“Hərbi rütbə vermək səlahiyyəti olan vəzifəli şəxsin hərbi rütbəni aşağı salmaq səlahiyyəti olmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Şahin Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Qanun layihəsinin 6.1.3-cü maddəsində cənab nazirə aid olan səlahiyyətlərdir. Daxili Qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda o rütbələrin aşağı salınması müəyyən olunub.
Cənab nazirin polkovnik rütbəsi də daxil olmaqla, rütbələr vermək səlahiyyəti var. Bura polkovnik hərbi rütbəsindən başlayaraq aşağı rütbəli zabitlərin rütbələrini bir pillə aşağı salmaq səlahiyyətini əlavə etməliyik”, - komandan bildirib.