Ali Məhkəmədə Fövqəladə Hallar Nazirliyinin (FHN) dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmiş keçmiş əməkdaşı Elvin Babaşovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində mühəndis-inspektor vəzifəsində çalışmış Elvin Babaşov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunurdu.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarına əsasən onun barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.









