İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir .....                     Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ .....                     860 minlik ev cəmi 12 manata satılır .....                     "Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər .....                     Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur .....                     Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? .....                     FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi .....                     Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! .....                     “Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” .....                     Azərbaycanda özəl “qocalar evi” açmaq olar? .....                     Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb .....                     “Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək .....                     "Sizin yeriniz...” .....                     2026-cı ilin ölkə çempionu ADA Universitetində .....                     Yaroslavlda neft obyekti vurulub .....                     "Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." .....                     Bacısının evindən 16 min manat oğurlandı .....                     Apteklərdə “Pascorbin” TAPILMAYACAQ .....                     Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi .....                     Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA .....                     Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq .....                     Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib .....                     Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb .....                     Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik .....                     Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... .....                     Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, .....                     Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı .....                     ABB Özbəkistandakı “Davr Bank”da pay alıb .....                     46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub .....                     “Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq” .....                     Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT .....                     “Atamın ürəyinə stent qoyuldu” .....                     İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib .....                     Rusiya hücum etsə, ABŞ yardıma gələcəkmi? .....                     Göyçay sakinini aldadıb İŞDƏN ÇIXARDILAR... .....                     Rostov parada "hazırlaşır" .....                     Məhkəmə 120 419 manat vergi ödəməkdən yayınmada ittiham olunan sahibkara bəraət verib .....                     “Bakı Şərab-2” ASC-yə yeni rəhbər seçiləcək .....                     Bakı dünyaya kamikadze PUA-larla çıxır: Bədxahlara mesaj .....                 

Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? - DETALLAR
Tarix: Bu gün, 12:24 | Çap et

İTV baş direktorluğuna namizəd Taleh Şahsuvarlı sosial şəbəkədə öz platformasını açıqlayıb. Qaynarinfo "Azərbaycanlı missiyası İTV-yə necə daşınmalıdır?" adlı bu yazını oxucularına təqdim edir:
""İctimai yayım" Azərbaycanda uzun illər ancaq "televiziya və radio kanalı” kimi qəbul edilib. Yayım xidmətinin hətta bir zamanlar başqa media quruluşundan idarə olunması barədə iddialar da səslənib. Nəticədə qurum "mexaniki idarəetmə” məntiqi ilə öz əsas missiyasından uzaqlaşıb. Keçmişi təftiş etmək istəmirəm. Fəqət indi dünya da dəyişib, Azərbaycan da. İkinci Qarabağ savaşında qazandığımız tarixi zəfərdən sonra yeni milli hədəflərimiz formalaşır. Azərbaycan Cənubi Qafqazın lider dövlətindən Yaxın Şərqin orta gücünə çevrilir. Bütün bunlar qəti şəkildə sövq edir ki, Azərbaycanın ictimai düşüncə müəssisəsinin aynası olmalı olan efirlə "menecer” kimi təqdim olunan, torpağın hənirini duymamış, milli tərəqqi prosesinin paradiqmalarını mənimsəməmiş, dövlətçilik ənənələrimizin məğzini dərk etməyən, ictimai şüurun tarixi hafizəsi ilə müasir dinamikası arasında balans qurmaq imkanından məhrum olan tiplər arasındakı kəskin ziddiyyətlər palazın altına qoyulmasın. Çünki biz indi başqa bir savaşın- qlobal informasiya müharibəsinin içindəyik. Reallıqlar bizi tamamilə fərqli parametrlərə- strateji düşüncəyə, ideoloji hazırlığa və milli kommunikasiya modelinə uyğunluğa- baxmağa vadar edir. Əlahəzrət zamanın bu gün bizə əsas tapşırığı bir televiziyanı sıradan kadr resursları mütəxəssisi, yaxud hansısa xarici ölkə universitetindən sertifikat almış "peşəkar mühasib” kimi idarə etmək deyil.
Əsas sual budur: rəqəmsal informasiya savaşlarının yeni mərhələsində Azərbaycanlı missiyası İctimai teleradioya necə daşınacaq? Bu sual İctimai yayımı dövlətin strateji kommunikasiya platforması, milli düşüncə məkanı və informasiya təhlükəsizliyi institutu kimi nəzərdən keçirməyin aktuallığını üzə çıxarır. Bəs, bu aktuallıq qarşısında "Düşünən Azərbaycanlı” kimdir? Müəyyən bir tərif verməli olsaq, "DÜŞÜNƏN AZƏRBAYCANLI- öz vətəninə, xalqına, dövlətinə güclü aidiyyət bağı olan, milli maraqları düzgün ayırd edə bilən, rəqəmsal manipulyasiyaların təsirinə düşməyən, dünyanı anlayan, analitik düşünən, texnologiya ilə işləməyi bacaran, Azərbaycanı sivil dünyanın bir parçası olaraq görən, sekulyar baxış və hüquq şüuru ilə tərəqqi prosesinə töhfə verən insan modelidir. O, həm də Azərbaycanın yeni vətəndaş obrazıdır. İctimai yayım məhz bu obraza fokuslanaraq yeni mərhələyə keçməlidir.
Gəlin, səmimi, obyektiv və rasional düşünək: Azərbaycan insanı çağımızın informasiya xaosu içində öz ictimai yayımından intellektual dəstək almasa, onun vətəndaş oriyentasiyası kənar ideoloji təzyiqlərə nə qədər davam gətirəcək?
Ona görə də, mən İctimai teleradionun baş direktorluğuna namizəd olaraq:
✅ Təkcə efir yox- ictimai düşüncə məkanı;
✅ Sensasiya yox- analitik baxış;
✅ Populizm yox- dövlətçilik məsuliyyəti;
✅ Kütlə psixologiyası yox- ictimai intellekt;
✅ Formal yayım yox- Azərbaycanlı missiyası üzərində düşünməyi təklif edirəm.
İctimai yayım bazar televiziyası deyil. Heç ticarət şirkəti də deyil. Onun əsas məqsədi ictimai rəyin keyfiyyətini yüksəltməkdir. Bu keyfiyyət yüksəlişinə:
⬆️ Milli kimliyin, Azərbaycan dövlətçiliyinin tarixi və strateji məzmununun təqdimatı;
⬆️ Elmi populyarlaşdıran, çağdaş dünyagörüşü təşviq edən maarifləndirici layihələr;
⬆️ Süni intellekt, texnologiya, informasiya təhlükəsizliyi və media savadlılığı mövzularının işıqlandırılması;
⬆️ İctimai müxtəlifliyin balanslı təmsilçiliyi;
⬆️ Analitik verilişlər, yeni nəsil sənədli filmlər və digər intellektual kontent vasitəsilə nail olunacaq.
Bu missiyanın ikinci istiqaməti isə, mənim konseptual baxışıma görə, efir mədəniyyətidir.
İctimai yayım cəmiyyətin zövqünü formalaşdıran əsas platformadır. Tamaşaçının gözü və qulağı efirdə dincəlməli, amma düşüncəsi koralmamalıdır. Aqressiv, yaxud yekcins müzakirələr, səviyyəsiz səhər, populist axşam söhbətləri ictimai yayım modelinə uyğun deyil. İTV mənim nəzərimdə peşəkar üslubun və müasir estetik düşüncənin qovşağıdır.
Üçüncü istiqamət rəqəmsal transformasiyadır.
Yeni nəsil cihazlar klassik televizor baxışını böyük ölçüdə sosial platformalara köçürüb. İTV auditoriyasını yalnız klassik cihazlar vasitəsi ilə müəyyənləşdirə bilməz. Rəqəmsal yayım, süni intellekt alətləri, data analitikası və sosial platformalar ictimai yayımın əsas fəaliyyət istiqamətlərindən birinə çevriləcək. İctimai yayımın həm texnoloji, həm də intellektual resursları sayəsində Azərbaycan cəmiyyətinin ictimai şüuru istənilən basqı qarşısına hazır çıxacaq.
Bütün bunlar bir daha təşviq edir ki, diqqətimiz bu günlərdə mediada tez-tez başlığa çıxarılan "İTV-nin yeni rəhbəri kim olacaq" sualından ötəyə köklənsin.
Əzizlərim, bəlkə, sualı belə qoyaq: İctimai Televiziya hansı missiyanın güzgüsü olacaq?
Mən öz namizədliyimi irəl sürməklə, əslində, bu suala cavabımı təklif etmişəm: Azərbaycanlı missiyasının!"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
Bu gün, 13:06
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Bu gün, 12:47
860 minlik ev cəmi 12 manata satılır - Beləsi olmamışdı
Bu gün, 12:34
"Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər - İTTİHAM VAR...
Bu gün, 12:30
Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur - Lalə Süleymanova
Bu gün, 12:27
Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? - DETALLAR
Bu gün, 12:24
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Bu gün, 12:18
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi
Bu gün, 12:15
Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:08
“Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” - VİDEO
Bu gün, 11:58
Azərbaycanda özəl “qocalar evi” açmaq olar?
Bu gün, 11:56
Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb - RT
Bu gün, 11:54
“Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək
Bu gün, 11:47
"Sizin yeriniz...”
Bu gün, 11:37
2026-cı ilin ölkə çempionu ADA Universitetində - FOTO
Bu gün, 11:34
Yaroslavlda neft obyekti vurulub - Zelenski
Bu gün, 11:28
"Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." - NARAZILIQ VAR...
Bu gün, 11:22
Bacısının evindən 16 min manat oğurlandı - AÇIQLAMA
Bu gün, 11:09
Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?
Bu gün, 11:04
Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:01
Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA - “Təsbeh layihəsi keçirək?”
Bu gün, 11:00
Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:55
Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib
Bu gün, 10:53
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb - İLGİNC FAKTLAR
Bu gün, 10:50
Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik - Marqaryan
Bu gün, 10:44
Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
Bu gün, 10:41
Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb
Bu gün, 10:35
Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı
Bu gün, 10:33
ABB Özbəkistandakı “Davr Bank”da pay alıb
Bu gün, 10:26
46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub - RƏSMİ
Bu gün, 10:16
“Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - Görün Qarabağla bağlı nə etdilər...
Bu gün, 10:10
“Atamın ürəyinə stent qoyuldu” - Akif İslamzadənin oğlu
Bu gün, 10:07
İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib - FOTO
Bu gün, 10:03
Rusiya hücum etsə, ABŞ yardıma gələcəkmi? - Stubb
Bu gün, 09:00
Göyçay sakinini aldadıb İŞDƏN ÇIXARDILAR... - 5 uşaq atasının HARAYI
Bu gün, 08:59
Rostov parada "hazırlaşır" - Raketlə vurulmuş zavodlarda yanğın davam edir...
Bu gün, 08:54
Məhkəmə 120 419 manat vergi ödəməkdən yayınmada ittiham olunan sahibkara bəraət verib – QƏRAR
Bu gün, 08:51
“Bakı Şərab-2” ASC-yə yeni rəhbər seçiləcək
Bu gün, 08:48
Bakı dünyaya kamikadze PUA-larla çıxır: Bədxahlara mesaj - Əlimiz HƏR AN TƏTİKDƏDİR...
Bu gün, 08:17
Rusiyanın HHM-i tükənib: Yalnız Moskva... - Hamblinq
Bu gün, 08:14
Yeni sistemə indiki rəhbərliyin uyğun gəlməsi çətin görünür: Vüsal Aslanov da gedəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:12
Agentlik sədrinin yeni müşaviri idarə müdirini qapı arxasında qoyub – İclasa gecikdiyi üçün
Bu gün, 08:09
Ermənistanın Ağrı dağı AĞRISI... ÇƏKİLİRMİ?
Bu gün, 08:04
"Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ
Bu gün, 08:01
Rusiya Suriyadakı hərbi bazasını bərpa edir - "The Maritime Executive"
Bu gün, 07:58
Avropa Parlamenti ilə münasibətlər dayanır, Avropa ilə əməkdaşlıq güclənir... - NƏ BAŞ VERİR?
Bu gün, 07:35
ABŞ-nin addımı hücum yox, psixoloji təzyiqdir - Tural Abbaslı BELƏ DEYİR...
Bu gün, 07:33
“Xoş xəbəri eşidəndə namaz üstdə idim, qonaqlıq verəcəm” - Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti
Bu gün, 07:31
Su ehtiyatlarımız TÜKƏNİRMİ? - AKTUAL
Bu gün, 07:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru