“Ermənistan Türkiyə ilə açıq sərhəd və diplomatik əlaqələrə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan hökumətinin Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
Rubinyan iddia edib ki, Ermənistan tərəfdən heç bir maneə yoxdur və münasibətlərin uğurla qurulmasına misal kimi Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin qurulmasını göstərib. Onun sözlərinə görə, bu əlamətdar hadisədir və Türkiyə ilə prosesdə irəliləyişə ümid var.
“Əgər iradə olarsa, bu, qısa müddətdə baş verəcək”, - deyən Rubinyan Ermənistan tərəfində heç bir ilkin şərt olmadığını xatırladıb.