Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                 

Xəzər rayon icra hakimiyyətindən görünməmiş özbaşınalıq - Tibb elmləri namizədi nazirə müraciət etdi
Tarix: 24-12-2014, 12:27 | Çap et
Xəzər rayon icra hakimiyyətindən görünməmiş özbaşınalıq
Tibb elmləri namizədi Nizami Məmmədovun Azərbaycanda olmadığını fürsət bilən Xəzər rayon icra hakimiyyəti onun mülkünü 3 yerə bölərək başqalarına satmış və beləcə ixtiracı alimin 20 ilə yaxın davam edən mülkiyyət hüququnu bərpa etmək mücadiləsi başlaması barədə bir müddət öncə oxucuları məlumatlandırmışdıq.
Moderator.az vasitəsilə problemini ictimailəşdirən, ölkə rəhbərliyinə açıq məktub ünvanlayan Nizami Məmmədovun müraciətlərinə hansısa reaksiya verilibmi? Alimlə söhbətimizə də elə bu sualla başladıq:
-Təəssüf ki, müraciətimə heç bir cavab ala bilməmişəm. Mən sizdən əvvəl də bir sıra instansiyalara müraciət etmişəm. Hüququmun bərpası üçün məhkəməyə baş vurmuşam. Ölkə rəhbərinə 3 dəfə məktub yazmışam. Lakin nə müsbət, nə mənfi heç bir cavab verilməyib. Hesab edirəm ki, Azərbaycanda ölkə başçısını əhatəyə alan, ona ölkədəki vəziyyətin düzgün çatdırılmasına mane olan məmur zümrəsi var. Düzgün və səhih informasiyalar bu çevrəni adlayıb keçə bilmir. Nəticədə ölkə rəhbəri ilə vətəndaş arasında Çin səddi yaradılır. Korrupsioner məmurlar məhz bu səddən istifadə edib öz əməllərini həyata keçirə bilirlər. Hiss olunur ki, ölkə başçısı da bunun fərqindədir. Odur ki, büroktratik aparatı zəiflətmək, dövlət adından istifadə edib haqsız qazanc əldə etmək istəyən məmurların bu imkanlarını azaltmaq üçün bəzi islahatlar aparır. Məsələn, onun “Asan xidmət” layihəsi bunun ən bariz nümunəsidir. Ölkə rəhbəri məmurların sədaqətinə, öz vəzifələrini layiqincə yerinə yetirdiyinə inansaydı, bu layihəni həyata keçmirməzdi. Təəssüf ki, hələ də bu “Çin səddi” öz mövcudluğunu qoruyur. Düşünürəm ki, mənim problemim də məhz bu səddə ilişib qalır.
-Nizami həkim, bu gün ölkədə eyni problemlə üzləşən adam yalnız siz deyilsiniz. Mülkiyyət hüququnun bu cür kobud və total şəkildə pozulmasını necə qiymətləndirirsiniz?
-İnsanların 3 əsas fundamental hüququ var-yaşamaq, azadlıq və mülkiyyyət hüququ. Bütün digər hüquqlar məhz bu fundamentlər üzərində qurulub. Yaşamaq hüququnun məğzi belədir-canı Allah verib və yalnız o insandan geri ala bilər. Təsadüfi deyil ki, yaşamaq hüququnun fəlsəfəsindən hərəkət edən bir çox sivil dövlətlər cəza üsulu olaraq ölüm hökmünü ləğv etdilər. İndi ən qatı cinayətkarlar belə ölümlə cəzalandırılmırlar. Azadlıq hüququ barədə mülahizələr fərqli olduğundan hər ölkənin bu məsələyə müxtəlif yanaşması mövcuddur. Ən konkret fundamental hüquqlardan biri isə mülkiyyət hüququdur. Siyasi xarakterindən asılı olmayaraq bütün dövlətlər mülkiyyətin toxunulmaz olduğunu qəbul edirlər. Bu prinsip bütün hüquq normalarında öz əksini tapıb. Mənim kimi hüququ pozulanların suallarına konkret cavab verilməməsi ilk növbədə hüquqa hörmətsizlikdir, hüquqi nihilizmdir.
-Necə fikirləşirsiniz, vətəndaşın hüquqlarına biganəlik ölkəni hara apara bilər?
