“FNC Bank Olmayan Kredit Təşkilatı” QSC ümumi həcmi 4,75 milyon manatlıq istiqraz buraxır.
"DİA-AZ" bu barədə BOKT-nin Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.
Məlumata görə, söhbət biri 5000 manat olmaqla ümumi 950 ədəd istiqrazlardan gedir.
İstiqrazlar 5 il müddətlə 15 faizlə təklif olunur.
Təklifin səbəbi Cəmiyyətin "Kristal Bakı" ASC qarşısında olan borc öhdəliyinin vaxtında icra edilməsini təmin etməkdir.
Anderrayter "CPM-Invest İnvestisiya Şirkəti" ASC şirkətidir.