Hindistan və Ermənistan arasında İran üzərindən nəqliyyat əlaqələrinin yaradılması məsələsi üçtərəfli görüş çərçivəsində müzakirə olunacaq.
Musavat.com xəbər verir ki, bu barədə The Economic Times məlumat yayıb.
Məlumata görə, bu həftə Hindistan və İran Xarici İşlər Nazirlikləri səviyyəsində Tehranda məsləhətləşmələr aparacaq. Görüşlərin əsas məqsədi ikitərəfli münasibətləri möhkəmləndirməkdir. Danışıqlarda İranın Çabahar limanının aktivləşdirilməsi və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi də müzakirə mövzusu olacaq.
Hindistan–İran ikitərəfli görüşündən sonra Hindistan–İran–Ermənistan üçtərəfli dialoqu keçiriləcək. Bu görüşün məqsədi Hindistan və Ermənistan arasında İran üzərindən nəqliyyat əlaqələrinin qurulmasıdır.