-Vətəndaşın fundamental hüquqlarına laqeyd münasibət cəmiyyətin qanuna, dövlətə inamını sarsıdır. Təbii ki, bu da heç bir zaman vətəndaş həmrəyliyinə yol açmır.
-Son zamanlar ölkəmizə xarici basqıların artdığı müşahidə olunur. Belə vəziyyətdə vətəndaşın dövlətə inamının sarsıdılması bizə nə vəd edir?
-Öncə onu qeyd etmək istərdim ki, Qərb ölkələrinin basqıları bir tərəfdən müəyyən real meyarlarla əlaqədardırsa, digər tərəfdən ikili standartların təzahürüdür. Dərinliyinə getmədən məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan reallığının əsas arxitektoru elə Qərbin özüdür. O ki qaldı kiçik “padişahlar”ın özlərini qanunun üzərində hiss etmələrinə, bu, təbii ki, böyük mənada dövlətin mənafeyinə xidmət etmir.
-Sizə elə gəlmir ki, məmur özbaşınalığıyla bəzən şüurlu şəkildə düşmən dəyirmanına su tökülür?
-Bu məsələdə bir neçə məqam var. Məmurların intellektual səviyyəsi sizi haqlı olaraq narahat edən bu suala birmənalı şəkildə münasibət bildirməyə imkan vermir.
-Məni bir sual da çox maraqlandırır. Yetkililərimiz dövlətə inamı sarsıdan məmur özbaşınalığının niyə qarşısını almırlar?
-Bu sual daha çox dövlət yetkililərinin özlərinə yönəldilməlidir. Uzun illərdir ki, Azərbaycandan gözlənilən islahatlar- istər kadr islahatları, istərsə də fundamental dəyişikliklər öz icrasını tapmayıb.
-Bəs, bu islahatlara mane olan nədir?
-İslahatların keçirilməsinə mane olan bir neçə amil var. Mən onların hamısının üzərində dayanmaq istəmirəm. Bircə məsələni xüsusilə qeyd etmək istərdim ki, məddahlıq üzərində qurulan korrupsiya və monopoliya siyasətini həyat tərzinə çevirən bütün ölkələrdə bu cür hallar gözləniləndir.
-Sizin müraciətinizi ictimailəşdirdikdən sonra oxuculardan bəzi məktublar aldıq. Əksəriyyətini bir sual maraqlandırırdı. Ölkəmizdə ziyalılar niyə məmurların ayağına verilir? Siz bu suala necə cavab verərdiniz?
-Əvvəla, ziyalı anlayışı xüsusilə Azərbaycan reallığı baxımından mücərrəd məfhumdur. Ziyalılıq elmi dərəcəylə yox, fərdin cəmiyyətdə tutduğu mövqe, xalqa sədaqət, dövlətə münasibətiylə ölçülür. Azərbaycan balaca dövlətdir. Balaca dövlətlərdə ziyalıların üzərinə daha böyük məsuliyyətlər düşür. Ziyalılar dünyada və regionada gedən prosesləri anlamalı, cəmiyyətimizi bu keşməkeşli vəziyyətlərdən çıxarmaq haqqında düşünməli, problemlərdən çıxış yolları axtarmalı, dövlət məmurlarıyla xalq arasında körpü rolu oynamalıdırlar. Cəmiyyətimiz də ziyalılıq meyarlarına onların bu missiyanı necə yerinə yetirdiklərinə uyğun qiymət verməlidir. Çox təəssüf ki, bizim cəmiyyətimizdə bu məsələ də həmişə öz təsdiqini tapmır.
-Üzünüzə demək kimi çıxmasın, sizi tanıyanların haqqınızda ortaq görüşü var-Nizami həkim həmişə hər kəsə yaxşılıq etməyi öz borcu hesab edən adamdır. İndiki cəmiyyətdə yaxşı adam olmaq çətin deyil ki?
-Ziyalının əsas xüsusiyyəti əməli ilə fikirlərini eyniləşdirmək və bunu öz həyat tərzinə çevirməkdir. Yaxşı insan olmaq, başqasına yaxşılıq etmək ziyalının bir nömrəli vəzifəsidir. Əgər birinin başqa insana ürəyi ağrımırsa, onun qarşılaşdığı məişət məsələlərindən tutmuş hüquqi problemlərinə qədər əlindən gələni əsirgəyirsə belə adamı ziyalı adlandırmaq mümkün deyil. Ondan ziyalılıq gözləməyə dəyməz. Ziyalı adlandırılan şəxs həmişə közü öz qabağına çəkirsə, məddahlığı peşəyə çeviribsə vəzifəsi və titulu nə olursa olsun, bu böyük ada layiq deyil.
-Müxtəlif zamanlarda yüksək vəzifələrdə işləmisiniz. Hakim elitayla müəyyən əlaqələriniz hələ də qalır. Niyə öz imkanlarınızdan istifadə edib mülkiyyət probleminizi həll etmirsiniz?
-Mən sanıldığının əksinə, heç bir zaman vəzifədə olmamışam. Sadəcə bir həkim, müəllim, vətənpərvər insan kimi müxtəlif dairələr tərəfindən qəbul olunmuşam. Buna görə də barəmdə yanlış təsəvvürlər yaranıb ki, guya nə vaxtsa böyük vəzifə tutmuşam. Vaxtilə kimlərəsə, o cümlədən indi hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxslərə də imkanım çatdığı qədər köməkliklər göstərmişəm. Bunu ona görə etməmişəm ki, qarşılığını alım. Sadəcə vicdanım məni bu cür olmağa vadar edib. Vaxtilə bu cür münasibətlərimi görən ABŞ səfirinin məsul bir işçisi mənə maraqlı bir sual verdi:-“Biz başa düşə bilmirik ki, sən kimin adamısan; hakimiyyətin, yoxsa müxalifətin?” Düzü, sualın bu cür qoyuluşu məni xeyli təəccübləndirdi. Cavab verdim ki, mən xalqımın adamıyam. Dövlətdə təmsil olunmamağıma baxmayaraq dövlətimin nümayəndəsiyəm.
Yadıma gəlir ki, İranda 1990-cı ildə zəlzələ olanda məni də ora yardıma göndərmişdilər. Qayıdarkən Təbrizdə Rübabə Muradovanın xalası oğlu radio-müxbir kimi məndən soruşdu:-“Doktor, Təbriz gözəldir, yoxsa Bakı?” Mənim cavabım belə oldu:-“Təbriz anadır, Bakı bala. Hansı gözəl olar, siz ayırd edin.” Mən həmişə bu ölkəyə vətənpərvər kimi yanaşmışam. Onun hər bir övladına diqqətim eyni olub. Məsləyim də mənim belə olmağımı şərtləndirir. Bir həkim üçün xəstə var, hakim elita, sadə vətəndaş yoxdur.
-O zaman mən sualı bu şəkildə qoyum. Bu problemin həlli üçün niyə hakimiyyətdəki dostlarınıza müraciət etmirsiniz?
-Əvvəla, mənim hakimiyyətdə dostlarım yoxdur. Vaxtilə dostluq münasibətində olduğum adamlar və tanışlarım var. Onlar da bu məsələdən xəbərdardırlar. Məsləhət bilsəydilər həll edərdilər. İkinci, mənim onlara xüsusi ricamın olması da vacib deyil. İnsanların hüquqlarını bərpa etmək və qorumaq dövlət məmurlarının birbaşa vəzifələrinə aid məsələdir. İllah müraciət etməyim lazımdırsa sizin vasitənizlə Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edirəm. Cənab nazir, siz 20 il əvvəl mənə demişdiniz ki, nə sualım olsa sizə bildirim. İndi mənim sizinlə görüşmək imkanım məlum səbəblərdən yoxdur. Məhz buna görə də problemimi sizə mətbuat vasitəsilə çatdırıram. Mənim Xəzər rayon icra hakimiyyəti tərəfindən pozulan hüququmun məhkəmə vasitəsilə bərpası qeyri-qanuni olaraq yubadılır, gözardı edilir. Bir il 2 ay ərzində gedən məhkəmə prosesində icra hakimiyyəti nümayəndəsinin yalnız bir dəfə iştirakına necə hüquqi qiymət vermək olar? Çox arzu edərdim ki, Siz bu məsələdə qanunun yol verdiyi çərçivədə öz köməkliyinizi əsirgəməyəsiniz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru