İLGİNC: Arif Əsgərov keçmiş işçilərindən polisə şikayət edibmiş... - "Arif Əsgərov nüraciət edib ki, biz guya onun idarəsində işi pozuruq"
Tarix: 5-02-2015, 13:34 | Çap et
 Narazı dəmiryolçular prezident İlham Əliyevə şikayət məktubu göndərib. Onlar dinc aksiya keçirmək məqsədilə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova müraciət ediblər. Aylardır müvafiq qurumlara müraciət edən, lakin heç bir nəticə əldə edə bilməyən “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin 187 nəfər qatar bələdçisi prezidentə göndərdikləri şikayət məktubunda çalışdıqları QSC-də baş verən qanunsuzluq və özbaşınalıqlardan bəhs ediblər. Narazı dəmiryolçuların prezidentə ünvanladığı şikayət məktubunda deyilir: “Uzun illərdir bu problemlərdən yazsaq da, müvafiq qurumlara dəfələrlə müraciət etsək də nə dövlət orqanları, nə də “Azərbaycan Dövlət Dəmir Yolları” QSC tərəfindən bu düyünü açmağa əlac tapa bilmirik. Bir ildən artıqdır ki, bütün qurumlara — Milli Məclisə, Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Həmkarlar İttifaqları Konfederasiyasına, Hesablama Palatasına və aiddiyyəti üzrə digər qurumlara müraciət və şikayət etsək də heç bir nəticə əldə edə bilmirik. Nə qanunların gücü, nə də mövcud qərarlar “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-yə heç bir təsir göstərə bilmir. Uzun illər boyu rüşvət və korrupsiya çirkabına batmış və hələ də bu əməllərini davam etdirən QSC-nin sədri Arif Əsgərov onun müavini Əlirza Süleymanov, Sərnişindaşıma Departamentinin sədri Elyar Muradov, Bakı Vaqon Deposunun rəisi Rəhman Əbişov hələ də öz əməllərindən əl çəkməyərək öz hegemonluqlarını edirlər”. Dəmiryolçular üzləşdikləri haqsızlıqlar və dəmiryolu sistemində mövcud olan problemlərlə bağlı məlumat verərək dövlət başçısından kömək istəyirlər: “Hörmətli prezident, bizə kömək edin, dağıdın bu rüşvətxor, cinayətkar yuvasını. Bir Azərbaycan vətəndaşı kimi bizim də çiçəklənən və inkişaf edən doğma yurdumuzda xoşbəxt və firavan yaşamağa haqqımız var”. Qeyd edək ki, narazı bələdçilər ötən il də BŞİH-ə müraciət edərək aksiya keçirmək üçün icazə istəmişdilər. Lakin BŞİH onlara aksiya keçirmək əvəzinə problemlərinin həll edilməsi üçün yenidən QSC-yə müraciət etməyi məsləhət görmüşdü. Hacıbala Abutalıbov bələdçilərin müraciətinə baxılması üçün şəxsən özü QSC sədri Arif Əsgərova məktub göndərmişdi. Lakin nə o məktuba cavab verilmiş, nə də narazı bələdçilərin şikayəti dinlənilmişdi. Bu dəfə bələdçilər Hacıbala Abutalıbovdan martın 2-də aksiya keçirmək üçün icazə istəyirlər. Qeyd edək ki, artıq uzun müddətdir ki, dəmiryolçular müvafiq qurumlara şikayət edir, QSC-nin binası qarşısında toplaşırlar. Narazı dəmiryolçular QSC-nin baş idarəsinin qarşısına sonuncu dəfə yanvarın 26-da toplaşmış, amma yenə də nəticə əldə edə bilməmişdilər. Dünən isə Veysəl Mustafayev, Mehdi Həmidov və Təranə Hümbətova adlı narazı bələdçilər dəmiryolu polisinə çağırılıb. Onlardan aksiyanın təşkilatçılarının kim olduğu soruşulub. (Virtual.org) Narazılardan biri Adil İsmayılov qafqaznews.org-a bildirib ki: “ 5 ay əvvəl dəmiryolçular Arif Əsgərovdan qanunsuz işdən azad olunan şəxslərin işə bərpa olunmasını və qanuni əmək haqlarının verilməsini tələb elədilər. Arif Əsgərov əmək haqlarını özbaşına müəyyən edir, bəzi vaqon bələdiçilərinə ayda 450-600 manat, digər bələdçilərə 100-150 manat maaş verir”. Polisə çağrılan digər narazı Veysəl Mistafayev isə qafqaznews.org-a bildirib ki: “ Polis bizə hədə-qorxu gələrək bizdən öz qanuni tələblərimizdən imtina eləməyi tələb edirdi. Dəmir yol polisinin Rəşad adlı müstəntiqi bizə bildirdi ki, Arif Əsgərov nüraciət edib ki, biz guya onun idarəsində işi pozuruq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29 |
|
|
|
| • "Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22 |
|
|
|
| • Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09 |
|
|
|
| • Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24 |
|
|
|
| • 2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11 |
|
|
|
| • İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
| • Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02 |
|
|
|
| • AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01 |
|
|
|
| • Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49 |
|
|
|
| • Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
|