbaycanın dövlət başçısının Vaşinqtona səfərini "tarixi səfər", orda imzalanan sənədləri "tarixi uğurlar" adlandıran, belə düşünən, belə yazan iki jurnalist varsa, biri mənəm. Ürəyi, həvəsi, sözü olan varsa, gəlsin, oturaq mübahisə edək. Bəzilərinin etdiyinin əksinə olaraq təhqirsiz, təhdidsiz, normal, sivil müzakirə formatında məsələlərə aydınlıq gətirək (ki, onsuz da hər şey gün kimi aydındır). Mədəni insanlar, adətən belə davranırlar.

Bir sözlə, təkcə qüsuru tənqid etmək deyil müxalifətçilik, həm də uğuru təqdir etməkdir. Bu, siyasi mədəniyyətin əlifbasıdır, qızıl qaydasıdır.

Oxuduğunuz bu yazını yazmağa ehtiyac duydum: doğru olanlar doğru anlayacaq, əyrilər də özü kimi. Olsun. Hər halda söz, Mirzə Cəlil demişkən, qulaq asmayanlara deyilir...

 Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onları bir araya gətirən Tramp olmalıdır - Vens
Bu gün, 19:10
"Bu ritual özümü toparlamağa kömək edir"
Bu gün, 19:08
33 il sonra bu qadağalar aradan qaldırıldı - AKTUAL
Bu gün, 19:02
Rusiya yeni silahlarla HƏDƏLƏDİ - Harada yerləşdirəcək?
Bu gün, 18:59
Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq - ÇÜNKİ...
Bu gün, 18:55
Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? - NARAHATDIR
Bu gün, 18:52
Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:35
İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı
Bu gün, 14:32
Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… – İoannisyandan İLGİNC ETİRAF
Bu gün, 13:06
Əliyev və Paşinyan Rusiyaya qarşı... - Zatulin ŞƏRH EDİR
Bu gün, 13:04
Ukrayna Donetskdən geri çəkilərsə... - BÖYÜK TƏHLÜKƏ
Bu gün, 11:48
Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 11:46
Avropa könüllülər koalisiyası döyüşdən qaçır - "Heç kim Ukraynada ölənlər sırasına qatılmaq istəmir"
Bu gün, 11:41
Bakı bunları əldə etdi, İrəvan isə… – Erməni politoloq ŞƏRH EDİR
Bu gün, 11:39
ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? - İLGİNC
Bu gün, 11:08
Neft Daşlarında QANUNSUZ BALIQ OVU... - BU NƏDİ BELƏ?
Bu gün, 11:00
Okeanın o tayından Qafqaza SALINAN KÖRPÜ...
Bu gün, 10:30
Vaşinqtonda gorbagor olan iki “miras”: - Əliyev onları necə ləğv etdirdi?
Bu gün, 10:27
Zəngəzur coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır
Bu gün, 10:24
“Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? - İNCƏLƏMƏ
Bu gün, 09:46
"Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" - deputat
Bu gün, 09:45
Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... - “Böyük xəyanət”: Hörmüz boğazı bağlansın...
Bu gün, 09:40
Tramp Zelenskinin də Alyskaya getməsinə İCAZƏ VERDİ
Bu gün, 09:37
Xızının icra başçısı da qanunları ayaqlar altına atır... - BU DA FAKT...
Bu gün, 09:19
Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... - İTTİHAM VAR...
Bu gün, 09:16
Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... - AXI NİYƏ?..
Bu gün, 09:08
Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? - AKTUAL
Bu gün, 09:00
Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb - The Washington Post
Bu gün, 08:59
İrəvan razılaşdı, Azərbaycana yeni status verildi – “Ermənilər bunu da itirir”
Bu gün, 08:56
Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? - NƏ ETMƏLİ?
Bu gün, 08:53
“Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... - Sabir Rüstəmxanlı yazır...
Bu gün, 08:51
Qafqaz evi ideyası yenə gündəmdə - Görünəni odur ki...
Bu gün, 04:21
Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? – Politoloq bütün detalları AÇIQLADI
Bu gün, 04:18
Füzuli DAİM-də DAİMİ PROBLEM... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 04:15
Etalon Hospitalda daha bir qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 04:10
Ukraynanın dərinliklərinə doğru irəliləmək... Rusiyaya böyük pullar hesabına başa gəlir
Bu gün, 04:03
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
Bu gün, 03:55
Vaşinqton zirvəsinin əks-sədası – Rusiya və İranın cavabı necə olacaq?
Bu gün, 03:54
Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? - AKTUAL
Bu gün, 03:51
Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq - GƏLİŞMƏ
Bu gün, 03:48
Nazirlik əməkdaşı yol qəzasında öldü - FOTO
Bu gün, 03:45
"Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:41
"Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" - ÇAĞIRIŞ
Bu gün, 03:39
Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
Bu gün, 03:30
Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 03:28
“İran Zəngəzuru o döyüşdə itirdi” - “Reuters”:
Bu gün, 03:26
İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim - Berset
Bu gün, 03:23
Putin Krım ssenarisini təkrarlamağa çalışır - Zelenski
Bu gün, 03:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru