Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                 

İki rayonun icra hakimiyyətinin başçısı barəsində qərar verilib - Dəyişiklik gözlənilir
Tarix: 4-02-2015, 16:41 | Çap et
İki rayonun icra hakimiyyətinin başçısı barəsində qərar verilib
"Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar.

Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir". Bu sözləri yanvar ayının 26-da "2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev söyləyib. Qeyd edək ki, ölkə başçısının bu iradlarından sonra bəzi icra başçılarının gələcək karyerası üçün ciddi təhlükə yaranıb. Keçən ay üç icra başçısının yerinin dəyişdirilməsi kadr islahatlarının anonsunu verdi. Etibarlı mənbələrdən əldə etdiyimiz bilgilərə görə, xalqla yaxşı işləməyi bacarmayan və vəzifədən çıxarılması an məsələsi olan icra başçılarından biri də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevdir. Nəzərinizə çatdırmaq istəyirik ki, adıçəkilən məmurun fəaliyyətindəki boşluqlar, rayonda yaşanan acınacaqlı vəziyyətlə bağlı mətbuatda dəfələrlə silsilə tənqidlər dərc olunub. Amma buna baxmayaraq, icra hakimi qanunsuz əməllərindən əl çəkmir ki, çəkmir. Məlumat üçün bildirmək istəyirik ki, Vəliyev İsmayıl Məhərrəm oğlu 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı (indiki Şirvan şəhəri) şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib. 2005-ci ildən Qobustan RİH-in başçısı olub. 26 aprel 2011-ci il tarixdən isə Neftçala rayonuna rəhbər təyin edilib. Apardığımız araşdırmalar göstərir ki, İsmayıl Vəliyev icra başçısı postuna təyin olunandan indiyə qədər yerli əhalinin ümidlərini doğrultmağı bacarmayıb. Belə ki, onun adı dəfələrlə müxtəlif maliyyə maxinasiyalarında, tender fırıldaqlarında, eləcə də sakinlərin heç bir səbəb olmadan incidilməsi ilə bağlı məsələlərdə hallandırılıb. Xatırladaq ki, bir müddət əvvəl Neftçala rayonunda müxtəlif işlərin həyata keçirilməsi məqsədilə elan edilmiş tenderlər vasitəsi ilə yüz minlərlə manatın mənimsənildiyinə dair sənədlər ortaya çıxıb. Yayılan məlumata əsasən icra başçısı İsmayıl Vəliyevin nəzarəti altında həyata keçirilən proses zamanı külli miqdarda vəsait təyinatı üzrə xərclənməyib. "Təhsil Nazirliyinin Neftçala rayon Təhsil Şöbəsi üçün digər maşın və avadanlıqların satın alınması üçün elan edilmiş tenderə 9223 manat pul ayrılıb. Həmin prosesi isə "Günay-T" MMC şirkəti həyata keçirib. Nazirliyin Təhsil Şöbəsi üçün bərk inventarların satın alınması üçün elan edilmiş tenderi isə "Konral" MMC həyata keçirib. Bu məqsədlə 239860,96 manat pulun aqibəti sual altına düşüb. Bundan başqa, Təhsil Nazirliyinin şöbə üçün dəftərxana ləvazimatlarının satın alınması üçün elan edilmiş tenderə isə 5000 manat sərf olunub. Bu prosesi də fiziki şəxs Sadıqov Şəhriyar Ağamalı oğlu vasitəsi ilə həyata keçiriblər. Şöbə üçün mətbəə xidmətlərinin satın alınması üçün də elan edilmiş tenderin qalibi Şəhriyar Sadıqov olub. Bu dəfə ortalıqda 10 min manat pul olub. "Sair xərclər" maddəsi üzrə malların (işlər və xidmətin) satın alınması üçün işlər isə "Təmir-Bərpa" MMC-yə həvalə edilib. Ayrılan məbləğ isə 96942 manat təşkil edib. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə İcra Nümayəndəliyinə dəftərxana ləvazimatlarının alınması məqsədi ilə 2900 manat pul ayrılıb ki, bu iş də Şəhriyar Sadıqov tərəfindən həyata keçirilib. M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması işləri isə fiziki şəxs Qəfərov Qismət Tahir oğluna tapşırılıb. Bunun üçün isə 6000 manat pul ayrılıb", deyə məlumatda qeyd olunub. Əldə etdiyimiz digər məlumatlarda rayonda mövcud olan sosial problemlərdən söhbət açılır. Qaynağımızın iddiasına görə, abadlıq işləri yalnız rayonun bəzi mərkəzi ərazilərində həyata keçirilməkdədir: "Rayon mərkəzindən aralıda yerləşən kəndlərdə vəziyyət olduqca acınacaqlıdır. Kəndarası yolların böyük hissəsi istifadəyə yararsız hala düşüb. Mavi yanacağın, elektrik enerjisinin və içməli suyun fasilələrlə verilməsi insanlara əlavə problemlər yaradıb. İsmayıl müəllim camaatın problemini həll etmək əvəzinə, öz biznesini inkişaf etdirmək barədə fikirləşir. O Neftçalaya icra başçısı təyin olunanda maliyyə imkanları elə də geniş deyildi. Amma indi böyük sərvətə sahibdir. Heç kimə sirr deyil ki, Neftçala camaatının əsas dolanışıq yeri balıqçılıq təsərrüfatındandır. Rayon rəhbəri bu işlə məşğul olan insanlara süni əngəllər yaradır. Dənizə girən hər bir şəxs başçının hörmətini xüsusi olaraq çatdırmalıdır. Əks təqdirdə həmin adamların balıq ovlamasına imkan verilmir". Mənbənin məlumatında qeyd edilir ki, prezidentin sonuncu konfransdakı məlum tənqidlərindən sonra Neftçala camaatında ruh yüksəkliyi yaranıb: "Yerli əhalinin böyük əksəriyyəti icra hakiminin işdən azad ediləcəyini səbirsizliklə gözləyir. Artıq Neftçala camaatı İsmayıl Vəliyevin özbaşına əməllərindən təngə gəlib. Onlar başçının qanuna sığmayan hərəkətləri haqda yuxarılara dəfələrlə şikayət məktubu ünvanlayıblar. İcra başçısının gələcək karyerası ilə bağlı yaxın günlərdə yekun qərarın veriləcəyi gözlənilir. İsmayıl Vəliyev yola salınmağa çox yaxındır". Verilən məlumata görə, özünü çox təkəbbürlü aparan məmurlardan digəri Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Məhərrəm Böyükağa oğludur. Qeyd edək ki, o 13 aprel 1968-ci ildə Lənkəran rayonunda anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Lənkəran rayonunda aqronom, rayon Torpaq şöbəsində mütəxəssis və müdir, 2003-cü ildən isə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib. Prezidentin 01 iyul 2011-ci il tarixli sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Son günlər Məhərrəm Quliyev bəzi mətbuat vasitələrində möhkəm şəkildə "vurulmaqdadır". Məsələn, bir müddət əvvəl bəzi saytlar icra başçısının rayonda keçirilən bütün tender işlərini yaxın qohumu və həmkəndlisi olan Məlik adlı şəxsə həvalə etdiyini yazıb: "Rayonda əksər MMC-lər ya onun öz adına yaradılıb, ya da başqa bir yaxınının adına sənədləşdirilib. Lakin bütün buna baxmayaraq, prosesə birbaşa Məlik özü nəzarət edir". Başqa bir məlumata görə isə, rayonun təhsil, səhiyyə, yol və əhalinin sosial müdafiəsi sahəsində ciddi nöqsanlar mövcuddur: "Ağstafada ünvanlı yardımlar dövlətin təsdiq etdiyi formada verilmir. Aidiyyəti vəzifə sahibləri aztəminatlı ailələrin başına oyun açır və onları aylarla süründürməçiliyə məruz qoyur. Əsas problemlərdən biri də yolla bağlıdır. Rayon mərkəzi istisna olmaqla, kənd yolları yaman gündədir. Yağış, qar yağan kimi kəndlərdə nəqliyyatın hərəkəti iflic olur. Palçıq əlindən tərpənmək mümkün olmur. Ötən illərin dövlət büdcəsindən Ağstafada yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə irihəcmli vəsaitlər ayrılıb. Lakin bəzi şəxslərin qabarıq iştahası məbləğin tamamının nəzərdə tutulan layihələrə xərclənməsinə zəmin yaratmadı. Təhsil və səhiyyə sistemi də acınacaqlı haldadır. Rayon Mərkəzi Xəstəxanası nəyə çevrilib, bunu hər kəs bilir. Həkimlər xəstəxanaya müraciət edən vətəndaşların səhhəti ilə maraqlanmaq yerinə, onların cibində pulun olub-olmadığını soruşurlar. Hamının beynində problemlər dolaşır". Onu da qeyd etmək lazımdır ki, Məhərrəm Quliyev başçı vəzifəsinə keçəndən sonra Ağstafada meşələr talan edilir: "Qarayazı meşələri tamamilə məhv olmaq təhlükəsi ilə üzləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yetkili şəxsləri, həmçinin aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları yaşıllıqların qəsdinə duran şəxslərə qarşı ciddi mübarizə tədbirləri aparsalar da, odun biznesmenləri qanunsuz əməllərindən geri çəkilmirlər. Ağstafada son illər meşələr vandalcasına məhv edilir. Rayon camaatı bununla bağlı müvafiq instansiyalara çoxsaylı müraciətlər edib, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir. Məhərrəm Quliyev icra başçısı vəzifəsinə keçəndən sonra isə bu sahədə vəziyyət daha da ağırlaşıb. Bu gedişlə Qarayazı meşələrində ağac qalmayacaq. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları sıravi adamlar deyillər. Qarayazı meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi bu ağaclardan mebel sənayesində total şəkildə istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonda fəaliyyət göstərən sexlərdən ibarətdir. Bu sexlər Ağstafanın icra başçısı Məhərrəm Quliyevlə müavini Ramiz Tatarova məxsusdur. Həmin mebel sexlərində istehsal olunan məhsulların bir qismi Bakıya satışa göndərilsə də, bir qismi rayonda keçirilən tenderlərdə işə yarayır. Belə ki, həmin tenderlərdə yumşaq və bərk mebellər olan maddə üzrə bütün alqı-satqı işləri həmin sexlərin məhsulları hesabına reallaşdırılır. Bundan başqa, meşələri məhv edən şəxslər odunları rayon camaatına satırlar. Çünki Ağstafanın əksər kəndlərində vətəndaşların mavi yanacaqla təminatı olduqca bərbad vəziyyətdədir. Əhali qışda soyuqdan donmamaqdan ötrü əsasən odundan istifadə edir. Odun isə meşə massivlərinin qırılması hesabına əldə olunur. Rayonda bir maşın odunun qiyməti 600-800 manat arasında satılır. İcra başçısı Məhərrəm Quliyev və müavini Ramiz Tatarovun icazəsi olmadan heç kim ağacları məhv edə bilməz. Çox maraqlıdır ki, icra hakimi törətdiyi "yaşıl soyqırım"ı diqqətdən kənarda sazlamaq üçün rayonun bəzi mərkəzi hissələrində il ərzində bir neçə dəfə ağacəkmə kampaniyası həyata keçirir. Amma bu sırf görüntü yaratmaq naminə atılan addımdır. Əkilən ağaclara qulluq göstərilmir və onlar bir müddətdən sonra quruyub məhv olurlar. Məhərrəm Quliyev ağstafalılara yuxarıdan aşağı baxır, özünü təkəbbürlü aparır. Bu isə sakinlərin kəskin etirazına səbəb olur". Mötəbər mənbənin bildirdiyinə əsasən icra başçısının vəzifədən azad olunacağı gün elə də uzaqda deyil: "Rayonda başçının tezliklə işdən çıxarılacağı haqda söhbətlər yayılmağa başlayıb. Başçı özü də yaxşı bilir ki, ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gələ bilmir. Bütün bunları, yəni rayonda hökm sürən ümumi ab-havanı nəzərə alsaq əminliklə deyə bilərik ki, Məhərrəm Quliyev ən qısa müddətdə görəvdən alına bilər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru