Ermənistanda məhkəmə arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha üç ay uzadıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bildirib.
Qeyd edək ki, Qalstanyan "terror aktlarının hazırlanması və hakimiyyəti ələ keçirməyə cəhd" maddəsi ilə ittiham olunub.